Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

11 Fevral 2011 - �06

 

O müəllim xoşbəxtdir ki...

 

O müəllim xoşbəxtdir ki, öz şagirdlərinin qəlbində xoş duyğularla  xatırlanır. Öz biliyini, ürəyinin hərarətini, gözünün nurunu böyük xeyirxahlıq və qayğıkeşliklə dərs dediyi şagirdlərinin qəlbinə hopdura bilir. Şagirdlərinin uğuru ilə uşaq kimi sevinir, bu şərəfli yolda saç ağardır. Bax, beləcə gənclikdən müdriklik, ahıllıq dövrünə qədər bir müqəddəs yol keçən mehriban və qayğıkeş müəllimlər ən xoşbəxt insanlardır. Onlar dünya görüşləri, dərin zəkaları, bilikləri və zəngin həyat təcrübələri ilə hamıya nümunə olur və əməlləri ilə gənc nəslin tərbiyəsində mühüm rol oynayırlar. Haqqında söhbət açmaq istədiyimiz belə insanlardan biri də 1981-ci ildən Bakının  Nizami rayonundakı 129 nömrəli orta məktəbdə pedaqoji fəaliyyətə başlayan və hazırda həmin təhsil ocağında gənclərin çağırışaqədərki hazırlığı rəhbəri işləyən İsfəndiyar Əliyevdir.  

Səfalı təbiəti, adı dillər əzbəri olan nemətləri, sayılıb-seçilən insanları ilə tanınan Lənkəranın Vilvan kəndində 1951-ci il fevralin 15-də anadan olub İsfəndiyar İsa oğlu Əliyev. Hələ orta məktəbdə oxuduğu illərdən hərbi və pedaqoji sahəyə böyük maraq göstərib. Azərbaycan xalqının qəhrəmanlığını, mərdliyini, igidliyini, cəsurluğunu  əks etdirən çoxlu kitablar oxuyub, kinofilmlərə tamaşa edib. Orta məktəbi bitirdikdən sonra Almaniya Demokratik Respublikasında hərbi xidmətdə olub. Elə orada hərb sənətinin sirlərinə mükəmməl yiyələnıb. Vətənə zabit kimi dönüb. O, dil öyrənmək arzusu ilə  Xarici Dillər İnstitutunun ingilis dili fakültəsinə daxil olub və oranı da müvəffəqiyyətlə bitirib. Çalışdığı 129 nömrəli məktəbdə eyni zamanda ingilis dili dərslərini də tədris edib. İsfəndiyar müəllim otən bu 30 il ərzində əldə etdiyi yüksək bilik və bacarığını yeniyetmələrdən əsirgəməyib, onların vətənə layiqli, fiziki cəhətdən sağlam, vətənpərvər gənc kimi yetişməsinə çalışıb və bu sahədə böyük uğurlar qazanıb. 

Nümunəvi baza kabineti 

İsfəndiyar müəllimin rəhbərlik etdiyi gənclərin çağırışaqədərki hazırlıq fənn kabineti hələ 2005-ci ildən Nizami və Nərimanov rayonları arasında baza kabineti kimi fəaliyyət göstərir. Bu, respublikamızda ən nümunəvi baza-kabinetlərindən sayılır. İ.Əliyevin uzun illər ərzində min bir zəhmət bahasına, böyuk şövqlə, peşəsinə sonsuz məhəbbətlə qurub-yaratdığı, müasir tələblərə cavab verən bu baza kabinet məktəblilərin ibtidai hərbi hazırlığının yüksək səviyyədə təşkil olunmasına təminat verir. Onu da deyək ki, Heydər Əliyev Fondunun dəstəyi ilə çap olunaraq kabinetə hədiyyə edilmiş plakatlar və digər əyani vəsaitlər də ilbəil yeniləşir və təkmilləşdirilir. Fənn üzrə bütün yeniliklər məhz İsfəndiyar müəllimin rəhbərlik etdiyi bu baza-kabinet vasitəsilə şagirdlərə çatdırılır. Respublika və rayon-daxili təhsil ocaqlarının arasında keçirilən "Şahin", "Cəsurlar" hərbi idman yarışlarında onun yetirmələrinin qazandığı uğurlar bunu bir daha təsdiq edir. 

Şagirdlər hərbi hissələrə aparılır 

İ.Əliyev yetişməkdə olan gənc nəslə Vətənə məhəbbət, torpağa sevgi kimi ülvi hissləri təlqin etməklə, qəhrəman oğullarımızın timsalında mərdlik və qəhrəmanlıq hissləri aşılayır. Onun məktəbdə keçdiyi  hərbi dərslər yalnız nəzəri biliklərin verilməsi, silah növləri, qumbaralar, minalar və zirehli texnikalar haqqında, Silahlı Qüvvələrimizin nizamnaməsi barədə məlumat verməklə bitmir. Eyni zamanda Nizami Rayon Hərbi Komissarlığı ilə rayon icra hakimiyyətinin birgə razılığı əsasında hər ilin payız aylarında şagirdlər hərbi hissələrə aparılır. Onlar burada  əsgər və zabitlərlə görüşür, hərb sənətinin sirlərinə yiyələnirlər, zirehli texnika ilə yerindəcə, əyani şəkildə tanış olurlar. Bu barədə söhbət düşəndə İsfəndiyar müəllim deyir ki, silah növlərinin daim yeniləşdiyi və təkmilləşdiyi bir zamanda bu cür praktiki dərslər çox vacibdir. Gənclərin hərbi hazırlığının təkmilləşdirilməsi ilə yanaşı, onların dünya görüşlərinin formalaşmasına güclü təsir edir. Məhz hərbi biliklərin yüksək səviyyədə öyrənilməsi, aparılan dərslərin yüksək səmərəliliyi sayəsində İsfəndiyar müəllimin yetirmələri əldə etdikləri bilik və bacarıqları ilə Azərbaycan Silahlı Qüvvələrində nümunəvi xidmətlərinə görə fərqlənirlər. 

Təşəkkür məktublarının ünvanı... 

Bəli, bu günlər Nizami rayon hərbi komissarı vəzifəsinin icraçısı polkovnik-leytenant Azər Aslanovun respublika təhsil nazirinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinə və 129 nömrəli məktəbin direktoruna göndərdiyi təşəkkür məktubunun söz ünvanı ehtiyatda olan zabit İsfəndiyar Əliyevdir. Həmin təşəkkür məktubunda onun gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasında hərbi bilik və bacarığını əsirgəməyərək üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməsi, gənclərin çağırışaqədərki hazırlıq rəhbəri kimi 129 nömrəli orta məktəbdə çalışdığı 30 il ərzindəki səmərəli fəaliyyəti yüksək qiymətləndirilir. İ.Əliyevin yeniyetmələrin RHK-da çağırış məntəqəsinə təhkim edilməsində, çağırışçıların sənədlərinin vaxtında toplanıb verilməsindəki xidmətləri müsbət dəyərləndirilir və məktubda o da qeyd olunur ki, İsfəndiyar müəllim şagirdlər arasında C. Naxçıvanski adına hərbi liseyə və ali hərbi məktəblərə namizədlərin seçilməsində güclü araşdırma aparır. Onun yetirmələrinin çoxu orduda nümunəvi xidmət edərək  zabit peşəsini seçir. Təşəkkür məktublarından da göründüyü kimi, İsfəndiyar müəllimin bu fədakar əməyi hədər getməyib. Bütün bu uğurların qazanılmasından  söhbət düşəndə o, bu sahədə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Həqiqət Əliyevanın  da böyük xidmətləri olduğunu səmimiyyətlə qeyd edir.

Onun bu təhsil ocağında çalışdığı 30 ildə göstərdiyi xidmətləri istər hərbi komissarlıq, istərsə də Təhsil Nazirliyi tərəfindən dəfələrlə qiymətləndirilib. O, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin "Pedaqoji sahədə səmərəli fəaliyyətinə və gənc nəslin təlim-tərbiyəsində qazandığı uğurlara görə" fəxri fərmanı, Respublika Təhsil Nazirliyinin "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunub.

Cəmisi bir neçə gündən sonra - fevralın 15-də dostlar, tanışlar, qohumlar, müəllim yoldaşları, sevimli şagirdləri, oğlanları Taleh və Araz, nəvələri Nihad və Murad İsfəndiyar müəllimin 60 yaşının işığına toplaşacaqlar. Ömür-gün yoldaşı, Bakıdakı 10 nömrəli məktəbin müəllimi Kifayət xanım da bu yubiley şərəfinə gözəl bir süfrə açacaq. İsfəndiyar müəllimin şəninə sağlıqlar deyiləcək...

Bəli, 60 yaş! Bu da bir ömür. Bu müəllim ömrü yaşayan kəs, sən müqəddəs işinə, əməlinə görə xoşbəxtsən. Əməlinə vurğun, peşəsindən zövq alan, niyyəti mənzilindən bəlli İsfəndiyar müəllim, 60 yaşın mübarək! 

Ədalət DAŞDƏMİRLİ

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov