Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

11 Fevral 2011 - �06

 

Bakı BMT Modelində məktəblilər qlobal məsələləri müzakirə ediblər

 

Landmark Biznes Mərkəzində BMT İctimai İnformasiya Departamentinin (UN DPI) ölkəmizdəki nümayəndəliyi Azərbaycan Beynəlxalq Məktəbi (TISA) və Bakı Oksford Məktəbi (BOS) ilə birlikdə şagirdlər üçün növbəti Bakı BMT Modelini təşkil etmişdir.

TISA-nın direktoru Con Gillespay bildirmişdir ki, Birləşmiş Millətlər Təşkilatı Modeli BMT-nin Baş Assambleyasının və digər çoxtərəfli orqanlarının canlı simulyasiyasıdır. Beynəlxalq təşkilatları simulyasiya etmək ənənəsi hələ BMT-nin yaranmasından əvvəl-1920-ci illərdə tələbələr tərəfindən keçirilən Millətlər Liqası Modeli vaxtından mövcuddur. BMT Modeli Proqramı tələbələr tərəfindən aparılan həmin simulyasiyanın davamıdır.

BMT Modelinin ilk dəfə keçirilməsi haqqında dəqiq məlumatın olmadığını qeyd edən C.Gillespay hüquq, hökumət, biznes və incəsənət sahələrində fəaliyyət göstərən müasir liderlərin bir çoxunun vaxtilə BMT Modelinin iştirakçıları olduğunu vurğulamış, tədbirin iştirakçılarına uğurlar arzulamışdır.

UN DPI-nın ictimai informasiya üzrə mütəxəssisi Araz Yusubov vurğulamışdır ki, bu il Bakı BMT Modelində iştirak edən məktəblərin sayı üç dəfə artmış, şagirdlərin sayı isə 100-ü keçmişdir. Bugünkü tədbirdə Bakıdakı 16 məktəbin şagirdləri müxtəlif ölkələri təmsil edəcək, digər nümayəndələrlə danışıqlar apararaq "İfrat yoxsulluğun aradan qaldırılması və həyat standartlarının yüksəldilməsi üçün İnternetin idarə və istifadə olunması" mövzusunda ümumi qətnamə hazırlamağa çalışacaqlar. A.Yusubov demişdir ki, ingilis dilində keçirilən tədbir BMT-nin müxtəlif üzv dövlətlərini təmsil edərkən şagirdlərin ünsiyyət qurmasına, müzakirələr aparmasına, onların siyasi və sosial məsələlər üzrə biliklərinin artırılmasına kömək məqsədi daşıyır. Eyni zamanda məktəblilər problem üzrə təmsil etdikləri 96 ölkənin mövqeyi və danışıqlar aparma strategiyaları ilə tanış olur, ingilis dili bacarıqlarını inkişaf etdirirlər.

Tədbirdə ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Terri Devidson "İfrat yoxsulluğun aradan qaldırılması və həyat standartlarının yüksəldilməsi üçün İnternetin idarə və istifadə olunması" mövzusunda məruzə ilə çıxış etmişdir.

Mövzu ətrafında müzakirələr aparılmış, suallar cavablandırılmışdır.

Şagirdlər öz ölkələrinin mövqeyindən çıxış edərək, mövzuya dair ümumi qətnamə hazırlamağa çalışmışlar. Qətnamə səsvermə yolu ilə qəbul olunmuşdur.

Sonda tədbirdə iştirak edən bütün şagirdlərə və məktəblərə YUNİSEF-in sertifikatı verilmişdir.  

AzərTAc

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov