Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

11 Fevral 2011 - 06

 

SSRİ-nin həbsxana və düşərgələr şəhəri

 

Maqadana minlərlə azərbaycanlı sürgün olunub 

(Əvvəli qəzetimizin 14, 28 yanvar və 4 fevral tarixli nömrələrində) 

Bu düşərgələrdə 1932-ci ildən 1956-cı ilədək 120 min adam həlak olub 

Mənim  RF  DİN-in Maqadan vilayəti üzrə arxivinə verdiyim Zaqafqaziyadan sürgün edilmiş soydaşlarımızın taleyi barədə sorğulara aldığım cavablarda "güllələnmişdir" sözünə çox az rast gəldim. Ölüm səbəbləri isə hamısı bir-birinə bənzəyir-ürək çatışmazlığı, sinqa, qara ciyərin serrozu, sağ böyrək, sol boyrək, infarkt, paralic və s. Bu insanların əksəriyyətini Maqadandan 400, 500, 600 kilometr uzaq olan Susuman, Şturmavoy, Xatınnax, Oratukan, Omsukçan, Elgen, Pevek, Srednekan, Orto-Balaqa, Butuqıçaq, Seymcan və s. düşərgələrinə cəzalarını çəkmək üçün aparıblar. Bu yerlərdə isə havanın temperaturu mənfi 45-dən 60 dərəcəyə qədər olur. Buna baxmayaraq, insanlar bu yerlərdə gözəl kəndlər, qəsəbələr salmışlar. Belə düşünürəm ki, bu çətin işin öhdəsindən gələn "xalq düşmənləri"nin hamısına bəraət qazandırmağa dəyər və lazım idi. Yeri gəlmişkən, iki faktı da diqqətinizə çatdırmaq istərdim: "...1932-ci ildən 1956-cı ilədək  "Dalstroy"un siyahısından bir milyona yaxın adam keçmişdir..." və "...Bu düşərgələrdə 1932-ci ildən 1956-cı ilədək 120 min adam həlak olub. Onlardan 50 mini 58-ci maddə ilə həbs olunanlardır..." ("Jertvı Kalımı, Maqadan" V.İ.Meta, V.V.Didenko, str.166, str. 1).

Bu siyahıda neçə nəfər soydaşımızın olduğunu öyrənmək mümkün deyil, heç mümkün olmayacaq da. Yerli tarixçilərin yazdıqları rəqəmlər isə bir-birindən xeyli fərqlidir. Bəzi hallarda hadisələr və rəqəmlərin şişirdilməsini hiss etdim.

Təsəvvür edin ki, şəxsi işində "savadsız" kimi göstərilən şəxs guya xarici dövlətlərin birinə casusluq edirmiş. Gülməli və qəribədir, eləmi? Amma təəssüflər olsun ki, Hüseyn Cavid kimi neçə-neçə yazıçı və alimlərimiz də sürgünə məruz qalıblar. Belə alimlərimizdən biri haqqında maqadanlılar indiyə qədər böyük fəxrlə danışırlar.                         

O, tibb elmləri doktoru Əlirza Atayev idi 

Kalım yolu. Bu yol insan sümükləri üzərində salınmışdır1898-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Gəncə rus-tatar gimnaziyasında təhsil aldıqdan sonra 1917-ci ildə Tiflis ali kurslarının tələbəsi olmuşdur. Təhsilini davam etdirmək  üçün 1921-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının təqaüdçüsü kimi 1-ci Moskva Dövlət Universitetinin tibb fakültəsinə göndərilmişdir. Universiteti  bitirdikdən sonra 3-cü Moskva Universitetinin kafedrasında bir il ordinator işləmiş, sonra Azərbaycan hökuməti tərəfindən gənc mütəxəssislərdən  ibarət qrupun tərkibində ixtisasını təkmilləşdirmək üçün Almaniyaya göndərilmiş, 2 il Leypsiq Universitetinin mamalıq-ginekologiya kafedrasında çalışmışdır.

1925-ci ildə Bakıya qayıdan Atayev qadın, ana və uşaqların sağlamlığının mühafizəsinə dair Azərbaycan dilində ilk dəfə məqalələr yazmış, 1000 sözdən ibarət mamalıq-ginekologiya terminləri lüğətini nəşr etdirmişdir. 1930-cu ildə tibb elmləri doktoru olan Atayev 1936-cı ildə Azərbaycan Tibb İnstitutunun mamalıq və ginekologiya kafedrasının professoru seçilmiş, Xalq Səhiyyə Komissarlığı Həkimləri Təkmilləşdirmə İnstitutunun mamalıq və ginekologiya kafedrasının müdiri təyin olunmuşdur.

Hələ 1919-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti dəftərxanasının rus dili üzrə redaktoru olmuş Atayev, 1937-ci ildə repressiyaya məruz qalır. O, 8 il müddətinə (şəxsi işində 7 il göstərilir. B.Ə.) azadlıqdan məhrum olunaraq Maqadana sürgün edilmişdir. Cəzaçəkmə müddəti başa çatdıqdan sonra Maqadanda və Penza şəhər xəstəxanasında və sanitar idarəsində işləmişdir. 1948-ci ildə SSRİ Səhiyyə Nazirliyi tərəfindən Penza vilayət xəstəxanasına məsləhətçi kimi göndərilən Atayev tezliklə Penza vilayətinin baş mama-ginekoloqu seçilir və burada onun təşəbbüsü ilə Ümumittifaq mamalıq  və ginekoloqlar elmi cəmiyyətinin filialı yaradılır. 1956-cı ildə Atayevə bəraət verilmiş, lakin o, ağır xəstəliyə tutulduğundan elmi fəaliyyətini dayandırmalı olur. Bu məlumatları Azərbaycan Xalq Cümhuriyyətu Ensiklopediyasından götürmüşəm. İndi isə Maqadanda olduğum müddətdə onun barəsində əldə etdiyim və eşitdiklərim haqda məlumat vermək istəyirəm.

Dustaqlar iş başında (1936-cı il)Qeyd olunduğu kimi, o, 1937-ci ildə həbs edilib. Elə 1937-ci ildə də Vanino limanından (Vladivostok) Naqayevo limanına (Maqadan) gətirilib. Həbsdən əvvəl o, Bakı, Tolstoy küçəsi, 103 ünvanında yaşamış, Azərbaycan Tibb İnstitutundan başqa həm də  Caparidze adına xəstəxanada işləmişdir. Şəxsi işində onun Oqtay adlı oğlu, Rəna adlı qızı olduğu göstərilib. Bu şəxsi iş arxivdə gördüyüm şəxsi işlərdən çox fərqli idi. Çünki onun içərisində olan rəsmi sənədlər qədər də təşəkkür məktubları var. Şahidlərdən  öyrəndim ki, Ə.Atayev hələ həbsdə olan illərdə (1937-1944) onu çətin doğuşlarda  iştirak etmək üçün "konvoy" müşayiəti ilə xəstəxanaya gətirirlərmiş. Belə hadisələrin hər birində müvəffəqiyyətlər qazandığına görə "Dalstroy" trestinin rəisi Nikişov onu vaxtından az əvvəl həbsdən azad edərək 1944-cü il dekabrın 12-də Maqadan Şəhər Mərkəzi Xəstəxanasının ginekologiya şöbəsinin müdiri vəzifəsinə təyin etmişdir. Bu vəzifədə işlədiyi müddətdə üç dəfə şəxsi işinə yazılmaqla təşəkkür almış və SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə "Əməkdə fərqlənməyə görə" medalı ilə təltif olunmuşdur. Maqadanlılar onun adını bu gün də ehtiramla yad edirlər. Günlərin birində burada anadan olmuş və bu gün də Maqadanda yaşayan yazıçı David Rayzman məni repressiyaya məruz qalmış və sonralar bəraət qazanmış S.N.Korobovanın 85 illik yubileyinə apardı. Yubilyar Azərbaycandan gəldiyimi bilib, məni çox mehribanlıqla qarşıladı. O, süfrə arxasında ayağa qalxıb mənə baxa-baxa sanki bütün məclisə elan edirmiş kimi dedi ki, 1944-cü ildə ilk hamiləliyimin doğuşu zamanı Alik (Əlirza Atayev) "kessarevo" əməliyyatı ilə məni də, oğlumu da ölümdən xilas etdi. Ona görə də bax, bu oğlumun adını Alikin şərəfinə Anatoli qoymuşam. Çox təəssüflər olsun ki, o, 1948-ci ildə "materikə" getdi və onun haqqında heç bir məlumatımız yoxdur. Sonra  o üzünü mənə tutub "çox sağ olun, onu burada hamı çox sevirdi"- dedi.

Onu da qeyd edim ki, David Rayzman "Dalstroy"un xarici könülsüzləri" kitabının müəllifidir. O, mənə professor Atayev barəsində xeyli ürəkaçan hadisələr danışdı. Mən isə uzaq bir diyarda belə  ad qazanmış soydaşımla fəxr etdim...

***

Maqadan bu gün2009-cu ilin noyabrında mən Maqadan arxivində öz xalqının nümayəndələrinin taleyini araşdıran yunan tarixçisi İvan Çuxa ilə tanış oldum. Bir gün söhbət zamanı o mənə dedi ki, sən də mənim kimi bu arxivə hələ çox gedib-gələcəksən. Öz araşdırmalarının sonunda əgər hansısa bir xalqın nümayəndəsinə rast gəlməsən, deməli, Kalımda olmamısan. Mən isə burada olduğum müddətdə, hələlik soydaşlarımızdan 60 nəfər haqqında qısa məlumat ala bildim.

Bu gün Maqadan mənim nəzərimdə təkcə Rusiya Federasiyasının yox, dünyanın ən sakit, sülhsevər, qonaqpərvər şəhəri kimi qalacaq. Aleksandr Biryukov bir cümlə ilə bu şəhərin tərifini belə verib: "Maqadan-dünyanın ən yaxşı şəhəri deyil, amma beləsi heç yerdə yoxdur...".

Bu, həqiqətən də belədir. Vilayətdə mayın sonundan başlayaraq sentyabra qədər hər yan yamyaşıl olur. Möcüzəli diyar deyirlər bu diyara. Doqquz ay tamamilə donmuş halda qalan bir torpağın iki-üç gün ərzində birdən-birə yaşıllaşması, həqiqətən, insana möcüzə kimi görünür. 

Binnət ƏSGƏROV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov