Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

11 Fevral 2011 - 06

 

Azərbaycanın Milli Qəhrəmanları

 

Rəhimov Koroğlu İsmayıl oğlu 

1953-cü il oktyabrın 31-də Oğuz rayonunun Xaçmaz kəndində anadan olub. Birinci sinfə Yaqublu kənd orta məktəbində gedən Koroğlu sonra ailələri ilə birlikdə Qərbi Azərbaycanın Zəngibasar mahalının Sarıcalılar kəndinə köçüb. Orta təhsilini Həbil kənd orta məktəbində başa çatdıraraq, 1970-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunda avtomexanika fakültəsinə daxil olub. 1972-ci ildə ordu sıralarına çağırılıb. 1974-cü ildə xidmətini Almaniya Demokratik Respublikasında başa çatdırdıqdan sonra yarımçıq qalan təhsilini davam etdirib. O, 1992-ci ildə könüllü olaraq Milli Ordu sıralarına yollanıb. Goranboy rayonunun Buzluq, Çartaz və Erkəc kəndlərinin azad olunması uğrunda erməni işğalçılarına qarşı əzmlə döyüşüb.

K.Rəhimov 1992-ci il iyulun 3-də Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olub.

Ailəli idi. Üç övladı var.

Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 nömrəli Fərmanı ilə Rəhimov Koroğlu İsmayıl oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Bakı şəhərində Şəhidlər xiyabanında dəfn olunub. Bakının Nərimanov rayonunda adına küçə verilərək büstü qoyulub. Oğuz rayonunun Xaçmaz kəndindəki uşaq bağçası onun adını daşıyır. 

Rəhimov Cavanşir İzzət oğlu 

1973-cü il iyunun 5-də Qax rayonunun Qaşqaçay kəndində anadan olub. Ailə üzvləri ilə birlikdə Bakıya köçən Cavanşir Suraxanı rayonundakı 104 nömrəli orta məktəbi bitirdikdən sonra təhsilini  texniki peşə məktəbində davam etdirib. O, idman ustası idi. 1992-ci ildə hərbi xidmətə çağırılaraq Azərbaycan Hərbi Hava Qüvvələrində qulluq edib. Burada hərbi vertolyotun bort atıcısı peşəsinin sirlərinə yiyələnib. 1992-ci ildə səmaya qalxan Cavanşir bir neçə dəfə uğurlu uçuş əməliyyatları həyata keçirərək işğalçı erməni döyüşçülərinə ağır zərbələr endirib. Kasapet yüksəkliyi uğrunda gedən ağır döyüşlərdə isə onun idarə etdiyi vertolyot düşmən tərəfindən vurulub və bu zaman  Cavanşir taxıl zəmisinə düşüb. Bir aydan sonra mal-qara otaran çoban Cavanşirin meyitinə rast gələrək, onu yaxınlıqdakı hərbi hissəyə aparıb. C. Rəhimov 1992-ci il sentyabrın 9-da Müdafiə Nazirliyinin əməkdaşları və qohumlarının iştirakı ilə Bakıda Şəhidlər xiyabanında dəfn olunub.

Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 1992-ci il tarixli 204 nömrəli Fərmanı ilə Rəhimov Cavanşir İzzət oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Bakının Suraxanı rayonundakı 146 nömrəli orta məktəb onun adını daşıyır.

Qaraçuxur qəsəbə parkında büstü qoyulub. 

Rəfiyev Faiq Qəzənfər oğlu 

1955-ci il fevralın 22-də Füzuli rayonunun Sarıcıq kəndində anadan olub. 1972-ci ildə rayonun Qarakollu kənd orta məktəbini bitirib. Faiq 1973-1975-ci illərdə Arxangelsk vilayətində hərbi xidmətdə olub. Ordudan tərxis olunduqdan sonra həmin vilayətin Plisetsk rayonunda milis işçisi  vəzifəsində çalışıb. Sankt-Peterburq şəhərində Ali Hərbi Milis Məktəbinin qiyabi şöbəsinə daxil olan Faiq 1984-cü ildə təhsilini başa çatdıraraq leytenant rütbəsi alıb və sahə müvəkkili kimi fəaliyyətə başlayıb. 1990-cı ilin  20 Yanvarında sovet ordusunun Azərbaycanda əliyalın xalqı qətlə yetirərək görünməmiş faciə törətdiyini eşidib Vətənə qayıdaraq, Xocavənd rayonunda sahə müvəkkili işləyib. Axullu, Tuğ, Qaradağlı kəndlərinin  quduz erməni işğalçılarından qorunmasında qəhrəmanlıq göstərib.

F.Rəfiyev 1992-ci il yanvarın 10-da düşmən gülləsinə tuş gələrək dünyasını dəyişib.

Ailəli idi. İki övladı var.

Azərbaycan Respublikası Prezidentinin 2 oktyabr 1992-ci il tarixli 264 nömrəli Fərmanı ilə Rəfiyev Faiq Qəzənfər oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Doğulduğu Sarıcıq kəndində dəfn olunub. Bakının Lökbatan qəsəbəsindəki 166 nömrəli orta məktəb onun adını daşıyır. 

Rzayev Qasım Qara oğlu 

1970-ci il mayın 5-də Tovuz  rayonunun Əlibəyli kəndində anadan olub.1987-ci ildə orta məktəbi bitirib, sonra sürücülük ixtisasına yiyələnib. 1988-ci ildə sovet ordusu sıralarında hərbi xidmətə çağırılıb. Ukraynanın Nikopol şəhərində hərbi hissədə artilleriya bölməsində xidmət edib. Qasım 1990-cı ildə hərbi xidmətini başa çatdıraraq Vətənə qayıdıb və könüllü özünümüdafiə dəstəsinə yazılıb. Muncuqlu, Koxa-Nəbi, Ağdam, Əlibəyli, Hacallı kəndlərinin, eləcə də Tovuz  rayonunun sərhədlərinin qorunmasında xüsusi qəhrəmanlıq nümayiş etdirib.

1992-ci il mayın 14-də erməni qoşunları Tovuzun sərhəd kəndlərinə hücuma keçərkən Q.Rzayev özünü döyüş nöqtəsinə yetirərək bu qeyri-bərabər vuruşda mərdlik göstərib, son dərəcə gərgin gedən həmin döyüşdə qəhrəmancasına həlak olub.

Ailəli idi.

Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 nömrəli Fərmanı ilə Rzayev Qasım Qara oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Əlibəyli kənd qəbiristanlığında dəfn olunub. Hacallı kənd orta məktəbi Milli Qəhrəmanın adını daşıyır. 

Rzayev Rövşən Abdulla oğlu 

1969-cu il oktyabrın 15-də Bakı şəhərinin Sahil qəsəbəsində anadan olub. 1986-cı ildə 253 nömrəli orta məktəbi bitirərək, Vladiqafqaz Ali Hərbi Komandirlər Məktəbinə daxil olub. 1991-ci ildə təhsilini başa vuraraq Orta Asiya və Qazaxıstana təyinat alıb və daxili qoşunların tərkibində tağım komandiri kimi fəaliyyətə başlayıb. 1992-ci ildə Bakıya qayıdaraq 6500 nömrəli mühafizə alayına komandir təyin edilib. Rövşən Ağdam rayonunun Papravənd, Pircamal, Aranzəmin, Şelli, Naxçıvanik kəndləri uğrunda döyüşlərdə qəhrəmanlıq nümayiş etdirib. Göstərdiyi fədakarlıga görə 1993-cü ildə Ədliyyə Nazirliyinin hərbi hissəsinin qərargah rəisi vəzifəsinə təyin edilib.  1996-cı ildə Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının Baş İdarəsinin mühafizə alayında qərargah rəisi  olub. Sonralar isə Qobustan  həbsxanasında mühafizə bölüyünün komandiri vəzifəsini daşıyıb.

R.Rzayev 1999-cu il yanvarın 8-də məhbus qiyamının yatırılması zamanı qəhrəmancasına həlak olub.

Ailəli idi. İki övladı var.

Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 1999-cu il tarixli 73 nömrəli Fərmanı ilə kapitan Rzayev Rövşən Abdulla oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Sahil qəsəbəsində dəfn olunub. Sahil qəsəbəsində onun adını daşıyan parkda büstü qoyulub. 

Milli Qəhrəmanlar Beynəlxalq İnformasiya
Mərkəzinin materialları əsasında
hazırladı: Ədalət DAŞDƏMİRLİ

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov