Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

18 Fevral 2011 - 07

 

Prezident İlham Əliyev Goranboyda məcburi köçkünlər üçün salınmış yaşayış məhəlləsində
Xocalı şəhər 1 nömrəli orta məktəblə tanış olub

 

Prezident İlham Əliyev fevralın 10-da Goranboy rayonuna səfəri çərçivəsində 688 məcburi köçkün ailəsi üçün nəzərdə tutulan və birinci mərhələdə 165 ailənin məskunlaşacağı yeni yaşayış məhəlləsinin istifadəyə verilməsi münasibətilə keçirilən mərasimdə iştirak etmişdir.

Sonra dövlət başçısı yeni məhəllədə inşa olunmuş Xocalı şəhər 1 nömrəli orta məktəbin həyətində pəhləvan Məzahir Qəhrəmanovun nümunəvi çıxışına baxdı və aşıq musiqisini, gənc ifaçıları dinlədi.

Sonra dövlət başçısı qəsəbə sakinləri ilə görüşdü.

Daha sonra Prezident İlham Əliyev Xocalı şəhər 1 nömrəli  orta məktəbdə yaradılmış şəraitlə tanış oldu. İkimərtəbəli məktəb binasının foyesində ümummilli lider Heydər Əliyevin 2002-ci ilin sentyabr ayında Goranboyun Aşağı Ağcakənd qəsəbəsinin açılışında iştirakı ilə bağlı fotoguşə yaradılmışdır. Məktəbin sinif otaqlarından əlavə informatika, fizika və riyaziyyat kabinetləri, kimya laboratoriyası, kitabxanası, emalatxana və yeməkxanası da var. İdman zalında isə basketbol, güləş və voleybolla məşğul olmaq mümkündür. Dövlət başçısı burada gənc idmançıların çıxışını izlədi.

Məktəbin ikinci mərtəbəsində ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin, Heydər Əliyev Fondunun ölkəmizdə təhsilin inkişafına diqqət və qayğısını əks etdirən, habelə Xocalı faciəsinə dair fotoguşələr yaradılmışdır.

Məktəb binasının qızdırılması üçün ayrıca qazanxana da inşa olunmuşdur.

Məktəblə tanışlıqdan sonra Prezident İlham Əliyev yeni yaşayış məhəlləsindəki Xocalı soyqırımı qurbanlarının xatirə abidəsini ziyarət edərək gül dəstəsi qoydu.  

AzərTAc

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Rəsmi" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov