Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

18 Fevral 2011 - �07

 

Ümumtəhsil məktəblərinin müəllimləri arasında ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə
həsr olunmuş şahmat yarışının keçirilməsi haqqında

 
Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azəbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin qərarı

 
Azərbaycan Respublikası Təhsil Nazirliyi

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı 
Respublika Komitəsi

QƏRAR � 251

Bakı şəhəri  

 10 fevral 2011-ci il

Azərbaycanda şahmat geniş yayılmış ənənəvi idman oyunlarından biridir və xalqımızın mədəniyyətində özünəməxsus yer tutur. İntellektual idman növü kimi şahmatın inkişafına ötən əsrin 70-ci illərindən etibarən respublikamızda böyük diqqət göstərilmişdir. Bu məqsədlə dövlət səviyyəsində qərarlar qəbul edilmiş, şəhər və rayonlarda şahmat məktəbləri və klubları açılmışdır. Görülən tədbirlər nəticəsində artıq ölkəmizdə şahmat oyununa maraq kütləvi xarakter almışdır.

Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü və onun xatirəsinə ehtiram əlaməti  olaraq respublika ümumtəhsil məktəblərinin müəllimləri arasında şahmat yarışının keçirilməsini məqsədəuyğun hesab edir və həmin yarışların yüksək səviyyədə keçirilməsini təmin etmək məqsədilə

QƏRARA ALIR: 

1. Ümumtəhsil məktəblərinin müəllimləri arasında ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş şahmat yarışı keçirilsin.

2. Respublikanın ümumtəhsil məktəblərinin müəllimləri arasında  keçiriləcək şahmat yarışı Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə tədbiri sayılsın.

3. Şahmat yarışı 2011-ci ilin fevral-aprel aylarında üç mərhələdə  keçirilsin:

I mərhələ      - orta ümumtəhsil məktəblərində martın 10-dək;

II mərhələ    - şəhər və rayonlarda  aprelin 10-dək;

III mərhələ  - respublika üzrə Bakı şəhərində aprel ayının son ongünlüyündə.

4. Şahmat yarışının təşkili və keçirilməsi üzrə Təşkilat Komitəsinin (əlavə 1), Hakimlər kollegiyasının (əlavə 2) tərkibləri və Əsasnaməsi (əlavə 3) təsdiq edilsin.

5. Şəhər, rayon təhsil şöbələrinin müdirləri, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı şəhər və rayon komitələrinin sədrləri:

- bu qərarla təsdiq edilmiş Əsasnamənin şərtlərinə uyğun olaraq yarışların I və II mərhələlərinin keçirilməsini təmin etsinlər;

- şəhər və rayonlarda keçirilmiş II mərhələnin qalibləri haqqında  məlumatı (soyadı, adı, atasının adı, ixtisası, iş yeri) 2011-ci il aprelin 15-dək Təşkilat Komitəsinə  təqdim etsinlər;

- şəhər, rayon təhsil şöbələri III mərhələdə iştirak edəcək qaliblərin ezamiyyət xərclərinin ödənilməsini təmin etsinlər;

- ATİAHİ şəhər və rayon komitələri yarışların II mərhələsinin qaliblərinin mükafatlandırılmasını təmin etsinlər.

6. Yarışın keçirilməsi ilə əlaqədar tərəflər öz üzərinə götürür:

6.1. Təhsil Nazirliyi:

- yarışda I, II və III yerlərə layiq görülənlərə diplomların verilməsini;

- yarışın III mərhələsinin keçirilməsi üçün yerin və şəraitin təmin edilməsini:

6.2. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi:

- yarışın qaliblərinin mükafatlandırılmasını;

I yer üçün bilgisayar,   

II yer üçün  videokamera,

III yer üçün fotoaparat,

- hakimlər kollegiyasının sədrinə 300 manat, üzvlərinə isə 200 manat məbləğində pul mükafatının verilməsini.

7. Təhsil Nazirliyinin tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsi  və ATİAHİ Respublika Komitəsinin mədəni-kütləvi və idman işləri  şöbəsi bu qərardan irəli gələn vəzifələrin yerinə yetirilməsini təmin etsinlər.

8. Təhsil Nazirliyinin və ATİAHİ Respublika Komitəsinin müvafiq şöbələri qərar və əlavələrin "Azərbaycan müəllimi" və "Təhsil işçisi" qəzetlərində  dərc edilməsini təmin etsinlər.

9. Qərarın icrasına nəzarət nazir müavini E.Qasımova və sədr müavini Ş.Əsgərova həvalə olunsun.

Azərbaycan Respublikasının təhsil naziri
M.MƏRDANOV
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı 
Respublika Komitəsinin sədri
S.MEHBALIYEV
 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Qanunvericilik" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov