Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

18 Fevral 2011 - �07

 

Bakıda tam orta təhsil səviyyəsi (XI sinif) üzrə keçirilmiş mərkəzləşdirilmiş yoxlama imtahanlarının nəticələri açıqlanıb

 

Fevralın 15-də Təhsil Nazirliyinin İnternet saytının (www.edu.gov.az) imtahan bölməsində Bakı şəhəri üzrə tam orta təhsil səviyyəsi (XI sinif) üzrə 2010-2011-ci dərs ilinin mərkəzləşdirilmiş yoxlama imtahanlarının nəticələri yerləşdirilib.

Bakı şəhəri üzrə ümumi orta təhsil (IX sinif) səviyyəsi üzrə mərkəzləşdirilmiş yoxlama imtahanlarının nəticələri isə yaxın günlərdə bu bölmədə yerləşdiriləcək.

Məlumat üçün qeyd edək ki, 12-13 fevral tarixlərində Bakı şəhəri üzrə ümumi orta təhsil və tam orta təhsil səviyyələri üzrə 2010-2011-ci dərs ilinin mərkəzləşdirilmiş yoxlama imtahanları keçirilib.

26730 XI sinif şagirdi 72 mərkəzdə, 36085 IX sinif şagirdi isə 74 mərkəzdə yoxlama imtahanına cəlb olunub. Bakı şəhərində məskunlaşan məcburi köçkün rayonlarının şagirdləri də 12-13 fevral tarixlərində keçirilmiş imtahanlarda iştirak ediblər.

İmtahan XI sinif şagirdləri üçün 3, IX sinif şagirdləri üçün isə 1 saat 30 dəqiqə davam edib.

2010-2011-ci dərs ilində keçirilən yoxlama imtahanlarında bir sıra yeniliklər tətbiq olunub. Belə ki, tam orta təhsil səviyyəsi üzrə yoxlama və buraxılış imtahanlarında ümumi sual sayı dəyişilməz olaraq 120 qalsa da, fənlər üzrə sual sayları dəyişilib. Ana dili və riyaziyyat fənləri üzrə sualların sayı 25-dən 21-ə endirilib, təbiət fənləri üzrə sualların sayı isə (kimya, biologiya, fizika, coğrafiya) 10-dan 12-yə qaldırılıb. Bundan əlavə, ilk dəfə şagirdlərə Təhsil Nazirliyi tərəfindən hazırlanmış xüsusi buraxılış vərəqələri verilib.

Valideyn-Müəllim Assosiasiyasının nümayəndələri Bakı şəhəri üzrə 67 mərkəzdə müşahidəçi valideyn qismində yoxlama imtahanlarının gedişini izləyiblər.

Onu da qeyd edək ki, 2010-2011-ci dərs ilində mərkəzləşdirilmiş qaydada keçiriləcək yoxlama və buraxılış imtahanlarında respublika üzrə iştirak edəcək 236710 şagirdin 137523 nəfəri IX, 94417 nəfəri XI sinif, 4770 nəfəri isə texniki peşə liseylərinin şagirdidir.

Fevralın 20-dən etibarən respublikamızın digər bölgələrində  də  yoxlama  imtahanları keçiriləcəkdir.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov