Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

18 Fevral 2011 - �07

 

Yoxlama imtahanlarında valideynlərin iştirakı müsbət qiymətləndirilib

 

Artıq dördüncü  ildir ki,  respublikamızın ümumtəhsil məktəblərində mərkəzləşdirilmiş qaydada yoxlama və buraxılış imtahanları keçirilir. Təcrübə göstərir ki, əvvəlki illərlə müqayisədə imtahan prosesinin aparılma mexanizmi təkmilləşmiş, şagirdlərin və valideynlərin yoxlama və buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada aparılmasına münasibətləri müsbət mənada dəyişmişdir.

Fevralın 12-də və 13-də Bakı şəhəri üzrə ümumi orta təhsil və tam orta təhsil səviyyələri  üzrə 2010-2011-ci dərs ilinin mərkəzləşdirilmiş qaydada  yoxlama imtahanları keçirilmişdir.

Aparılan yoxlama imtahanlarında imtahan rəhbəri kimi yalnız Təhsil Nazirliyinin əməkdaşları deyil, həm də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Təhsil Problemləri İnstitutunun, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun, müxtəlif ali və orta ixtisas məktəblərinin əməkdaşları, Bakı şəhərinin qabaqcıl məktəb direktorları, direktor müavinləri və müəllimləri yaxından iştirak etmişlər. İmtahan rəhbərləri və nəzarətçilər bu dövlət əhəmiyyətli mühüm tədbirin həyata keçirilməsində fəal iştirak edib, yoxlama imtahanlarının obyektiv, şəffaf aparılması üçün əllərindən gələni etmişlər.

Fevralın 12-də keçirilmiş yoxlama imtahanlarında Valideyn-Müəllim Assosiasiyasının nümayəndələri 72 mərkəzdən 67-sində müşahidəçi valideyn qismində iştirak etmişlər. Onlar möhürlü zərflərin açılmasını, sual və cavab kartlarının şagirdlərə paylanmasını müşahidə etmiş, imtahanların gedişi ilə tanış olmuşlar. Müşahidəçi  valideynlər imtahanın sonunda öz rəy və təkliflərini də yazmışlar.

245 nömrəli tam orta məktəbdə təşkil edilmiş mərkəzdə imtahanda  iştirak edən Valideyn-Müəllim Assosiasiyasının nümayəndəsi, Bakı şəhəri 47 nömrəli tam orta məktəbin valideyni Esmira Əhmədovanın rəyindən: "İmtahanlar vaxtında - saat 10:00-da başladı. Şagirdlərə sual kitabçaları və cavab kartları paylandıqdan sonra dəhlizlərdə  bir nəfər də olsa şagirdə rast gəlmədim. İmtahanlar çox şəffaf keçirilirdi və imtahan nəzarətçiləri öz işlərinin öhdəsindən məsuliyyətlə gəlirdilər".

Xətai rayonu 138 nömrəli tam orta məktəbdə təşkil edilmiş mərkəzdə nəzarətçi valideyn olmuş Naira Həyatova rəyində qeyd edir: "İmtahan saat 10:00-da başladı. Həm nəzarətçi müəllimlər,  həm də imtahan rəhbərləri məsuliyyətlə öz işlərini yerinə yetirirdilər. Problem təkcə şagirdlərin mobil telefonlarla içəri keçmələri idi. İmtahandan əvvəl və imtahanın gedişi zamanı telefonların ciddi nəzarətlə yığılmasına baxmayaraq, yenə də şagirdlərdən mobil telefon tapılırdı. Məncə, bu problemi həll etmək üçün ciddi tədbirlər görmək lazımdır.

İmtahan saat 13:00-da başa çatdı. Şagirdlərdən cavab kartları lazımi qaydada yığıldı".

Lalə Adıgözəlova 152 nömrəli tam orta məktəbin valideyni kimi 267 nömrəli tam orta məktəbdə yerləşən mərkəzdə olmuşdur. O, imtahan rəhbərinin hesabatında qeyd etmişdir ki, qaydaları pozduğuna görə  bir nəzarətçi müəllim imtahandan xaric edilmiş, bir nəzarətçi müəllim isə qeyri-kafi qiymətləndirilmişdir.

Mərkəzləşdirilmiş qaydada keçirilən yoxlama  imtahanlarında Valideyn-Müəllim Assosiasiyasının nümayəndələrinin iştirakı  valideyn  və  müəllimlər  tərəfindən müsbət  qiymətləndirilmişdir.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov