Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

18 Fevral 2011 - �07

 

Elmi Şuranın ilk iclası

 

Azərbaycan Dillər Universitetinin (ADU) Elmi Şurasının 2011-ci ildə ilk iclası keçirildi. İclası giriş sözü ilə açan Elmi Şuranın sədri, ADU-nun rektoru, professor Səməd Seyidov rəhbərlik etdiyi ali təhsil ocağının ötən ildə gördüyü işlər, bu işlərin respublika təhsil ictimaiyyətində yaratdığı təəssürat, eləcə də dövlət rəhbərliyi tərəfindən verilən tapşırıqların vaxtında yerinə yetirilməsindən danışdı. O bildirdi ki, bunun məntiqi nəticəsi olaraq ötən ilin sonunda keçirilən rəy sorğusu əsasında ADU "İlin universiteti" seçilib.

Bunun səbəbinin universitetdə formalaşan müəllim-tələbə münasibəti, müəllimə öz pedaqoji biliyini çatdırmaq üçün yaradılan şərait, tələbələrə öz fikir və bacarıqlarını ifadə etmək üçün formalaşdırılan mühit olduğunu bildirən rektor 2010-cu ili universitet üçün uğurlu və mənalı il adlandırdı. O, əmin olduğunu bildirdi ki, 2011-ci il də universitet üçün uğurlu olacaqdır. Görüləcək işlərin, gerçəkləşdiriləcək layihələrin çox olduğunu vurğulayan rektor gələcəkdə yeni ixtisasların (Yaponşünaslıq, Ərəbşünaslıq, Jurnalistika) açılacağını və bu məsələyə Təhsil Nazirliyinin dəstək olacağına inandığını dilə gətirdi. Rektor həmçinin qeyd etdi ki, yeni kafedraların açılması, kafedraların işlərinin səmərəli şəkildə təşkil olunması, fakültələrdə islahatlar aparılması, məqsədəuyğun olmayan və nəzərdə tutulan planları doğrultmayan kafedraların bağlanması, təcrübəli professor-müəllim heyətinin universitetdə saxlanması prioritet istiqamətlərdəndir.

Təhsil sistemində yeni maliyyələşmə sistemi, tələbələrlə işin yüksək səviyyədə qurulması, universitetin beynəlxalq əlaqələrindən də danışan rektor qış imtahan sessiyasının da uğurlu keçdiyini Elmi Şura üzvlərinin diqqətinə çatdırdı.

ADU-nun Tədris işləri üzrə prorektoru, professor Natiq Yusifov qış imtahan sessiyası barədə məlumat verdi. Onun dediyinə görə, qış imtahan sessiyası obyektiv nəticələrlə müşayiət edildi. Rektorun imtahanların şəffaf və obyektiv keçirilməsi haqqında əmr imzaladığını xatırladan prorektor əmrdən irəli gələn məsələlərin həlli üçün zəruri addımların atıldığını bildirdi.

Yeni yaranan Əlavə təhsil fakültəsinin dekanı, dosent Yasəf Mürşüdov fakültə haqqında məlumat verdi. Əlavə təhsilin istiqamətləri haqqında danışan Y.Mürşüdov ixtisasartırma təhsili sahəsində olan problemlər və perspektivlərdən də söz açdı.

ADU-nun İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Zeynab Kazımova  isə hesabat xarakterli çıxışında Mətbuat xidmətinin fəaliyyət istiqamətlərinə toxundu.  Elmi işlər üzrə prorektor, professor Dünyamin Yunusov elmi hissə tərəfindən daxil olan sənədlər haqqında danışdı.

ADU-nun Mətbuat xidməti

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov