Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

18 Fevral 2011 - �07

 

Azərbaycan ali təhsilində idarəetmə

 

Nyu-Yorkdakı Pratt Strateji Planlaşdırma və İnstitutsional Tədqiqatlar İnstitutunun icraçı direktoru Vladimir Brillerin mülahizələri

Hazırda Dünya Bankı Azərbaycanda ali təhsilin təkmilləşdirilməsi istiqamətlərinin işlənib hazırlanması məqsədilə Yaponiya hökuməti tərəfindən maliyyələşdirilən  ilkin layihənin tədqiqatını  həyata keçirir. Belə istiqamətlərdən biri ali təhsilin idarə olunmasıdır. İlkin təhlil üzrə iş Nyu-Yorkdakı Pratt Strateji Planlaşdırma və İnstitutsional Tədqiqatlar İnstitutunun icraçı direktoru, pedaqoji elmlər doktoru Vladimir Brillerə həvalə olunub. O, Bakıda bir sıra aparıcı ali məktəblərin rektorları və eləcə də Təhsil Nazirliyinin nümayəndələri ilə görüşüb. Aşağıda V.Brillerin ölkəmizdə ali təhsilin idarə olunması problemləri barədə mülahizələrini təqdim edirik. 

İstənilən ali təhsil sistemində başlıca idarəetmə məsələlərinə ali məktəblərin nə dərəcədə müstəqil olması, onların dövlət maliyyələşdirməsindən və ya digər mənbələrdən nə dərəcədə asılı olması, keyfiyyətin kim tərəfindən müəyyənləşdirilməsi və təmin olunması, ona kimin nəzarət etməsi, ali məktəb liderlərinin rolunun nədən ibarət olması daxildir.

Bütün dünyada təhsil kosmetik təkmilləşdirmə deyil, ciddi dəyişikliklər tələb edən ictimaiyyət, işəgötürənlər və siyasətçilərin təzyiqi altındadır. Ali təhsilin vəzifəsi bərabər imkanlara şərait yaradıb, lazımi bilik vermək, cəmiyyəti təkmilləşdirmək və tələbələrin tələbatını səmərəli reallaşdırmaqdır. Bunun nəticəsi kimi tələbələr, resurslar, elmi və pedaqoji kadrlar uğrunda rəqabət kəskin artır.

Digər tərəfdən, kadrlar uğrunda rəqabət təkcə ali məktəblər arasında deyil, eləcə də özəl və dövlət sektorları arasında da gedir. Belə şəraitdə ali məktəblərin birbaşa vertikal idarəçiliyi inkişafı ləngidir. Problem  ortaya çıxır: vacib sosial-iqtisadi vəzifələri nəzərdən qaçırmamaqla ali məktəbin müstəqilliyini və inkişaf dinamikasını necə təmin etməli? Bu problemin həlli dövlət və bazar münasibətlərinin çevik uyğunlaşdırılmasındadır.

 Maliyyələşdirmə 

Azərbaycanda ali məktəblərin problemləri bütün dünyada olduğu kimidir və onlar tədricən həll olunurlar: məsələn, ali məktəblərin maliyyələşdirilməsi barədə yeni qanunlar daha çox müstəqilliyə və prioritetlərin sərbəst seçilməsinə imkan yaradır. Lakin islahatlar uzağa getməyib; ali məktəblərin fakültələrə öz büdcələrini daha sərbəst idarə etmək imkanı verməsi, onların isə, öz növbəsində, belə bir hüququ kafedralara verməsi daha məntiqli olardı. Bu cür müstəqillik bölmələrin məsuliyyətini yalnız gücləndirə və onların fəaliyyətinin səmərəliliyini artıra bilərdi. Əgər ölkə dünya təhsil məkanının bərabərhüquqlu üzvü olmaq istəyirsə, dəyişikliklər daha əsaslı olmalı və sürətlə aparılmalıdır. Nadir istisna hallarını çıxmaqla Azərbaycanda ali təhsil müəssisələri  dövlət vəsaiti və tələbələrin ödədikləri təhsil haqları hesabına mövcuddur. Tədqiqatlar üçün vəsaitlərin özəl şirkətlərdən əldə edilməsi, eləcə də ali məktəb məzunlarının maliyyələşməyə cəlb olunması təcrübəsi praktik olaraq yoxdur.

Dünyada ali məktəblərin maliyyələşdirilməsi onların fəaliyyətinin nəticələri ilə sıx bağlıdır. Ali məktəblər akademik missiyalar, sağlam maliyyə, ənənələr, innovasiyalar və icra potensialı arasında yaradıcı balansı, hökumət isə yüksək keyfiyyət nailiyyətləri və təqdim olunmuş bərabər imkanlar arasında balansı dəstəkləməlidirlər. 

Müstəqillik 

Dünya təcrübəsində ali məktəblərin müstəqilliyinin güclənməsi ilə bir vaxtda nəticələrə görə hesabatlılığının güclənməsi tendensiyaları da müşahidə olunmaqdadır. Bu nəticələr, bir qayda olaraq, ali məktəb və dövlət, yaxud təsisçi (özəl ali məktəb) arasında razılaşmanın nəticəsidir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən aparılmış tədqiqatların nəticəsi olan aşağıdakı cədvəl müxtəlif ölkələrin müxtəlif komponentlər üzrə müstəqillik səviyyəsini göstərir.

 
Ölkələr Bina və avadanlıqlara  malik olmaq Kreditlər götürmək Büdcəni öz məqsədinə müvafiq olaraq xərcləmək Dərs proqramları və fənlərin məzmununu müəyyən etmək Professor-müəllim  heyətini işə götürmək və azad etmək Əməkhaqları müəyyən etmək Tələbə qəbulu sayını müəyyən etmək Təhsil  haqqını müəyyən etmək
Meksika
Niderland
Polşa
Avstraliya
İrlandiya
Böyük Britaniya
Danimarka
İsveç  
Norveç    
Finlandiya    
Avstriya    
Koreya*        
Türkiyə          
Yaponiya*          
ABŞ

  * - yalnız dövlət ali məktəbləri                 - tam hüquqlu                                  - qismən hüquqlu

Cədvəldən göründüyü kimi, daha yaxşı reputasiyaya malik ali məktəblər daha çox azaddırlar. Bu halda onlar həm də təhsil və elmi-tədqiqat fəaliyyətinin nəticələri üzrə daha yüksək hesabatlılıq səviyyəsinə malikdirlər. 

Rəhbərlik 

Müxtəlif ölkələrdə ali məktəb liderinin təyin olunması-seçilməsi proseduru müxtəlif cür aparılır, lakin hazırda ali məktəb işçiləri, müəllimlər və tələbələrin rəyi nəzərə alınmaqla xarici idarə orqanı (qəyyumlar şurası, müşahidəçilər şurası) tərəfindən seçilmiş rəhbərin ali məktəb lideri olması tendensiyası müşahidə olunur. Bir sıra ölkələrdə liderin namizədliyi hökumət tərəfindən təsdiq olunmalıdır. Bu sahədə ABŞ istisnalıq təşkil edir. Amerikada universitetin prezidenti ilə müqavilə imzalanır, qarşıya qoyulan məqsədlərə nail olunduğu təqdirdə  müqavilənin müddəti uzadılır. Digər bütün ölkələr isə ali məktəb liderinin öz postunda qalmasını 3 ildən (Norveç) 10 ilə qədər (İrlandiya) məhdudlaşdırırlar. Orta hesabla Avropada ali məktəblərin rəhbərləri 5-6 il, Amerikada isə 8-9 il öz vəzifələrində qalırlar. Özəl ali məktəblərdə isə bu rəqəm dövlət müəssisələrində olduğundan xeyli yüksəkdir. Azərbaycanda ali məktəbin (dövlət) rəhbəri ölkə Prezidenti tərəfindən təyin olunur; bu, ona çox yüksək status verir. Lakin bununla belə, ictimaiyyət, müəllimlər və tələbələr qarşısında məsuliyyətin səviyyəsi yüksək etimadın səviyyəsinə müvafiq olmalıdır. 

Elmi Şura 

Ali məktəblərin elmi şuraları formal olaraq idarəetmə orqanları hesab olunurlar. Lakin onlar səmərəli fəaliyyət göstərən strukturlardan daha çox keçmişin nişanəsidir.

Elmi şuralar təlimin məzmunu və metodikasının idarə olunması, qismən də elmi tədqiqat işlərinin aparılmasına görə məsuliyyəti öz üzərlərinə götürməlidirlər. Yaxşı olardı ki, strategiya və prioritetlərin müəyyən olunması ilə (xüsusən də maliyyələşdirmə) ali məktəblərin qəyyumluq, yaxud da müşahidəçi şuraları məşğul olsunlar. 

Keyfiyyət 

Daha uğurlu təhsil sistemlərində ali məktəbə nəzarət keyfiyyətin qiymətləndirilməsi vasitəsi ilə həyata keçirilir. 1990-cı illərin sonlarından demək olar ki, bütün Avropa dövlətlərində ali məktəblərin qiymətləndirilməsi agentliyi (Amerikada bu, daha əvvəllər həyata keçirilib) mövcuddur. Bu agentliklər hökumət tərəfindən maliyyələşir, lakin eyni zamanda Təhsil Nazirliyindən asılı deyillər. Praktik olaraq onların hamısı qiymətləndiricilərin daimi ştatından deyil, dəvət olunmuş təcrübəli və hörmətli akademik işçilərdən və inzibatçılardan istifadə edirlər. Oxşar təhsil sistemlərinə məxsus bir sıra kiçik ölkələrdə keyfiyyətin qiymətləndirilməsinə görə cavabdehliyi bir təşkilat, digər ölkələrdə isə bütövlükdə ali məktəbin, yaxud müəyyən ixtisasların akkreditasiyasına cavabdeh olan bir sıra təşkilatlar daşıyırlar.

Azərbaycanda akkreditasiya prosesi (bu prosesin beynəlxalq anlamında) başlanğıc mərhələdədir və hələlik Amerika və Avropanın ən yaxşı nümunələrinə tam uyğun gəlmir.

Təhsil sistemi akkreditasiyanın nəticələrinin aşkarlığı, onun ictimaiyyət üçün əlçatan olmasının təmin edilməsi məsələsini də özü üçün müəyyənləşdirməlidir. 

Nəticə  

Bütün deyilənlərdən bu nəticəyə gəlmək olar ki:

Ali məktəblər daha çox müstəqillik əldə etməlidir, lakin bununla belə, onlar fəaliyyətlərinin başlıca parametrləri üzrə son dərəcə dürüst hesabat verməlidirlər.

Azərbaycanda ali məktəblərin siyasətini, prioritetlərini və strategiyasını müəyyən edən qəyyumluq şuraları institutunun yaradılması çox vacibdir.

Təhsilin idarə olunması peşə olmalıdır, idarəçilər isə respublikanın aparıcı ali məktəblərində məqsədyönlü şəkildə hazırlanmalıdır.

Azərbaycanın ali məktəblərinin strateji planlaşdırma və planlaşdırma nəticələrinin büdcə imkanları ilə əsaslandırılması bacarığına ehtiyacı var.

Ali təhsil sisteminin göstəricilərinə əsaslanan qərarları qəbul etməyə imkan verən keyfiyyətli informasiya sisteminə ehtiyac var.

Kafedralar, fakültələr və ali məktəblər öz büdcələrini idarə etmək səlahiyyətinə malik olmalıdırlar, lakin eyni zamanda büdcə vəsaitlərindən istifadənin məqsədyönlülüyü və səmərəliliyini kəmiyyət və keyfiyyət baxımından sübut etməlidirlər. 

Hazırladılar:
Oruc MUSTAFAYEV,
Yusif ƏLİYEV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov