Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

18 Fevral 2011 - �07

 

Tərcümə fənnini tədris edən müəllimlər üçün seminar

 

Fevralın 1-dən 5-nə kimi  Azərbaycan Dillər Universitetində TEMPUS proqramı çərçivəsində "Azərbaycanda yazılı və şifahi tərcümənin tədrisində islahatlar" mövzusunda treninq keçirildi. Bu tədbirə universitetin tərcümə fakültəsinin müəllimləri ilə yanaşı, Gəncə Dövlət Universitetinin, Lənkəran Dövlət Universitetinin və Naxçıvan Dövlət Universitetinin xarici dil kafedralarının müəllimləri də cəlb edilmişdilər. Treninq proqramına tərcümə və tərcüməşünaslıq, tərcümənin növləri, yazılı və şifahi tərcümənin xüsusiyyətləri, özəllikləri, tərcüməçinin iş şəraiti, tərcümə zamanı qarşıya çıxan problemlərin həlli yolları və sair kimi mövzular daxil edilmişdi.

Təlimin məqsədi Avropanın Milan Ali Tərcümə Məktəbi və Leypsiq Universiteti   kimi tərcümənin tədrisi sahəsində zəngin təcrübəyə malik məktəblərin  təcrübəsindən yararlanmaq idi. Belə ki, 2009-cu il 28 noyabr-11 dekabr  tarixlərində ispan dili kafedrasının müəllimi Gülsüm Əliyeva, italyan dili kafedrasının müəllimi Aydan Sadıqova və sətirlərin müəllifi Milan Ali Tərcümə Məktəbində,  alman dilinin tərcüməsi kafedrasının dosenti Lətifə Qurbanova, ingilis dili tərcümənin nəzəriyyəsi və praktikası kafedrasının baş müəllimi Təranə Məmmədova və həmin kafedrada çalışan fəlsəfə doktoru Könül Hüseynova isə Leypsiq Universitetində müəllimlər üçün təşkil olunmuş ikihəftəlik təlim kurslarında iştirak etmişlər. Həmin müəllimlər Azərbaycanın yuxarıda adıçəkilən ali məktəblərindən gəlmiş 50 nəfər xarici dil müəlliminin iştirak etdiyi beşgünlük treninqdə təlimçilər üçün təlimçi qismində çıxış edərək Avropanın tanınmış məktəblərində gördüklərini və öyrəndiklərini öz həmkarları ilə bölüşdülər. 5 günlük treninq canlı müzakirələr şəraitində keçdi. Ölkəmizi təmsil edən nümayəndələrin çıxışlarını treninq iştirakçıları maraqla qarşılayaraq mövzular ətrafında dərin müzakirələr apardılar. Kompüterin köməyi ilə tərcümə, audiovizual və ya subtitr (ekranaltı) tərcüməsi, yazılı mətndən şifahi tərcümə, şifahi tərcümənin tarixinə səyahət və s. kimi mövzular Milan və Leypsiqdə tərcümənin tədrisi ilə bağlı ən kiçik detallar belə iştirakçılarda böyük maraq oyatdı. Aydan Sadıqovanın Milanda ardıcıl tərcümə (qeydgötürmə) dərsində çəkdiyi 5 dəqiqəlik "film" isə çox yerinə düşdü və tərcümə dərslərinin quruluşu haqqında hər kəsdə aydın təsəvvür yaratdı.  Xüsusilə Azərbaycanın üç bölgə  universitetindən gələnlər üçün istər yazılı, istərsə şifahi tərcümə ilə bağlı hər bir məlumat yeni və maraqlı oldu. Mövzuların təqdimatı zamanı yerdən verilən suallar və sonuncu gün keçirilən yekun müzakirədə  çıxış edən hər bir iştirakçının təlimçilərin ünvanına söylədiyi xoş sözlər bunu sübut etdi. LDU-nun müəllimi A.Məmmədova əcnəbilərin təşkil etdiyi bir çox treninqlərdə iştirak etdiyini, bu treninqin daha maraqlı keçdiyini və ondan daha çox faydalandığını bildirdi. GDU-dan gələn Məhərrəm müəllim isə söylədi ki, indiyə kimi treninqlərdə iştirakını təsdiq edən 18 sertifikata sahibdir, amma tərcüməyə aid olan bu birinci təlim onun işində yenidənqurmaya səbəb olacaq. Treninq iştirakçıları ADU-nun bu təşəbbüsünü və tədbirin keçirilməsini yüksək qiymətləndirərək belə tədbirlərin davamlı olmasını arzu etdilər. Hətta tərcümə tədrisində çalışan müəllimlərin Facebook-da əlaqələri davam etdirməsi təklifi də səsləndi. ADU-nun dosenti F.Abdullayeva əvvəlcə təlimçilərə rəhbərliyin etimadını doğrultduqlarına, həmçinin təlimi çox yüksək səviyyədə keçirdiklərinə görə  minnətdarlıq etdi, sonra tədrisdə gözəl nəticələr qazanılması üçün bir sıra konkret təkliflər irəli sürdü. 

Xədicə ƏYYUBOVA,
ADU-nun fransız dilinin tərcüməsi
kafedrasının baş müəllimi

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov