AzərTAc xəbər
verir ki, Hindistanda "Xocalı - gələcək üçün
ibrət" inşa yazı müsabiqəsi elan olunmuşdur.
Azərbaycanın
Hindistandakı səfirliyinin dəstəyi və "Athena
Ventures" şirkətinin təşkilatçılığı ilə Xocalı
soyqırımının 19-cu ildönümünə həsr olunmuş inşa
yazı müsabiqəsinə bütün Hindistan üzrə start
verilmişdir. İştirakçılar "Xocalı - gələcək üçün
ibrət" mövzusunda inşa yazmalı və fevralın
23-dək bu müsabiqə üçün təşkil olunmuş
komissiyanın elektron ünvanına göndərməlidirlər.
Məktəblilər və
tələbələr üçün elan olunmuş müsabiqənin davam
etdiyi müddət ərzində onun haqqında
xəbərlər Hindistanın KİV-lərində yer
alacaqdır. Yazı müsabiqənin artıq rəsmi
İnternet səhifəsi (www.khojalycontest.com)
də hazırlanmışdır. Müsabiqənin qalibləri
fevralın 26-da mükafatlandırılacaqlar.
Bundan əlavə,
birgünlük seminarın da keçiriləcəyi nəzərdə
tutulmuşdur. Seminarda Xocalı soyqırımı haqqında
videomateriallar, fotoşəkillər nümayiş
etdiriləcək, "Xocalıya ədalət" kampaniyası üçün
imza toplanacaqdır. |