Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

18 Fevral 2011 - �07

 

Fəal təlim metodları ilə "açıq dərs"lər

 

Bakıdakı 8 nömrəli orta məktəbdə İKT-dən, fəal təlim metodlarından istifadə ilə "açıq dərs"lərin keçirilməsi ənənə halını alıb. "Elektron məktəb" layihəsinin iştirakçısı olan təhsil ocağında hazırda gün ərzində dərslərin ən azı 2-3-ü elektron formada aparılır. Bunun üçün məktəbdə lazımi şərait və avadanlıqlar, İKT vasitələri vardır. Ən əsası isə müəllimlərin bu işə böyük maraq göstərməsi, təlimin təşkilinə innovativ yanaşaraq dərslərini elektron formada keçməyə səy etmələridir. Onlar məktəblərə paylanmış mövcud elektron dərsliklər, tədris vəsaitləri ilə kifayətlənmir, fəal yaradıcılıq axtarışlarına qoşularaq digər fənlərdən də belə vəsaitlər hazırlayıb tətbiq edirlər. Məktəbdə keçirilmir, "açıq dərs"lər həftəsində müəllimlərin ədəbiyyat, coğrafiya, biologiya, kimya, fizika, tarix, riyaziyyat və rus dili və ədəbiyyatından apardıqları elektron dərslər həmin dərslərdə iştirak etmiş mütəxəssislər, müəllim və valideynlər tərəfindən yüksək qiymətləndirilmiş və bu təcrübənin digər təhsil ocaqlarında yayılması tövsiyə edilmişdir.

"Açıq dərs"lərə hazırlıq prosesində şagirdlərin müxtəlif mövzularda elektron layihələr hazırlayıb təqdim etməsi də bu tədris ocağında tətbiq olunan yeniliklərdən biri, müəllimlərlə şagirdlərin birgə innovativ axtarışlarının nəticəsi kimi diqqəti cəlb edir. Tarix fənni üzrə tanınmış şəxsiyyətlər və Milli Qəhrəmanlarımıza, ədəbiyyat fənnindən böyük şairimiz Səməd Vurğunun "Azərbaycan" şeirinə, musiqidən korifey sənətkarımız Fikrət Əmirovun həyat və yaradıcılığına həsr olunmuş təqdimatları, III sinif şagirdlərinin "Xəzərin ekoloji nağılı" mövzusunda keçirdikləri tədbiri, VII sinif şagirdlərinin "Ən yaxşı təqdimat" müsabiqəsini burada çox yüksək səviyyədə qurulmuş müəllim-şagird əməkdaşlığının səmərəli nəticəsi hesab etmək olar. Məktəbdə dərslərini yüksək səviyyədə quran müəllimlər çoxdur. Təsadüfi deyil ki, cari tədris ilində Türkiyədə Azərbaycanın təhsil sərgisi keçirilən zaman məhz 8 nömrəli orta məktəblə canlı bağlantı yaradılmış və biologiyadan aparılan dərs sərgidə canlı yayımlanmışdır. Ötən dərs ilinin sentyabrında Bakıdakı 132-134 nömrəli Təhsil Kompleksinin açılışı zamanı da 8 nömrəli məktəblə elektron bağlantı yaradılmış və burada aparılan dərs möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən izlənmişdir. Elektron və "açıq dərs"lərin təşkilində məktəbin müəllimlərindən İlhamə Zalova, Gülgəz Həsənova, Yeganə Əhmədova, Jalə Zeynalova, Laçın Nəbiyeva, Ofeliya Babayeva, Həbibə Rəsulova xüsusilə fərqlənirlər. Məktəbin riyaziyyat müəllimi İlhamə Əkbərova Təhsil Nazirliyi, "Microsoft" şirkəti və "Mədəd" humanitar təşkilatının birgə layihəsi olan "İnnovativ müəllimlər" müsabiqəsində ötən il qalib gələrək bu yarışmanın Avropa və dünya mərhələlərində ölkəmizi təmsil etmişdir. Mehriban Abbasova isə həmin yarışmada ölkə üzrə üçüncü olmuşdur.

Bütün bunlar haqqında bizə məlumat  verən məktəbin direktoru Aytən Baxşiyeva, direktorun müavini Sevinc Əliyeva onu da xüsusi vurğuladılar ki,  8 nömrəli məktəbdə "açıq dərs"lər yeni kurikulumların tətbiq olunduğu ibtidai siniflərdə xüsusilə tez-tez keçirilir. Bunda məqsəd müəllimlərin yeni kurikulumlarla necə işlədiyini aşkara çıxarmaqdır. Bu günlərdə məktəbdə növbəti "açıq dərs" keçirilmişdir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Metodik Mərkəzindən, mərkəzin Nəsimi-Binəqədi bölməsindən, bölmənin əhatə etdiyi məktəblərdən dəvət olunmuş təhsil işçiləri, müəllimlər məktəbin müəllimi Ofeliya Babayevanın III "c" sinfində riyaziyyatdan "Perimetrin ölçülməsi" mövzusunda apardığı "açıq dərs"də iştirak etmiş və dərsdən razı qalmışlar.

Müəllimin dərsdə fəal təlim metodlarına geniş yer verməsi, qruplarla iş təşkil etməsi, dərsin motivasiya, problemin qoyuluşu və həlli, qiymətləndirmə kimi mərhələlərinin kurikulumun tələblərinə uyğun qurması, müxtəlif resurslardan yerli-yerində istifadə etməsi dərsin təhlili zamanı xüsusilə yüksək qiymətləndirilmişdir.

Bütün bu uğurlarda, şübhəsiz, məktəbin "Elektron məktəb" layihəsində iştirakının böyük rolu vardır. 

Yusif ƏLİYEV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov