Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

18 Fevral 2011 - �07

 

Gənc istedadlar

"Səhnəyə həmişə yaşıma görə çətin olan əsərlərlə çıxmışam"

 

O, 1994-cü il Xaçmaz şəhərində anadan olub. Hələ  kiçik yaşlarından  musiqiyə olan  istedadı ilə yaşıdlarından fərqlənər, Ü.Hacıbəyovun romans və ariyalarına qulaq asar, bu əsərləri pianoda səsləndirməyə çalışardı. Musiqiyə olan marağı və istəyi ilə valideynləri onu 7 yaşında ikən Bakı şəhəri Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli musiqi məktəbinə gətirirlər. Müsabiqə yolu ilə onu məktəbin skripka şöbəsinə, İlhamə Ağayevanın sinfinə qəbul edirlər.  Haqqında söhbət açacağımız, rubrikamızın budəfəki qonağı gənc olmasına baxmayaraq, beynəlxalq səviyyəli səhnələrdə ölkəmizi uğurla təmsil edən, Prezident təqaüdçüsü, skripka ifaçısı Kamran Ömərlidir.

Musiqi məktəbinə daxil olandan 6 ay sonra Kamran ilk dəfə dünya şöhrətli bəstəkar Sebastian Baxın kiçik əsəri ilə məktəb səhnəsində uğurlu çıxışını etdi. Müəllimi İlhamə Ağayeva fitri istedadını üzə çıxararaq onun gələcəkdə əsl musiqiçi olacağına inanırdı. Kamranın həm də gözəl səsi var. O, II sinifdə oxuyarkən Dövlət Uşaq Filarmoniyasında Mobil Əhmədovdan dərs almışdır. Xalq artisti Kamrana həmişə dahi sənətkarlarla olan gözəl xatirələrindən danışar, onun gələcəkdə yaxşı vokalist olacağını söyləyərdi.

Lakin çox sonralar Kamran skripka alətində ifa etməyi daha üstün saydı. V sinifdə ikən Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yenicə yaranmaqda olan Azərbaycan Dövlət Gənclər Orkestrinə skripka ifaçısı kimi daxil oldu. Orkestrin tərkibində dəfələrlə müxtəlif dövlət tədbirlərində iştirak etdi.

Solo skripka ifaçısı kimi ilk dəfə böyük səhnəyə 10 yaşında çıxaraq Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri ilə, xalq artisti, dirijor T.Göyçayevin rəhbərliyi altında S.Baxın əsərlərini ifa etdi. Onun qeyri-adi ifaçılıq qabiliyyəti  bir çox görkəmli musiqiçiləri təəccübləndirirdi.

Artıq kiçik yaşlarından böyük nailiyyətlər qazanan Kamran dəfələrlə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri və Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə solo ifaçı kimi Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində uğurlu ifalar etmişdir. Onun repertuarında S.Bax, P.İ.Çaykovski, O.Sarasate, K.Sen-Şans, De Falya, N.Paqanini, H.Venyavski, Q.Qarayev, F.Əmirov, Brams, Şuman və s. kimi dünya klassiklərinin əsərləri mühüm yer tuturdu. Kamranın səhnədəki hər bir ifası yüksək peşəkarlığı ilə seçilir, hər bir əsəri obrazlı çatdırmaq bacarığı dinləyiciyə mənəvi qida verir. Kamranı dinləyən görkəmli musiqiçilər - xalq artisti, dirijor R.Abdullayev, professor, xalq artisti T. Atakişiyev, T.Aslanov, professor N.Abbaszadə, Z.Quliyeva, M.Adıgözəlzadə, F.Bədəlbəyli və respublikamıza qonaq gələn görkəmli və dünyaşöhrətli musiqiçilər - O.Rostropoviç, italyan skripkaçı S.Krılov, M.Vengerov və dahi M.Rostropoviç onun perspektivli bir ifaçı olduğunu və beynəlxalq səviyyəli musiqiçi olacağından əmin olduqlarını bildirirdilər.

Kamran Ömərli Azərbaycan Dövlət Kamera Orkestrinin tərkibində Hollandiya, Moskva, Kazan və s. şəhərlərdə keçirilən Azərbaycanın mədəniyyət günlərində iştirak etmiş, və bu səfərlər zamanı T.Atakişiyev, S.Krılov, M.Vengerov kimi dahi musiqiçilərdən dərs alaraq böyük təcrübə qazanmışdır.

O, 2007-ci il birinci Respublika müsabiqəsində II, 2009-cu il M.Rostropoviç adına birinci Bakı şəhər müsabiqəsində I,  2009-cu il "Azərbaycan - dünyam mənim" müsabiqəsində I, 2010-cu il II Respublika müsabiqəsində I yerləri tutmuş, 2010-cu il M.Əliverdibəyov adına gənc ifaçıların V Bakı şəhər müsabiqəsində Qran-Pri qazanmış, 2010-cu ilin aprelində "Kaunas-2010" gənc musiqiçilərin XIX Beynəlxalq festivalında xüsusi diploma layiq görülmüşdür. Kamran bu beynəlxalq festivalın təntənəli bağlanışında Litva Dövlət Simfonik Orkestrinin müşayiəti və dirijor Modestas Riternasın rəhbərliyi ilə Çaykovskinin əsərlərini çox böyük uğurla ifa etmişdir. Konsert zamanı əfsanəvi skripkaçı və musiqiçi, dirijor Sandetski Kamranın ifasını çox bəyəndi və ona master skripka alınmasını tövsiyə etdi. Qeyd edək ki, bu istedadlı gənc  üçün Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən İtaliyanın Kremons şəhərindən skripka alınıb. Kamran həm festivalda, həm də seçim turunda mədəniyyət və turizm nazirinin müavini  Sevda Məmmədəliyeva tərəfindən ona şəxsən təntənəli təqdim olunan bu qiymətli alətdə ifa edib.

2010-cu ilin iyununda məşhur musiqiçi Maksim Vengerov ölkəmizdə olarkən Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində Kamrana qulaq asıb və ifasını yüksək qiymətləndirərək onun 2011-ci ilin oktyabrında Polşa Respublikasında keçiriləcək H.Venyatsi adına Gənc skripkaçıların Beynəlxalq müsabiqəsinin seçim turunda iştirak etməsi üçün təqdimat yazıb.

2010-cu ilin dekabrı da Kamran üçün çox uğurlu oldu. Bakıda keçirilən IV Beynəlxalq festivalda o, Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə beynəlxalq müsabiqənin seçim turunda 4 klassik əsərlə çıxış edib. Çıxışı münsiflər heyəti tərəfindən  heyranlıqla  qarşılanıb.

Kamranın dediklərindən: "Mən hələ uşaqlıqdan texniki baxımdan ifa edilməsi çətin olan irihəcmli və virtuoz əsərləri ifa etməyi çox sevmişəm. Səhnəyə həmişə yaşıma görə çətin olan əsərlərlə çıxmışam. Mürəkkəb texnikalı klassik əsərlər həmişə məni özünə cəlb edib. Paqanini, Çaykovski və s. kimi dahilərin mürəkkəb texnikalı əsərlərini ifa etmişəm. İfa etdiyim hər bir əsərdə özümün xüsusi dəst-xəttimin olmasına çalışmışam. Çox sevinirəm ki, artıq mənim adımı afişalarda oxuyanda tamaşaçı ifamı dinləmək üçün konsertlərə gəlir. Bu məni çox sevindirir.  Hazırda Polşa Respublikasında keçiriləcək beynəlxalq müsabiqəyə hazırlaşıram. Azərbaycanımızı  uğurla təmsil etməyi qarşıma məqsəd qoymuşam. Mənə elə gəlir ki, öz üzərində işləyən hər bir istedadlı gənc istəyinə çata bilər. Mənim missiyam dünya klassiklərinin musiqilərini ifa etməklə onları daim yaşatmaq və insanlara çatdırmaqdır. Məncə, gənc nəslin yüksək zövqünün formalaşması üçün bundan gözəl vasitə ola bilməz. Mən sənətimi çox sevirəm və həmişə çalışıram. Sevinirəm ki, yanımda mənə həmişə dəstək olan İlhamə Ağayeva kimi müəllimim var. Mənim bu səviyyəyə çatmağımda onun rolu əvəzsizdir. Səfərlər zamanı və konsertlərdə məni pianoda müşayiət edən Arzu Səfərovanı da xüsusilə qeyd edərdim. Onun kimi təcrübəli və istedadlı pianoçu ilə işləmək mənə əlavə stimul verir. Ümumiyyətlə, mənə və mənim kimi bütün gənclərə dəstək olan hər bir kəsə, xüsusilə ölkə Prezidenti cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığımı bildirirəm.

Ən böyük  arzum ifaçılıq vərdişlərimi daha da mükəmməlləşdirmək üçün xaricdə təhsil almaq, solist skripka ifaçısı kimi respublikamızı dünyanın ən nüfuzlu səhnələrində uğurla təmsil etməkdir.

Bəli, bir gənc ilə söhbətimiz və onun musiqiyə olan məhəbbəti bir daha sübut edir ki, Azərbaycan dahilər vətənidir və bu vətən dahiləri daim yetişdirəcəkdir. 

Niyazi RƏHİMOV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov