Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

25 Fevral 2011 - �08

 

İndoneziyada da Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

 

Azərbaycanın İndoneziyadakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, bu ölkənin Kharisma Bangsa Qlobal Təhsil Mərkəzində Xocalı soyqırımının 19-cu ildönümü ilə bağlı tədbir keçirilmişdir.

Əvvəlcə tədbir iştirakçıları Azərbaycanın Xarici İşlər Nazirliyindən, "Xocalıya ədalət" kampaniyasının təşkilat komitəsindən göndərilmiş fotolardan, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə, Xocalı soyqırımına dair kitab və nəşrlərdən ibarət sərgiyə baxmışlar.   Ölkəmizin İndoneziyadakı səfiri İbrahim Hacıyev Xocalı soyqırımı, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat vermişdir. Diplomat Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğal olunduğunu, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini, bu ərazilərdə tarixi və mədəniyyət abidələrinin, məktəblərin, səhiyyə ocaqlarının, kitabxanaların məhv edildiyini diqqətə çatdırmışdır.

Tədbirdə İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" kampaniyası haqqında da ətraflı məlumat verilmişdir. Beynəlxalq kampaniyanın www.justiceforkhojaly.org İnternet saytının, eləcə də burada yerləşdirilmiş ABŞ Prezidenti və Konqresi, Avropa Komissiyasının sədri, Avropa Parlamenti, İKT-yə üzv ölkələrin parlamentlərinə ünvanlanmış Xocalı soyqırımının insanlığa qarşı cinayət kimi tanınması ilə bağlı müraciətin təqdimatları keçirilmiş, tədbir iştirakçıları bu müraciətə qoşulmağa dəvət olunmuşlar.   Mərkəzin professor-müəllim heyətinin, tələbələrin, KİV nümayəndələrinin iştirak etdikləri tədbirdə "Xocalı genosidi" filmi də göstərilmişdir.

Sonda səfirlik tərəfindən nəşr edilmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında kitablar, diplomatik nümayəndəliyimizin hazırladığı "Xocalıya ədalət" süarı və kampaniyanın İnternet ünvanı ilə köynəklər və döş nişanları, müxtəlif beynəlxalq təşkilatların Xocalı soyqırımı ilə bağlı qətnamələr toplusu iştirakçılara təqdim olunmuşdur.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov