Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

25 Fevral 2011 - 08

 

Fevralın 24-də Təhsil Nazirliyində müşavirə keçirilib

 

Müşavirəni giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov cari ilin yanvarında nazirliyin bütün struktur bölmələrinin 2010-cu ildə gördüyü işlərə dair hesabatlarının dinlənildiyini və bu tədbirlərin qarşıda duran vəzifələrin yerinə yetirilməsində mühüm əhəmiyyəti olacağını bildirib.

Sonra Misir Mərdanov "Təhsil Nazirliyinin struktur bölmələrinin 2010-cu ildə görülmüş işlərlə bağlı hesabatlarının yekunlarına dair" təqdimat-məruzə ilə çıxış edib. Öncə "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı ötən il 37 sənədin hazırlandığını və onlardan 32-nin Nazirlər Kabineti tərəfindən təsdiq olunduğunu bildirən nazir  onu da əlavə edib ki, həmin sənədlərdən 3-ü təsdiqolunma, 2-si isə hazırlanma mərhələsindədir. Daha sonra təhsil naziri müvafiq sənədlərin toplu şəklində çap olunaraq yerlərə göndərilməsinin məqsədəuyğunluğunu qeyd edib.

Təqdimat-məruzəsində 2010-cu ildə keçirilmiş kollegiya və müşavirələr barədə məlumat verən Misir Mərdanov hər bir struktur bölmənin il ərzində gördüyü işlərə dair kollegiya və ya digər tədbirin keçirilməsinin labüdlüyünü vurğulayıb. Nazir ötən il bir sıra Dövlət proqramları, Fəaliyyət planları və müsabiqələr üzrə görülmüş işlərə dair hesabatların hazırlanaraq müvafiq dövlət qurumlarına təqdim olunduğu haqda məlumat verib. Təhsil sahəsindəki Dövlət proqramları və layihələr çərçivəsində müvafiq işlərin həyata keçirildiyinə diqqət çəkən təhsil naziri, eyni zamanda Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihədə nazirliyin struktur bölmələrinin komponent və alt-komponentləri üzrə əsas vəzifələrini qeyd edib. Misir Mərdanov həmçinin Dünya Bankı ilə birgə təhsil sahəsində görülən işlərdən bank əməkdaşlarının razı qaldığını müşavirə iştirakçılarının nəzərinə çatdırıb. Nazir öz təqdimatında Təhsil Nazirliyinin bir neçə elektron məlumat mənbələrinin fəaliyyət göstərdiyini qeyd edib və onların işinin daha da təkmilləşdirilməsi ilə bağlı tövsiyələrini verib.

Ötən il Təhsil Nazirliyinə daxil olan ərizə və məktublar barədə məlumatları diqqətə çatdıran Misir Mərdanov bu işin səmərəli təşkili, həmin sənədlərin vaxtında cavablandırılması, hər bir müraciətin ciddi araşdırılması, qaldırılan məsələlərin qanunauyğun şəkildə həll olunması və vətəndaşların qəbulu məsələsinə diqqətin artırılması ilə əlaqədar nazirliyin struktur bölmə rəhbərlərinə konkret tapşırıqlar verib. Təhsil naziri nazirlik əməkdaşlarının işə davamiyyətinin, iş vaxtından səmərəli istifadə olunmasının, hər bir işçi üçün vəzifə bölgüsünə uyğun tapşırıqların müəyyənləşdirilməsinin və icraya nəzarətin təmin edilməsinin vacibliyini xüsusi qeyd edib.

Sonra nazir ayrı-ayrı struktur bölmələrə verilən tapşırıqları, qarşıda duran vəzifələri sadalayıb və onların icra vəziyyəti ilə maraqlanıb.

Müşavirədə təhsil naziri Misir Mərdanov ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunlara qızıl və gümüş medalların verilməsi mexanizminin işlənib hazırlanması, təhsil sənədlərinin tanınması ilə əlaqədar ictimaiyyətin məlumatlandırılması, 5 yaşlıların məktəbə hazırlığının təmin olunması üçün zəruri tədbirlərin həyata keçirilməsi və digər mühüm məsələlərlə bağlı fikirlərini bildirib, struktur bölmə rəhbərlərinə tapşırıq və tövsiyələrini verib.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Təhsil nazirliyində" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov