Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

25 Fevral 2011 - �08

 

Ötən il Naxçıvan Dövlət Universiteti üçün uğurlarla zəngin olub

 

Naxçıvan Dövlət Universitetində dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyası və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirildi.  Tədbirdə universitetin rektoru, akademik İsa Həbibbəyli məruzə edərək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun  sessiyadakı dərin məzmunlu məruzəsində yeniləşmə ili kimi tarixləşən 2010-cu ildə muxtar respublikanın ictimai-siyasi həyatındakı mühüm yeniliklərdən, misli görünməmiş sosial-iqtisadi inkişafdan, eləcə də elm və təhsilin yüksək səviyyəsindən ətraflı bəhs olunduğunu qeyd etdi.

Vurğulandı ki, bu möhtəşəm nailiyyətlər ümummilli lider Heydər Əliyevin ideyalarına sarsılmaz sədaqətin, ulu öndərin siyasi kursunun  uğurlu davamının parlaq sübutudur. Ötən il bu ali təhsil ocağı üçün də yaddaqalan olmuşdur. Belə ki, Naxçıvanda geniş vüsət alan quruculuq işlərindən universitet də kənarda qalmamış, muxtar respublika rəhbərliyinin böyük qayğısı ilə müasir standartlara cavab verən 452 nəfərlik tələbə yataqxanası, qonaq evi, Tələbə sosial xidmət mərkəzinin inşası demək olar ki, tamamlanmışdır. Magistratura üzrə dekanlığın binasında aparılan əsaslı təmir və yenidənqurma işləri başa çatmaqdadır. Yeniləşmə ilində ali təhsil ocağında informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində də əhəmiyyətli işlər görülmüş, universitet müasir kompüter dəstləri, proyektor və elektron lövhələrlə təchiz olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri tərəfindən universitetin müəllim və tələbələrinə 120 noutbuk hədiyyə olunmuş, virtual əlaqələrin genişləndirilməsi məqsədilə ölkədə analoqu olmayan "Polycom HDX 8000" markalı İnternet-konfrans kamerası quraşdırılmış, elektron mühafizə sistemi yaradılmışdır. NATO qrantı hesabına universitetin bütün ərazisini simsiz İnternet rabitəsi ilə təmin edən "Wi-Fi" kampus şəbəkə sistemi 2010-cu ilin mühüm yenilikləri sırasındadır.

Muxtar respublika rəhbərliyinin universitetin maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərdiyi qayğı elmin, təhsilin inkişafında öz real bəhrələrini vermişdir. Belə ki, hesabat ilində 1 nəfər elmlər doktoru, 8 nəfər isə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə etmiş, 4 nəfər professor, 10 nəfər isə dosent elmi adı almışdır. İl ərzində universitet müəllimlərinin 21 monoqrafiyası, 2 dərsliyi, çoxsaylı dərs vəsaiti, metodiki vəsaiti, elmi məqalə və tezisləri dərc olunmuş, 69 nəfər xarici ölkələrdə keçirilən beynəlxalq elmi konfranslarda məruzələr etmişdir. Bu ali məktəb ötən il beynəlxalq əlaqələrini daha da genişləndirmiş, Cənubi Koreyanın Qimçon Universiteti, Çinin Sias Beynəlxalq Universiteti ilə qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalanmışdır. Naxçıvan MR Təhsil Nazirliyi və British Council ilə birlikdə "Gələcək uğura aparan körpü", TEMPUS proqramı çərçivəsində "Şifahi və yazılı tərcüməçiliyin yenidən formalaşdırılması" və "İnnovasiyaları işgüzarlığa çevirməkdə universitetlərin rolunun artırılması" kimi əhəmiyyətli beynəlxalq layihələrdə iştirak etmişdir. Universitetdə bir çox beynəlxalq simpozium və konfranslar keçirilmişdir. Bu təhsil ocağında gənclərin dövlətçilik və vətənpərvərlik ruhunda tərbiyəsi sahəsində də ardıcıl iş aparılmış, "Heydər Əliyev Universiteti"nin fəaliyyəti daha da gücləndirilmiş, müxtəlif mədəni-kütləvi tədbirlər, idman yarışları, müsabiqələr keçirilmişdir. Universitet televiziyası və mətbuat xidməti ali məktəb həyatının işıqlandırılması istiqamətində səmərəli fəaliyyət göstərmişlər. İlə uğurlu yekun vurulduğunu bildirən rektor, akademik İsa Həbibbəyli sessiyanın irəli sürdüyü vəzifələrdən danışaraq muxtar respublika rəhbərliyinin elm və təhsilin tərəqqisi istiqamətində verdiyi tövsiyə və tapşırıqların yerinə yetirilməsi məqsədilə görüləcək mühüm işlərdən bəhs etdi. Rektor xatırlatdı ki, muxtar respublika rəhbərliyinin sessiyadakı tarixi məruzəsi hər bir təhsil işçisi üçün gələcək fəaliyyət proqramına çevrilməlidir.

Əməkdar elm xadimi, tədris işləri üzrə prorektor, filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Hüseyn Həşimli əcnəbi tələbələrin də təhsil aldığı elm ocağında ötən il bakalavr, magistratura və doktorantura pillələri üzrə kadr hazırlığı sahəsində qazanılan müvəffəqiyyətlərdən söz açdı. Qeyd olundu ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin böyük qayğısı sayəsində universitetdə tədris prosesində dünya təcrübəsinin tətbiqinə, yeni texnologiyalardan istifadəyə geniş şərait yaradılmışdır. Belə ki, 2010-2011-ci tədris ilindən əyani şöbənin bütün birinci və ikinci kurslarında Boloniya prosesinin tələblərinə uyğun olaraq təhsilin kredit sistemi ilə təşkili həyata keçirilir. 2010-cu ildə universitetin bakalavr pilləsini 924, magistraturanı isə 83 nəfər bitirmiş, 2 nəfər isə aspirantura təhsilini tamamlamışdır. 2010-cu ildə bakalavr pilləsinə 720, magistraturaya isə 102 nəfərin qəbul olunması universitetin əsas reytinq göstəricilərindəndir. 2010-cu ilin qış və yay məqbul-imtahan sessiyalarında universitetin müvəffəqiyyət göstəriciləri 90%-dən, keyfiyyət göstəriciləri isə 70%-dən yuxarı olmaqla ölkənin orta təhsil göstəricilərindən yüksəkdir. İmtahan sessiyalarında obyektivlik və şəffaflığın qorunması məqsədilə yazılı monitorinqlərin tətbiqi daha da genişləndirilmişdir. Hesabat ilində tələbələrin dərsə davamiyyətinin gündəlik orta göstəricisi 95%-dən yuxarı olmuşdur.

Universitet YAP ərazi təşkilatının sədri, Pedaqogika və psixologiya kafedrasının dosenti, pedaqoji elmlər üzrə fəlsəfə doktoru, əməkdar müəllim Kamal Camalov, iqtisad fakültəsinin dekan müavini, iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent Müslüm Cabbarzadə, tibb fakültəsinin dekanı, pedaqoji elmlər üzrə fəlsəfə doktoru, dosent Bəhruz Məmmədov, Universitet Gənclər Təşkilatının sədri, beynəlxalq münasibətlər fakültəsinin III kurs tələbəsi Nargilə Əsədova çıxışlarında dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyasında da qeyd olunduğu kimi, yeniləşmə ilində Naxçıvanda sənaye, hərbi quruculuq, tikinti-quruculuq və təchizat tədbirləri, kənd təsərrüfatı və yaşıllaşdırma, nəqliyyat, rabitə və energetika, sahibkarlıq fəaliyyəti, əhalinin gəlirləri və  məşğulluq məsələləri, elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət və turizm  sahəsində əldə olunan uğurların böyük iftixar doğurduğunu vurğulamışlar. Çıxışlarda qeyd olunmuşdur ki, çoxsaylı universitet kollektivi Ali Məclisin sədri Vasif Talıbovun tövsiyə və tapşırıqlarını əldə rəhbər tutaraq milli elmin, təhsilin tərəqqisi uğrunda əzmlə çalışacaq.

Yığıncaqda universitetin illik fəaliyyətinin yekunlarına həsr olunmuş slaydlar nümayiş etdirilmişdir.

Tədbirin sonunda universitetin mətbuat xidmətinə müasir rəqəmsal fotoaparat, Təməl tibb fənləri kafedrasına yeni mikroskop, "Diplomatiya" kabinetinə isə proyektor və elektron lövhə təqdim olunmuşdur.  

Mehriban SULTAN,
NDU-nun Mətbuat şöbəsinin müdiri

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov