Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

25 Fevral 2011 - 08

 

ADU-nun Mətbuat xidməti iki yaşını qeyd etdi

 

Təltif olunanlar arasında qəzetimizin və əməkdaşımızın adları da var 

 Azərbaycan Dillər Universitetinin İnformasiya-Resurs Kompleksində İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin 2 illiyi ilə bağlı tədbir keçirildi. Tədbirdə əvvəlcə mətbuat xidmətinin fəaliyyətini özündə əks etdirən videoslayd nümayiş olundu.

ADU-nun rektoru, professor  Səməd Seyidov tədbirə dəvət edilən qonaqları salamlayaraq mətbuat xidmətinin yaranmasından 2 il ötdüyünə baxmayaraq, bu qısa müddət ərzində böyük işlər gördüyünü nəzərə çatdırdı. Azərbaycan Respublikası Prezidentinin 2010-cu ildə "Jurnalistlərin dostu" mükafatına layiq görüldüyünü xatırladan rektor S.Seyidov bunun bütün dövlət müəssisəsi rəhbərlərinin media ilə sıx təmasda olmaları üçün gözəl şərait yaratdığını bildirdi. İstənilən ali məktəbin mətbuat xidmətinin olmasını həyati məsələ kimi xarakterizə edən rektor universitetin ictimaiyyət üçün, cəmiyyət üçün açıq olmasının vacibliyindən danışdı. Mətbuat xidmətinin fəaliyyətindən danışan ADU-nun rektoru  bu qurumun rəhbəri Zeynab Kazımovanın da əməyini yüksək qiymətləndirdi. Rəhbərlik etdiyi ali təhsil müəssisəsində aparılan islahatlara da toxunan S.Seyidov universitetdə baş verən proseslərin ictimaiyyətə obyektiv formada təqdim edilməsində mətbuat xidmətinin böyük əməyini qeyd etdi. Sonda rektor fəaliyyətə başlamasının 2 illiyi münasibətilə mətbuat xidmətinin əməkdaşlarını  təbrik etdi və fəaliyyətlərində onlara uğurlar arzuladı.

ADU-nun İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Zeynab Kazımova iki il ərzində bu qurumun kifayət qədər tanındığını və KİV ilə səmərəli əməkdaşlıq etdiyini qonaqların diqqətinə çatdırdı. Yarandığı gündən indiyə qədər rəhbərlik etdiyi şöbənin fəaliyyətindən geniş bəhs edən Z.Kazımova ADU-nun mətbuat xidmətinin aktiv fəaliyyət göstərməsində universitet rəhbərliyinin dəstəyindən danışdı.

Mətbuat xidmətini təbrik edən Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə bildirdi ki, söz azadlığı olmayan dövlət demokratik sayıla bilməz. Tələbələrin istər universitet qəzetində, istərsə də sosial şəbəkələrdə aktiv fəaliyyət göstərdiyini bildirən A.Mollazadə bunu ADU-da olan söz azadlığı ilə əlaqələndirdi.

Millət vəkili Sahib Alıyev ADU-nun belə aktiv mətbuat xidmətinin olması ilə fəxr etdiyini söylədi.

Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı da ADU-nun məzunu olmasından qürur hissi keçirdiyini, illər keçdikcə universitetin simasının müsbət məcrada dəyişməsindən sevindiyini dilə gətirdi. O, ADU-nun mətbuat xidmətinin fəaliyyətini yüksək dəyərləndirdi. "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid mətbuat xidmətinin gördüyü işlərin bilavasitə şahidi olduğunu vurğuladı. Mətbuat xidmətinin tələbələr arasında keçirdiyi inşa yazı müsabiqəsində münsiflər heyətinin sədri olduğunu xatırladan baş redaktor tələbələrin ana dilimizin saflığı uğrunda çalışacaqlarına əmin olduğunu bildirdi. ADU kollektivini təbrik edən R.Məcid Azərbaycan Yazıçılar Birliyinin üzvlük vəsiqəsini rektor Səməd Seyidova təqdim etdi.

Milli Məclisin Mətbuat xidmətinin rəhbəri Akif Nəsirov mətbuat xidmətinin 1 illiyini qeyd etdiklərini gözəl xatırladığını dedi.  Sonrakı bir il ərzində də xeyli işlərin görüldüyünü qeyd edən A. Nəsirov qarşıdakı illərdə də ADU-nun mətbuat xidməti ilə əməkdaşlığından məmnun olacağını bildirdi və universitet kollektivinə uğurlar arzuladı.

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqə şöbəsinin müdiri Bayram Hüseynzadə öncə təhsil naziri Misir Mərdanovun təbriklərini tədbir iştirakçılarının diqqətinə çatdırdı. Görülən işlərin ictimaiyyətə çatdırmağın prioritet məsələ olduğunu bildirən nazirliyin şöbə müdiri bu məsələdə ADU-nun mətbuat xidmətinin öz yeri və rolu olduğunu qeyd etdi.

Sonra ADU ilə sıx əməkdaşlıq edən, universitet haqqında məlumat və xəbərləri operativ olaraq ictimaiyyətə çatdıran yazılı və elektron KİV nümayəndələri, eləcə də universitetin nəşri olan "Poliqlot" qəzeti ilə əməkdaşlıq edən ADU əməkdaşları və tələbələri müxtəlif hədiyyələr və sertifikatlarla mükafatlandırıldılar.

Yeri gəlmişkən, qeyd edək ki, mükafat alanlar arasında qəzetimizin və redaksiyamızın bir əməkdaşının da adları vardır. Azərbaycan Dillər Universitetinin fəaliyyətini, həyata keçirilən islahatların mütəmadi olaraq işıqlandırılmasına və universitet ilə davamlı əməkdaşlığa görə "Azərbaycan müəllimi" qəzeti "ADU-nun fəaliyyətini ən yaxşı işıqlandıran qəzet" nominasiyası üzrə təltif olunmuş, qəzetimizin baş redaktoru Bayram Hüseynzadəyə müvafiq sertifikat təqdim edilmişdir. Qəzetimizin əməkdaşı Şakir Cəfərov isə "ADU-nun fəaliyyətini ən yaxşı işıqlandıran müxbir" nominasiyası üzrə mükafatlandırılmış və ona ADU-nun sertifikatı verilmişdir.

Bundan başqa, İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin tələbələr arasında keçirdiyi inşa yazı müsabiqəsinin iştirakçılarına da mükafatlar verildi.  

Şakir CƏFƏROV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov