Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

25 Fevral 2011 - �08

 

"Təmiz və zəngin dilimiz uğrunda"

 

Bakıdakı 189 nömrəli orta məktəbin rus bölməsində 21 Fevral -Beynəlxalq Ana Dili Gününə həsr olunmuş aylıq çərçivəsində "Təmiz və zəngin dilimiz uğrunda" devizi altında silsilə tədbirlər həyata keçirilib. Siniflərdə Azərbaycan dili fənni üzrə "açıq dərs"lər dinlənilib. "Mədəniyyətin ilkin özəyi dildir" adlı "dəyirmi masa" təşkil olunub, rus bölməsinin bütün siniflərində "Ana dilim hikmət xəzinəsidir" mövzusunda söhbətlər aparılıb. Bundan əlavə, ay ərzində həmin bölmənin şagirdləri arasında 3 nominasiya - inşa yazı, bədii qiraət və divar qəzetləri, bülleten, plakat və digər nümunələrin hazırlanması üzrə müsabiqə keçirilib.

Aylığa fevralın 21-də məktəbdə keçirilən "Anladım ki, ana dilim ürəyimdən çıxmaz mənim" adlı tədbirlə yekun vuruldu.

Nazirlər Kabineti yanında İçərişəhər Dövlət  Tarix-Memarlıq Qoruğu İdarəsi əməkdaşlarının, məktəb kollektivinin, valideynlərin və digər qonaqların iştirak etdiyi tədbir Dövlət himninin səslənməsi ilə başlandı. Sonra 21 Fevral - Beynəlxalq Ana Dili  Günü ilə bağlı videoçarx nümayiş etdirildi.

Tədbirdə aylıq çərçivəsində təşkil olunmuş müsabiqələrin nəticələri haqqında məlumat verilərək qaliblərin adları açıqlandı, yaxşı hesab edilən bədii qiraət nümunələri səsləndi, monitorda 2 "açıq dərs" nümayiş etdirildi, inşa yazı oxundu.

Tədbir iştirakçıları şagirdlərin ifasında təqdim olunan şeir, mahnı və "Təbəssüm" rəqs qrupunun çıxışlarını maraqla qarşıladılar.

Sonda VII "d" sinfinin şagirdləri "Qaynana" tamaşasından bir parçanı təqdim etdilər.

Tədbir məktəbin direktoru Bella Cəlilovanın çıxışı ilə başa çatdı.

Hicran ƏKBƏROVA

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov