Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

25 Fevral 2011 - �08

 

Ana dilinə Yunis Əmrə sevgisi ilə

 

21 fevral - Beynəlxalq Ana Dili Günü Bakıdakı 264 nömrəli orta məktəbdə böyük sufi şairi, ilahi eşqin alovlu tərənnümçüsü, övliya Yunis Əmrənin həyat və yaradıcılığına həsr olunmuş tədbirlə qeyd olundu. Ana dili günündə böyük türk şairinin yada salınması təsadüfi deyildi. Çünki məhz bu müqtədir söz ustasının türk şeirinin və ədəbi dilinin yaranması və inkişafında mühüm rolu olmuşdur. Onun əfsanəyə dönmüş ömrü və zəngin ədəbi yaradıcılığı Vətənə, ana dilinə sonsuz məhəbbətin simvoluna çevrilmişdir.

Məktəbin gənc və istedadlı Azərbaycan dili-ədəbiyyat müəllimi İlahə Mehdizadənin rəhbərliyi altında VII "B" sinif şagirdlərinin hazırladıqları və böyük məharətlə təqdim etdikləri ədəbi-musiqili kompozisiya onların hər birinin qəlbində ana dilinə məhz Yunis Əmrə sevgisinin qərar tutduğunu nümayiş etdirdi.

Tədbirdə Təhsil Nazirliyinin əməkdaşları Adilə Mahmudova, Günel Seyidova,  Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov, "Çağ" Öyrətim İşlətmələri, "Araz" hazırlıq kurslarının Xətai rayonu üzrə rəhbəri Mustafa Kamal Özcan, şairlər Gülxani, Narıngül, Xətai rayonunda yerləşən bir sıra məktəblərin direktorları, valideynlər iştirak edirdilər.

Mərasimin keçirildiyi akt zalında Yunis Əmrənin şəkli və əsərlərindən ibarət guşə yaradılmışdı.

Tədbiri məktəbin direktoru Sevda Qocayeva açaraq qonaqları salamladı, onları belə bir gündə məktəblərində görməsindən məmnunluq duyduğunu bildirdi. Tədbirin məqsədi, onun həsr olunduğu beynəlxalq ana dili günü haqqında məlumat verən S.Qocayeva diqqətə çatdırdı ki, YUNESKO-nun qərarı ilə 2000-ci ildən başlayaraq fevralın 21-i bütün dünyada beynəlxalq ana dili günü kimi qeyd olunur. Ölkəmizdə isə həmin gün 2003-cü ildən bayram kimi keçirilir. "Bu günü qeyd etməklə biz hər birimiz doğma ana dilimizə öz sevgimizi izhar edir, onu inkişaf etdirməyə, yad təsirlərdən qorumağa hazır olmaq əzmimizi nümayiş etdiririk. Tariximizi, ədəbiyyatımızı, mədəniyyət və incəsənətimizi məhz ana dilimiz vasitəsi ilə yaradır və dünyaya çatdırırıq".

Sonra söz tədbirin təşkilatçısı, məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi İlahə Mehdizadəyə və şagirdlərə verildi.

Sazın həzin səsi salonu doldurdu. Tədbir iştirakçılarını Yunis Əmrənin məşhur "Bu dünyadan gedər olduq, qalanlara salam olsun!" misraları ilə salamlayan İ.Mehdizadə bu böyük sufi şairin haqqında qısa məlumat verərək onun XIII əsrin sonu - XIV yüzilliyin əvvəllərində yaşadığını, ilahi eşqi tərənnüm edən əsərləri ilə insanları haqqın yoluna, saflığa çağıran bir dərviş-övliya kimi tanındığını bildirdi. Qeyd etdi ki, öz qəlbinin işığını, həyata sevgisini, dilinə, dininə, türkçülüyə məhəbbətini Anadolu türkcəsi ilə birləşdirən Yunis Əmrə türk dilinin yüksək səviyyəyə qaldırılmasında böyük xidmətlər göstərmişdir.

Şagirdlər öz çıxışları ilə müəllimlərinin məlumatını daha da genişləndirdilər və zənginləşdirdilər. Yunis Əmrənin doğulduğu zaman və məkan haqqında onun müasirlərinin dediklərinə əsasən dəqiqləşdirmələr apardılar.

Tədbirdə şagirdlər Yunis Əmrənin müxtəlif şeirlərini ifa etdilər, türk müğənniləri tərəfindən onun sözlərinə yazılan mahnıların ifa olunduğu videoçarxlar nümayiş etdirildi. Şagirdlər habelə ünlü şairimiz Bəxtiyar Vahabzadənin, istedadlı söz ustası Zəlimxan Yaqubun Yunis Əmrəyə həsr olunmuş şeirlərini söylədilər, onun haqqında aforistik sözləri diqqətə çatdırdılar.

Tədbir boyu Yunis Əmrənin yaradıcılığı da təhlil olundu. Şagirdlər onun sənətkarlığının əsas xüsusiyyətlərini açıb göstərdilər, şeirlərindən söylədikləri parçalarla deyilən nəzəri fikirləri təsdiqlədilər.

Ədəbi-musiqili kompozisiya tədbir iştirakçılarının böyük marağına səbəb oldu və onlar tərəfindən alqışlarla qarşılandı. Ədəbiyyat müəllimlərinin rəhbərliyi altında şagirdlər, doğrudan da, əsil tədqiqat işi aparmış, böyük şairin həyat və yaradıcılığını dərindən araşdırmışdılar.

Tədbirin sonunda söz alan Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov, "Çağ" Öyrətim İşlətmələri, "Araz" hazırlıq kurslarının Xətai rayonu üzrə rəhbəri Mustafa Kamal Özcan, AMEA-nın əməkdaşı, folklorşünas Gülxani Şükürova, 147 nömrəli liseyin direktoru Həlimə Mehdiyeva və başqaları bu fikri xüsusi qeyd edib, tədbiri yüksək qiymətləndirdilər, onun hazırlanmasında əməyi olanlara, təhsil ocağının direktoru Sevda Qocayevaya minnətdarlıqlarını bildirdilər, belə tədbirlərin böyük tərbiyəvi təsir gücünə malik olduğunu vurğulayıb, tez-tez keçirilməsini tövsiyə etdilər. 

Yusif ƏLİYEV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov