Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

25 Fevral 2011 - �08

 

Alimin yubileyi qeyd edildi

 

Fevralın 22-də Azərbaycan Dillər Universitetinin böyük Akt zalında universitetin Elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusovun 60 illik yubileyinə həsr edilmiş tədbir keçirildi. Əvvəlcə yubilyarın həyat və fəaliyyətini əks etdirən videoslayd nümayiş etdirildi. Azərbaycan Respublikası təhsil nazirinin müavini İradə Hüseynova təhsil naziri Misir Mərdanovun təbriklərini yubilyara çatdırdı. D.Yunusov haqqında ürək sözlərini deyən İ.Hüseynova "Qabaqcıl təhsil işçisi" diplomunu və döş nişanını, həmçinin müəllifi olduğu "Qafqaz ensiklopediyası" kitabını  yubilyara təqdim etdi.

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı ADU-da professor D.Yunusovun yubileyinin təntənəli şəkildə keçirilməsini yubilyarın özünə verdiyi hesabat, eləcə də tədbirdə iştirak edən gənclər üçün örnək olduğunu bildirdi. Müəlliminin yubileyində iştirak etməkdən qürur duyduğunu deyən millət vəkili YAP Nəsimi rayon təşkilatının təbrikini diqqətə çatdırdı.

ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov D. Yunusovun 60 yaşının tamam olmasına baxmayaraq, onu zahirən gənc, müasir, enerjili insan kimi tanıdığını bildirdi. Qeyd etdi ki, bilik, bacarıq, Azərbaycan dəyərləri bu insanda vəhdət şəklində birləşib. D.Yunusovun sayəsində universitetdə nüfuzlu elmi konfransların keçirildiyini söyləyən rektor onun rəhbərlik etdiyi elmi hissənin xüsusi sözlərə layiq olduğunu bildirdi. Rektor S.Seyidov yubilyarla uzun müddət çiyin-çiyinə işləməyindən fəxr etdiyini dedi.

Tədbirdə yubilyarın ünvanına Azərbaycandan, eləcə də dünyanın bir çox müxtəlif  ölkələrindən ünvanlanan təbrik məktubları oxundu.

Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun rektoru, professor Asəf Zamanov ADU-nun uğurlarında Dünyamin Yunusovun böyük əməyi olduğunu qeyd etdi.

ADU-nun İngilis dilinin leksikası və ölkəşünaslıq kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Məsməxanım Qazıyeva Dünyamin Yunusovun ömür yolundan və pedaqoji fəaliyyətindən bəhs etdi. O, yubilyarın dilçilik sahəsində yazdığı əsərlərdən də danışdı.

Azərbaycan Respublikası Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzəxan Cəfərzadə, AMEA-nın Dilçilik İnstitutu Lüğətçilik şöbəsinin müdiri, professor İsmayıl Məmmədov, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dillər kafedrasının müdiri, professor Akif Bayramov və başqaları yubilyara öz səmimi və xoş təbriklərini çatdırdılar və ona fəaliyyətində uğurlar arzuladılar.

Sonda professor Dünyamin Yunusov ona deyilən xoş sözlərə görə hamıya öz təşəkkürünü bildirdi. Əmək kitabçasında yalnız bir ünvanın - ADU-nun olduğunu qeyd edən və bununla fəxr edən D.Yunusov bundan sonra da elm yolunda fəaliyyət göstərəcəyini bildirdi. 

Yubiley mərasimi konsert proqramı ilə başa çatdı.

Şakir CƏFƏROV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov