Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

25 Fevral 2011 - �08

 

İsmayıllı məktəbliləri sadə yolla enerjiyə qənaət etməyi öyrəndilər

 

Azərbaycan Gənclər İttifaqı 2003-cü ildən ölkədə Norveç Təbiəti Mühafizə Cəmiyyətinin keçirdiyi Resurslardan və Enerjidən İstifadə üzrə Məktəbli Layihəsinə qoşulub. Layihədə Şərqi Avropanın və keçmiş Sovetlər İttifaqının 19 ölkəsi iştirak edir.

Layihənin əsas məqsədi məktəblilərdə enerjiyə qənaətin, təbii resurslardan səmərəli istifadənin zəruriliyini aşılamaq, onları əməli fəaliyyətə sövq etməkdir. Sözügedən proqramın tərkib hissəsi olun "Enerji probleminin sadə həlli" layihəsi çərçivəsində məktəblərdə enerji effektivliyinin təmin olunması məqsədi ilə sinif otaqlarının pəncərə və qapılarının, dam örtüyünün izolyasiyası və digər fəaliyyətlər həyata keçirilir. 2010-2011-ci tədris ilində layihəyə Ucar rayonundan Qəzyan kənd 2 nömrəli məktəbi, İsmayıllı rayonundan isə Ruşan kənd məktəbi seçilmişdir. Qeyd edək ki, layihənin həyata keçirilməsində yerli icmanın da dəstəyindən istifadə olunur.

Layihə ilkin olaraq İsmayıllı rayonu Ruşan kənd ümumtəhsil məktəbində başlamışdır. İlk növbədə məktəbdə enerji effektivliyinin necə təmin olunmasını öyrənmək məqsədi ilə monitorinq aparılmış və görüləcək işlər planlaşdırılmışdır. Məlumat üçün deyək ki, 170 şagirdi olan bu məktəb dağlıq ərazidə yerləşdiyindən qış aylarında havanın temperaturu - 20 dərəcəyə çatır.

Məktəb binasının 2003-cü ildə inşa edilməsinə baxmayaraq, onun isidilməsində xeyli qüsurlar vardır. Bu səbəbdən də sinif otaqlarının isidilməsi böyük problemə çevrilmişdir. Qeyd edək ki, sinif otaqlarının isidilməsində odundan istifadə olunur. Dam örtüyünün izolyasiya edilməməsi, sinif qapılarının yararsız vəziyyəti məktəbin isidilməsi işinin səmərəsini aşağı salırdı. Sobaların boruları dam örtüyündən çölə çıxarılmayaraq, çardaqda saxlanılmışdı. Daha doğrusu, bacaların olmaması tüstünün lazımi dərəcədə sovrulmasını təmin etmir və zəif küləkli günlərdə belə tüstü sinif otaqlarını bürüyürdü. Belə hallarda siniflərin isidilməsi dayandırılır, otaqların havasını təmizləmək üçün qapı-pəncərələr açılırdı. Beləliklə, çətinliklə əldə edilmiş istilik itirilirdi. Otaqlarda havanın temperaturu 8-10 dərəcəyə düşürdü.

Yerli icmanın dəstəyi ilə Ruşan kənd məktəbində aparılan işlərin nəticəsi olaraq sinif otaqlarının qapıları dəyişdirildi, dam izolyasiya edildi, sobaların boruları üçün bacalar tikildi. İndi otaqların havası həm isti, həm də təmizdir. Bundan başqa, məktəbin işıqlandırılma sistemi yenidən qurulub. Əvvəl elektrik naqilləri çardaqdan keçirdi, bu isə yanğın baş verməsi baxımından çox təhlükəli idi. Elektrik naqilləri yeniləndi və çardaqdan çıxarıldı. Eyni zamanda məktəbdəki közərmə lampaları qənaətcil lampalarla əvəz olundu.

Enerjidən səmərəli istifadə işi bununla bitmədi. Qapılar dəyişdirildikdən, dam izolyasiya edildikdən sonra məktəbdə pəncərələrin isidilməsi üzrə praktiki məşğələ keçirildi. Yuxarı sinif şagirdləri məşğələyə böyük maraq göstərdilər və sinif otaqlarında pəncərələrin izolyasiya edilməsi prosesində yaxından iştirak etdilər. Beləliklə, məktəblilər sadə yolla enerjiyə qənaət etməyi öyrəndilər.

Məşğələ günü bayırda 4 dərəcə, siniflərdə isə 14 dərəcə istilik var idi. Bu, məktəbdə aparılan işin və enerjidən səmərəli istifadənin nəticəsi idi.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov