Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

25 Fevral 2011 - �08

 

 Pedaqoji kollektivin sevimlisi

 

Mənalı ömür yolu keçib həyatda  məqsəd və arzularına çatanlar doğrudan da xoşbəxt insanlardır.  Haqqında söhbət açacağım Razim Mirzəyev də belə insanlardan biridir. O, 1956-ci ildə Tovuz rayonu  Böyük Qışlaq kəndində anadan olub.  1978-ci ildə  indiki ADPU-nun filologiya fakültəsini bitirərək Azərbaycan dili və ədəbiyyat  müəllimi  ixtsası alıb.  Doğulduğu rayonda,  sonra isə Bakı şəhərində pedaqoji fəaliyyətə başlayan Razim Mirzəyev məktəblərdə müəllim və direktor müavini işləmişdir.

1991-ci ildən     2 nömrəli Bakı Peşə Liseyinə rəhbərlik edir.  İşlədiyi müddət ərzində o, dərs dediyi, tərbiyə verdiyi şagirdlərin şəxsiyyətinə həmişə hörmətlə yanaşıb, onlara öz balası kimi qayğı və diqqət göstərir. Şagirdlərə yüksək səviyyəli elm, savad, bilik verməklə yanaşı, onların düzgün tərbiyələnərək yüksək mənəviyyat sahibi olmalarına çalışır. Onlara mərdlik, qəhrəmanlıq, mübarizlik, Vətən sevgisi, vətənpərvərlik kimi gözəl mənəvi keyfiyyətlər aşılayır. Bu gün  rəhbərlik etdiyi  335 şagirdi və 59  nəfər pedaqoji işçisi olan bu təhsil ocağı da dövlətin peşə təhsilinin inkişaf etdirilməsi sahəsindəki tapşırıqlarına var gücü ilə əməl etməyə çalışır.Liseyin pedaqoji kollektivi   ənənələrinə sadiq qalaraq respublikamızın sənaye, tikinti sahələri üçün ixtisaslı kadrların hazırlanması işini davam etdirir. Liseydə 5  peşə üzrə kadr hazırlanır.Təhsil Nazirliyinin köməkliyi ilə lisey İnternetə qoşulub və bütün hesabatlar, rəsmi sənədlər İnternet vasitəsilə həyata keçirilir.  Liseyə istehsalat təcrübəsindən  və büdcədənkənar gəlirlər hesabına  5 ədəd kompüter alınıb şagirdlərin istifadəsinə verilib.Tədris binası  və istehsalat emalatxanalarının dam örtükləri  təmir edilib və burada kanalizasiya xətlərinin böyük bir hissəsi, pəncərə şüşələri  yenisi ilə əvəzlənib.

Xətai rayonunda yerləşən 3 nömrəli uşaq evindən liseydə 8 nəfər şagirdin, həmçinin  şəhid ailələrindən olan  uşaqların təhsil almalarına  lazımi şərait yaradılıb.

Bütün bunlarla bərabər, həm də  liseydə oxuyan şagirdlərin dünyagürüşünün genişləndirilməsinə, fəal vətəndaşlıq mövqeyinə yiyələnmələrinə də xüsusi fikir verilir və bu məqsədlərə xidmət edən çoxlu sinifdənxaric tədbirlər - disputlar, ədəbi-bədii gecələr, bilik yarışları, görkəmli  sənət adamları ilə görüşlər keçirilir, divar qəzetləri  buraxılır.Bütün ümumtəhsil və ixtisas fənləri üzrə metodiki və əyani vəsaitlərlə zəngin, müasir tələblərə cavab verən fənn kabinetləri vardır. Liseydə  işləyən müəllimlər arasında qarşılıqlı səmimiyyət vardır ki, bu da pedaqoji kollektivin  yaxşı işləməsinə müsbət təsir göstərir.

Pedaqoji kollektivin əsas məqsədi respublikada yeni təhsil konsepsiyasının tələblərindən irəli gələn vəzifələri, tədrisin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində   "Azərbaycan Respublikası Texniki Peşə Təhsilinin İnkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)"ndan irəli gələn tələbləri uğurla həyata keçirməkdir. İndi liseyin pedaqoji işçilərindən 2 müəllim və 3 istehsalat təlimi ustası kurikulumun, tədris proqramları və modul sistemin hazırlanmasında yaxından iştirak edir və metodiki şura tərəfindən yeni tədris üsulu və proqramların təkmilləşdirilməsi sahəsində aktiv işi - təmirçi çilingər- qaynaqçı, qaynaq texnologiyası, xarrat-dülgər, parket ustası, elektrotexnika fənləri üzrə Təhsil Problemləri İnstitutunun Peşə Təhsili şöbəsi tərəfindən bəyənilərək  yüksək qiymətləndirilib.Qazanılan  uğurlara görə liseyin direktoru  Razim müəllim sevinir.

Pedaqoji kollektivin sevimlisi olan Razim müəllim yaxşı müəssisə rəhbəri olmaqla  bərabər, həm də gözəl ailə başçısıdır.Onunla söhbətimiz əsnasında məlum oldu ki,  fevralın 28-də  55 yaşını qeyd etməyə  hazırlaşır. Ad günündə ona ünvanlanan  çoxsaylı təbriklərə   tələbə yoldaşı kimi mən də qoşularaq Razim müəllimə həyatda ən şirin nemət olan cansağlığı, şərəfli və məsuliyyətli işində uğurlar arzulayıram.  

Şakir CƏFƏROV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov