Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

4 Mart 2011 - 09

 

Bakıda fransız məktəbinin tikintisi ilə bağlı niyyət bəyannaməsi imzalanıb

 

Martın 1-də Heydər Əliyev Fondu, Fransanın Azərbaycandakı səfirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Təhsil Nazirliyi arasında Bakıda fransız məktəbinin tikintisi ilə əlaqədar niyyət bəyannaməsi imzalanmışdır.

Heydər Əliyev Fondunda imzalanma mərasimindən əvvəl keçirilmiş görüşdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva fransız məktəbinin Azərbaycanda təhsil sahəsindəki inkişaf prosesinə müsbət təsir göstərəcəyindən ümidvar olduğunu demişdir. Azərbaycanın birinci xanımı Azərbaycan-Fransa münasibətlərini yüksək qiymətləndirmiş, bu məktəbin açılışını ölkələrimiz arasında bütün sahələrdə uğurla inkişaf edən əməkdaşlıqda növbəti addım kimi səciyyələndirərək dedi:

- Mən çox şadam ki, bu layihədə dövlət qurumları ilə yanaşı Heydər Əliyev Fondu da iştirak edir. Ümidvaram ki, yaxın gələcəkdə fransız məktəbi ölkəmizdə fəaliyyətə başlayacaq və bu da Azərbaycanın təhsilinə öz müsbət təsirini göstərəcəkdir. Siz bilirsiniz ki, bu gün Azərbaycanda təhsilə olan diqqət, Azərbaycan üçün təhsilin inkişafı prioritet sahədir. Əlbəttə, belə bir məktəbin ölkəmizdə fəaliyyəti bu prosesə güclü təkan verəcəkdir. Mən bu layihədə iştirak edən bütün insanlara minnətdarlığımı bildirirəm. Bilirəm ki, bu günə qədər böyük iş aparılıb. Ümidvaram ki, gələcəkdə də biz çox səmərəli əməkdaşlıq quracağıq.

Hər bir dövlətin sərvətinin onun insan amili olduğunu vurğulayan Mehriban xanım Əliyeva Azərbaycanın gələcəyinin bu gün təhsil alan uşaqlardan, gənclərdən asılı olduğunu bildirmişdir. Ona görə də təhsil ölkəmizdə prioritet sahədir və onun inkişafına xüsusi diqqət ayrılır, gənc nəslin biliklərə mükəmməl yiyələnməsi üçün bütün lazımi addımlar atılır.

Fransanın Azərbaycandakı səfiri Qabriel Keller göstərilən dəstəyə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürünü bildirmiş, bu əlamətdar hadisənin Azərbaycan-Fransa münasibətləri üçün çox əhəmiyyətli olduğunu demişdir.

Azərbaycanda təhsilə olan dövlət qayğısından danışan təhsil naziri Misir Mərdanov Heydər Əliyev Fondunun təhsilin inkişafı sahəsində gördüyü işləri, həyata keçirdiyi layihələri xüsusi vurğulamışdır. Nazir bildirmişdir ki, müxtəlif sahələrdə böyük uğurlara imza atan Heydər Əliyev Fondu ən geniş layihələrini təhsil sahəsində reallaşdırır. İndiyədək Fondun təşəbbüsü ilə 300-dən çox müasir tipli təhsil müəssisəsi tikilərək istifadəyə verilmişdir.

Ölkəmizin iqtisadi uğurları və əlverişli investisiya mühiti barədə danışan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev xarici investorların Azərbaycana marağının getdikcə artdığını vurğulamışdır. O demişdir ki, belə bir tədris müəssisəsi ölkəmizə çalışmaq üçün gələn fransızdilli vətəndaşların övladları üçün gözəl töhfədir.

Sonra Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva, Fransanın Azərbaycandakı səfiri Qabriel Keller, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, təhsil naziri Misir Mərdanov Bakıda fransız məktəbinin tikintisinə dair niyyət bəyannaməsini imzalamışlar.

Azərbaycanda müvəqqəti və daimi yaşayan fransızdilli əcnəbi vətəndaşların və Azərbaycan vətəndaşlarının fransız dilində təhsil almasına imkan verən məktəbin yaradılması hər iki ölkənin maraqlarına cavab verir. Fransanın milli tədris proqramına uyğun təhsil verəcək fransız məktəbinin yaradılması iki ölkə arasında təhsil, mədəniyyət və dilçilik sahəsində əməkdaşlığın mühüm amilinə çevriləcəkdir.

Bəyannaməyə əsasən, fransız məktəbinin tədris planı uşaq bağçasından başlayaraq, 12 illik ümumi təhsil müəssisəsində tətbiq edilən klassik fransız modelinə uyğun olacaqdır. Tədris proqramı Fransa milli təhsil sisteminin tələblərinə müvafiq olaraq fransız dilində aparılacaqdır. Məktəbin Fransa Milli Təhsil Nazirliyinin standartlarına və tələblərinə cavab verən attestatı Fransa dövləti tərəfindən tanınacaqdır. Məktəbin məzunları öz seçimlərinə uyğun olaraq təhsillərini Fransanın istənilən ali təhsil müəssisəsində davam etdirmək imkanı qazanacaqlar. Yeni təhsil ocağının yaradılması gələcəkdə yüksək səviyyəli peşəkar mütəxəssislərin yetişməsinə imkan verməklə yanaşı, iki ölkə arasında iqtisadi əməkdaşlıq imkanlarını daha da genişləndirəcəkdir.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva gələcəkdə də belə səmərəli əməkdaşlığın davam edəcəyinə ümidvar olduğunu demişdir. 

AzərTAc

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Heydər Əliyev Fondu" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov