Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

4 Mart 2011 - �09

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Bakıda zona müşavirəsi keçirib

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Bakıda 2010-2011-ci tədris ili üçün ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarının elmi-statistik təhlilinə həsr olunmuş zona müşavirəsi keçirmişdir.

AzərTAc xəbər verir ki, 276 nömrəli tam orta məktəbdə təşkil olunmuş zona müşavirəsində Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri, eləcə də Binəqədi, Xəzər, Nərimanov, Nəsimi, Nizami, Qaradağ, Sabunçu, Səbail, Suraxanı, Xətai, Yasamal, Şuşa, Zəngilan, Xocalı və Xocavənd rayonlarının orta ümumtəhsil məktəblərinin direktorları və müəllimləri iştirak etmişlər.

Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov Azərbaycan Prezidenti İlham Əliyevin təhsilin inkişafına daim böyük önəm verdiyini vurğulamışdır. Ölkəmizdə təhsilin inkişafı üçün həyata keçirilən tədbirlərdən, qazanılan uğurlardan danışan nazir, eyni zamanda bu sahədəki mövcud problemlərdən söz açmış, təhsil işçilərinə tövsiyələrini vermişdir.

TQDK-nın sədri Məleykə Abbaszadə 2010-2011-ci tədris ili üçün keçirilmiş qəbul imtahanlarının elmi-statistik təhlilinə dair məruzə etmişdir.

Qeyd olunmuşdur ki, ötən il Bakıda orta ümumtəhsil məktəblərini 22 min 449 şagird bitirmiş, onların 20 min 748 nəfəri attestat almışdır. Attestat alanlardan 18 min 832-si qəbul imtahanlarında iştirak etmişdir.

Qəbul imtahanlarının nəticələrinə əsasən, şəhərin 8 min 475 məzunu (imtahanlarda iştirak edənlərin 45,00 faizi) tələbə adını qazanmışdır. Onlardan 3 min 51-i dövlət, 68-i özəl ali təhsil müəssisələrinə dövlət sifarişi üzrə, 4 min 235-i dövlət, 1121-i özəl ali təhsil müəssisələrinə ödənişli təhsil forması üzrə qəbul olunmuşlar.

Bakı məzunlarının 2060 nəfəri 500-dən, o cümlədən 550 nəfəri 600-dən yuxarı bal toplamışdır. Həmin gənclərin ən çoxu Azərbaycan Dövlət İqtisad Universiteti və Bakı Dövlət Universitetinə qəbul olunmuşdur. Şəhərin məzunlarının qəbul imtahanlarında topladıqları orta bal 264,473-ə bərabərdir. Bu, respublika üzrə orta göstəricidən 14,1 faiz yuxarıdır.

Paytaxt məzunlarının yalnız 38,94 faizi 300-dən yuxarı bal toplamışdır. Qəbul imtahanlarında şəhərin 316 məktəbinin məzunları iştirak etmişdir. 185, 209, 295, 324 nömrəli orta məktəblərin bir məzunu belə ali təhsil müəssisəsinə qəbul olmamışdır.

Respublika üzrə yaxşı məktəblər sırasına bu il paytaxtın 72 nömrəli məktəb-liseyi, 287 nömrəli "Zəkalar" liseyi, 147 nömrəli texniki-humanitar təmayüllü liseyi, 264 nömrəli məktəb-liseyi, Bağça-məktəb-lisey kompleksi, 22, 23, 25, 30, 34, 220 nömrəli məktəblər və digər təhsil müəssisələri daxil olmuşlar.

Zona müşavirəsində çıxış edən digər təhsil işçiləri fikirlərini bildirmiş, mövzu ilə bağlı müzakirələr aparılmışdır. 

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov