Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

4 Mart 2011 - �09

 

Universitetlər arasında ilk virtual dərs

 

Naxçıvan Dövlət Universiteti ilə Azərbaycan Dillər Universiteti arasında ilk virtual dərs keçirilmişdir.

Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli çıxış edərək universitetdə müasir informasiya-kommunikasiya texnologiyalarının uğurlu tətbiqindən, dünyanın bir çox məşhur universitetləri ilə videokonfransların təşkilindən danışdı. Qeyd olundu ki, "Polycom HD 8000" markalı ən müasir internet-konfrans kamerasının quraşdırılması universitetin virtual əlaqələrinin inkişafı, videobağlantıların qurulması, müştərək videodərslərin keçirilməsi üçün daha geniş imkanlar açmışdır. Rektor bu ali məktəbin Azərbaycan Dillər Universiteti ilə geniş əlaqələrindən, Avropa Birliyi ölkələrinin TEMPUS proqramı çərçivəsində "Azərbaycanda şifahi və yazılı tərcümənin tədrisi sahəsində islahatlar" adlı layihənin  icraçıları  kimi  birgə fəaliyyət göstərmələrindən danışdı, xarici dillərin tədrisinin təkmilləşdirilməsi sahəsində elmi-pedaqoci təcrübənin öyrənilməsinin əhəmiyyətindən bəhs etdi.

Azərbaycan Dillər Universitetinin tədris işləri üzrə rrorektoru, rrofessor Natiq Üusifov həmkarlarını salamlayaraq universitetlərarası tərəfdaşlıqda videodərslərin, videokonfransların keçirilməsinin rolundan söz açdı, təmsil etdiyi ali məktəbdə xarici dillərin tədrisi ilə bağlı keçiriləcək növbəti konfranslardan birində bölmə iclasının virtual olaraq Naxçıvan Dövlət Universitetində keçirilməsi təklifi ilə çıxış etdi. Professor alman dilinin Avropadakı geniş coğrafiyasını, statusunu nəzərə alaraq ilk virtual dərsin bu dilin mənimsənilməsinə həsr olunduğunu qeyd etdi. Sonra dərs başladı. Azərbaycan Dillər Universitetinin Alman dilinin leksikologiyası və üslubiyyəti kafedrasının baş müəllimi Rəşidə Hacıyevanın alman dilində apardığı məşğələ hər iki auditoriya tərəfindən maraqla qarşılandı. Dərs diskussiya şəklində keçdi.  

Mehriban SULTAN,
NDU-nun Mətbuat şöbəsinin müdiri

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov