Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

4 Mart 2011 - 09

 

Lənkəran Dövlət Universitetində konfrans keçirilib

 

Lənkəran Dövlət Universitetində "Cənub bölgəsinin inkişafında əmək və təbii ehtiyatlardan səmərəli istifadə" mövzusunda konfrans keçirilib. Rayon ictimaiyyəti nümayəndələri, yerli sahibkar və iş adamlarının iştirak etdikləri tədbiri universitetin rektoru, əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, professor Asəf İsgəndərov açaraq Azərbaycanın bölgədə lider dövlətə çevrilməsində, iqtisadi cəhətdən güclü, siyasi baxımdan müstəqil ölkə səviyyəsinə çıxmasında və beynəlxalq miqyasda nüfuzunun artmasında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərindən, Prezident İlham Əliyevin ulu öndərin bütün sahələrdə həyata keçirdiyi islahatları uğurla davam etdirməsindən danışıb. Daha sonra rektor ölkədə aparılan təhsil islahatlarından söz açaraq, Azərbaycan elmi və təhsilinin özünün yeni inkişaf mərhələsinə daxil olduğunu bildirib.

Konfransda çıxış edən Milli Məclisin deputatı Rüfət Quliyev bildirdi ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı ölkəmizin hər yerində olduğu kimi, Lənkəranda da müvəffəqiyyətlə həyata keçirilir, aparılan islahatlar  sürətlənib, özəl və ictimai təşkilatların fəaliyyəti genişlənib.

Millət vəkili gənc sahibkarlara diqqət və qayğının daha da artırılmasının vacibliyini qeyd etdi və bildirdi ki, gənc sahibkarlarla işi yaxşılaşdırmaq üçün Lənkəran Şəhər İcra Hakimiyyəti ilə birlikdə yeni layihələrin həyata keçirilməsinə başlanıb. Həmin layihələr konfrans iştirakçıları ilə birgə müzakirə edildi.

Konfransda 2011-ci ilin "Turizm ili" olduğu və bununla əlaqədar qarşıya yeni vəzifələr qoyulduğu qeyd edildi. Bildirildi ki,  Lənkəranda turizm, xususilə ekoturizm inkişaf etdiriləcək.  Lənkəran Dövlət Universitetində tələbə və məzunların turizm, hotelçilik və restoran xidməti sahəsində ixtisasartırma və yenidənhazırlanması kursları açılacaq.

Həmin gün universitetdə əmək yarmarkası keçirildi. Lənkəran əmək məşğulluğu idarəsi ilə keçirilən tədbirdə universitetin tələbələri iştirak edirdilər.  

Hacı Etibar ƏHƏDOV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov