Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

4 Mart 2011 - �09

 

Naxçıvan Dövlət Universitetinin tələbə yataqxanası, qonaq evi və Tələbə sosial xidmət mərkəzi istifadəyə verilib

 

Naxçıvan Muxtar Respublikasında misli görünməmiş inkişaf, geniş vüsət alan tikinti-quruculuq işləri buradakı yeganə dövlət ali təhsil ocağı Naxçıvan Dövlət Universitetində də öz parlaq təzahürünü tapmışdır. Dövlətin xüsusi qayğısı ilə  bir-birinin ardınca yeni tədris korpusları tikilib istifadəyə verilmiş, ali məktəbin maddi-texniki bazası gücləndirilmiş, ən müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqində, təhsildə və tədrisdə yeniliklərin mənimsənilməsində böyük uğurlar əldə edilmişdir.

Bu günlərdə isə universitetdə tələbə yataqxanası, qonaq evi və tələbə sosial xidmət mərkəzi tikilib istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov yeni obyektlərin açılışında iştirak etmişdir. Ali Məclisin sədri açılış mərasimində çıxış edərək Azərbaycanda ümummilli lider Heydər Əliyevin təhsil siyasətinin uğurlu davamından, ölkədə elmin, təhsilin inkişafı istiqamətində aparılan çoxsaylı islahatlardan, muxtar respublikada yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasından, elmi potensialın formalaşmasından bəhs etmişdir. Ali Məclisin sədri ümummilli lider Heydər Əliyevin təhsil strategiyasının uğurlu davamının nəticəsi olaraq Naxçıvan Dövlət Universitetinin ölkənin ali məktəbləri sırasında ilk beşliyə daxil olmasını, beynəlxalq nüfuzunun artmasını xüsusi vurğulayaraq  dünya təhsil sisteminə inteqrasiya prosesində qazanılan uğurlardan danışmış, elmin, təhsilin tərəqqisi istiqamətində dəyərli tövsiyə və tapşırıqlar vermişdir.

Tələbələr adından Cənubi Koreya Respublikasının vətəndaşı, Beynəlxalq əlaqələrin tarixi və nəzəriyyəsi ixtisaslaşması üzrə magistraturanın I kursunda təhsil alan Younq Myongga, memarlıq ixtisası üzrə II kurs tələbəsi, nigeriyalı Anthony Mokvunye, Banqladeş Respublikasından olan, beynəlxalq münasibətlər ixtisası üzrə II kurs tələbəsi Khairuz Zaman, hüquqşünaslıq ixtisası üzrə II kurs tələbəsi Jalə İbrahimova çıxış edərək təhsilin inkişafına göstərilən dövlət qayğısı üçün ölkə başçısına və muxtar respublika rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

Universitetin rektoru, akademik İsa Həbibbəyli çıxışında qeyd etmişdir ki,  muxtar respublikada elmin, təhsilin inkişafına dövlət qayğısı, aparılan islahatlar, müasir tədris korpuslarının inşası, təhsil ocaqlarının ən müasir informasiya-kommunikasiya  texnologiyaları ilə təmin olunması ümummilli lider Heydər Əliyev ideyalarına dönməz sədaqət, onun siyasi kursunun ardıcıl davamı, müasir inkişafın ən gözəl modelidir. Rektor çoxsaylı universitet kollektivinin Ali Məclisin sədrinə Naxçıvanda təhsilin və tədrisin inkişafı istiqamətindəki məqsədyönlü fəaliyyətinə görə dərin minnətdarlığını ifadə etmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov tələbə yataqxanasının yeni binasının açılışını bildirən rəmzi lenti kəsmişdir.

Qeyd edək ki, beşmərtəbəli tələbə yataqxanasında əsaslı təmir və yenidənqurma işləri aparılmış, yataqxananın 1977-ci ildə istifadəyə verilmiş beşmərtəbəli korpusu fundamental şəkildə təmir olunaraq müasir standartlar əsasında tamamilə yenidən qurulmuş, əlavə olaraq ona bitişik ikinci korpus da tikilmişdir. İnşasına 2010-cu ilin mart ayından başlanan binanın tikintisini "Gəmiqaya" Məhdud Məsuliyyətli Cəmiyyət aparmışdır. Yataqxana 204 nəfər qız, 253 nəfər oğlan üçün nəzərdə tutulmuşdur. Binanın zirzəmi qatında memarlıq və mühəndislik fakültəsinin tələbələri üçün laboratoriyalar, memarlıq və rəssamlıq emalatxanası, tennis və şahmat otaqları yaradılmışdır. Burada qazanxana,  hamam, camaşırxana, dərzi otağı və qəzet köşkü də yerləşir. Birinci mərtəbədə komendant otağı, Tələbə Şurası, yataqxana ozünüidarəetmə otağı, tibb məntəqəsi, iaşə otağı, istirahət guşələri, mühasibatlıq mövcuddur. Buradakı 2 elektron lövhə otağı tələbələrin  müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə etməsi üçün nəzərdə tutulmuşdur. Müasir standartlara cavab verən 2, 3, 4  nəfərlik otaqlarda yaşayış üçün lazımi şərait yaradılmış, yataqxananın mətbəx və hamamı ən müasir məişət avadanlıqları ilə təchiz olunmuşdur.

Ali Məclisin sədri universitetin qonaq evinin və Tələbə sosial  xidmət mərkəzinin də açılışlarında iştirak etmişdir. Ən müasir otellər səviyyəsində tikilmiş qonaq evində beynəlxalq əlaqələri gündən-günə inkişaf edən bu ali təhsil ocağına xaricdən, xüsusilə də Avropadan mütəxəssislərin cəlb olunması, universitet ərazisində yaşayıb çalışmaları üçün əvəzsiz şərait yaradılmışdır.

İstifadəyə verilən üçmərtəbəli Tələbə sosial xidmət mərkəzi isə ölkədə analoqu olmayan, dünya ali təhsil sistemi üçün örnək ola biləcək bir mərkəzdir. Gündən-günə abadlaşan və böyüyən, 110 hektarlıq ərazini əhatə edən universitet şəhərciyində çoxsaylı kollektivin, tələbələrin sosial tələbatlarının, gündəlik məişət qayğılarının ödənilməsi üçün bu mərkəz əvəzolunmazdır. Binanın birinci mərtəbəsində qazanxana, kafeteriya, bərbərxana, poçt, əczaxana, foto, II mərtəbədə dəftərxana məhsullarının, ali məktəb tələbələri üçün nəzərdə tutulmuş vahid formaların satışı üçün mağaza, satış-sərgi salonu, qadın gözəllik salonu fəaliyyət göstərəcək. Binanın üçüncü qatında isə müdiriyyət və mühasibatlıq üçün inzibati otaqlar, kompüter zalı, yerli ərzaq məhsullarının satışı üçün mağaza və anbar yerləşir. Müasir memarlıq üslubunda tikilmiş, rəngarəng ornamentlərlə bəzədilmiş yeni obyektlər füsunkar gözəlliyi, qeyri-adı arxitekturası ilə də göz oxşayır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov universitetin professor-müəllim heyətinin bir qrupu ilə görüşmüş, yeni tədris korpusunun layihəsi ilə maraqlanmış, Beynəxalq münasibətlər və xarici dillər fakültəsində elektron lövhə quraşdırılmış auditoriyalarda, "Beynəlxalq münasibətlər və enerji siyasəti", "Diplomatiya" kabinetlərində olmuşdur. Ali Məclisin sədri universitetdə tədrisin və təhsilin inkişaf səviyyəsinin daha da yüksəldilməsi məqsədilə tövsiyə və tapşırıqlar vermişdir.  

Mehriban SULTAN

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov