Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

4 Mart 2011 - �09

 

Aylıq seminarın növbəti məşğələsi

 

Fevralın 25-də Qafqaz Universitetində tələbələrin dünyagörüşünün genişləndirilməsi, dünyada və ölkədə baş verən ictimai, siyasi, mədəni hadisələrlə onların dərindən tanışlığı məqsədi ilə təşkil olunan aylıq seminarın növbəti məşğələsi keçirilib. Tanınmış ictimai xadimlərin, dövlət və hökumət rəsmilərinin, elm, təhsil, incəsənət sahəsində çalışan mütəxəssislərin və iş adamlarının məruzəçi qismində dəvət olunduqları seminarın budəfəki qonağı Azercell Telekom MMC-nin prezidenti Əli Ağan olub.

Seminarın aparıcısı öncə mövzu barədə məlumat verərək qonağın həyat yolu ilə iştirakçıları tanış edib. Sonra  Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç giriş sözu söyləyib. Azercell Telekom MMC prezidentini salamlayan rektor tanınmış iş adamını rəhbərlik etdiyi ali məktəbdə görməsindən məmnunluq duyduğunu bildirib və dəvəti qəbul edərək gəldiyi üçün ona minnətdarlıq edib.

A.Saniç universitet-sənaye əməkdaşlığı çərçivəsində Qafqaz Universiteti ilə Azercell Telekom şirkəti arasında sıx əməkdaşlıq əlaqələrinin mövcud olduğunu bildirib. Qeyd edib ki, hazırda bu əməkdaşlıq bir neçə istiqaməti əhatə edir. Belə ki, Azercell Telekom şirkətinin təşəbbüsü və birbaşa iştirakı ilə Qafqaz Universitetində yeni nəsil şəbəkələr adlı fənn tədris olunur. 4-cü kurs üçün nəzərdə tutulan həmin fənn üzrə dərslərdə tələbələrə ən son texnologiyalara aid zəruri biliklər verilir.

İkinci bir layihə yeni nəsil şəbəkələr üzrə tələbələrin praktik təcrübə keçmələri məqsədi ilə Azercell Telekom şirkəti tərəfindən Qafqaz Universitetində yeni laboratoriyanın açılmasının planlaşdırılmasıdır. O, yaxın zamanda gerçəkləşdiriləcək.

Digər bir layihə çərçivəsində Qafqaz Universitetinin 10 tələbəsi Azercell Telekomun təşəbbüsü ilə yaradılmış "Barama" layihəsində iştirak  edib, iqtisadi-analitik tədqiqat işi aparıb.

Rektor bildirib ki, Azercell şirkəti habelə Qafqaz Universitetinin təşəbbüsü, təşkilatçılığı və iştirakları ilə keçirilən bir sıra beynəlxalq konfransların təşkilinə sponsorluq köməyi göstərib. Gələn il isə  Azercellin köməyi ilə Qafqaz Universitetində "Xəbərləmə-elektronika" bölməsinin açılması nəzərdə tutulub. Hazırda şirkətlə bu barədə danışıqlar aparılır.

A.Saniç bütün bu layihələrin reallaşmasında Azercell Telekom MMC-nin prezidenti Əli Ağanın böyük rolu olduğunu bildirib və ona universitetin professor-tələbə heyəti adından təşəkkür edib.

Sonra universitetlə şirkətin əməkdaşlığı çərçivəsində "Barama" layihəsində iştirak etmiş 10 tələbəyə Azercell Telekom şirkətinin sertifikatları təqdim olunub.

Mükafat alanlardan kompüter mühəndisliyi fakültəsinin 4-cü kurs tələbəsi Zaur Əliyev, beynəlxalq münasibətlər fakültəsinin 4-cü kurs tələbəsi Anar Məhərrəmov çıxış edərək layihənin əhəmiyyətindən danışıb, aldıqları nəzəri biliklərin tətbiqində, ümumiyyətlə, tələbələrin mütəxəssis kimi yetişməsində belə layihələrin  mühüm rol oynadığını bildiriblər.

Sonra Qafqaz Universiteti ilə Azercell Telekom MMC arasında əməkdaşlıq sazişi imzalanıb.

Seminarda Əli Ağan liderlik  mövzusunda məruzə edib.

Məruzəsində Azercell rəhbəri liderliyi necə başa düşməsi, lider olmaq üçün nə etmək lazım gəlməsi barədə fikirlərini söyləyib, karyera yüksəlişi yollarında özünün çalışmalarından söz açıb. Təhsildə, peşə fəaliyyətində lider mövqeyinə qalxa bilmək üçün o, tələbələrə həmişə doğru işlər görməyə səy etməyi, qəlblərinin arzusuna qarşı çıxmamağı, ikinciliyi qəbul etməyib həmişə birinci olmağa can atmağı, ən əsası isə daim çalışmağı tövsiyə edib, onları maraqlandıran sualları cavablandırıb.

Seminarın sonunda qonağa universitet adından plaket və hədiyyə təqdim olunub.

Yusif ƏLİYEV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov