Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

4 Mart 2011 - �09

 

ADU-nun 23 tələbəsi Böyük Britaniyanın Esseks Universitetində oxuyacaq

 

Fevralın 28-də Azərbaycan Dillər Universitetinin Heydər Əliyev adına muzey-lektoriyasında universitetin bir qrup tələbəsinin Böyük Britaniyanın Esseks Universitetinə yola düşmələri ilə əlaqədar görüş keçirildi. Əvvəlcə ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov görüşdə iştirak edən Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Karolin Braunu, British Councilin rəhbəri Pol Klemensonu salamladı. Rəhbərlik etdiyi ali təhsil ocağının xarici əlaqələr sahəsində seçilən universitet olduğunu diqqətə çatdıran rektor bir çox ölkələrlə əlaqələrin gündən-günə artdığını bildirdi.

Bir çox ölkələrin dili ilə yanaşı, universitetdə həmin ölkələrin mədəniyyətini də təbliğ etdiklərini qeyd edən rektor S. Seyidov ADU-da ən geniş tədris edilən dilin ingilis dili olduğunu vurğuladı: "Biz tələbələrə ingilis dilini öyrədərkən onlara həm də dünya mədəniyyətini və demokratik dəyərləri də aşılayırıq. Bu istiqamətdə işlərimizi yüksək səviyyədə təşkil etmişik. Bununla yanaşı, Azərbaycan təhsil sistemində Avropa ilə əlaqələr qurmaq üçün də tələbələrimizi nüfuzlu Avropa universitetlərinə göndərməyə çalışırıq". Böyük Britaniya universitetlərinə daxil olub orada təhsil almağın mürəkkəb proses olduğunu bildirən natiq bunun üçün ya orada orta məktəbi bitirmək, ya da xüsusi kurs keçməyin vacibliyindən danışdı. Azərbaycan və Böyük Britaniya təhsil sisteminin fərqli olduğunu nəzərə çatdıran rektor S.Seyidov bu sistemləri uyğunlaşdırmaq üçün bir müddət əvvəl fəaliyyətə başladıqlarını da bildirdi.

Azərbaycan Respublikası Prezidentinin azərbaycanlı tələbələrin xaricdə təhsil almağa dair imzaladığı sərəncama diqqət çəkən rektor S.Seyidov ADU ilə Esseks Universiteti arasında əlaqələr yaratmaq üçün layihə hazırlandığını dedi və bu layihəyə Azərbaycanın Təhsil Nazirliyi tərəfindən dəstək verildiyini söylədi. İki universitet arasında imzalanan müqaviləyə görə, orada təhsil alan azərbaycanlı tələbələrin ikili diploma sahib olacağını qeyd etdi. Rektor həmçinin qeyd etdi ki, ADU-dakı proseslər Azərbaycan təhsil sisteminin inkişafına dəstək verir və dünyaya inteqrasiyada öz sözünü deyir. S.Seyidov yaxın gələcəkdə digər nüfuzlu universitetlərlə də analoji müqavilələrin imzalanacağını diqqətə çatdırdı.

İki universitet arasındakı əlaqələr haqqında hazırlanan layihənin rəhbəri, 1 saylı İngilis dili fakültəsinin dekanı, professor Əfqan Abdullayev Esseks Universitetinin tarixi haqqında görüş iştirakçılarına məlumat verdi. İki universitet arasında əlaqələrdən də danışan professor oraya təhsil almaq üçün göndəriləcək tələbələri 1-ci semestrin nəticələrinə əsasən seçdiklərini bildirdi. Qeyd edildi ki, universitet tələbələri 2 il ADU-da təhsil alandan sonra növbəti 2 ili Esseks Universitetində oxuyacaqlar və ikili diploma sahib olacaqlar.

Böyük Britaniyanın Azərbaycandakı səfiri Karolin Braun Azərbaycanın ali təhsil ocağı ilə Esseks Universiteti arasında əlaqələrin ilk dəfə baş tutduğunu və bundan məmnunluğunu dilə gətirdi. Universitetlərin əməkdaşlığının Britaniya hökumətinin təhsilin inkişafına ayırdığı maliyyə hesabına baş tutduğunu vurğulayan səfir bu əlaqələrin qurulmasındakı xidmətlərinə görə rektor Səməd Seyidova, Beynəlxalq əlaqələr üzrə prorektor Jalə Qəribovaya öz təşəkkürünü bildirdi.

British Councilin rəhbəri Pol Klemenso təhsilini Esseksdə davam etdirəcək tələbələrə uğurlar arzulayaraq onları "xoşbəxt tələbələr" adlandırdı. Əmin olduğunu bildirdi ki, iki universitet arasında olan əməkdaşlıq dövlətlərarası əlaqələrin bundan sonrakı inkişafına təkan verəcək.

Görüşün sonunda rektor S.Seyidov bu layihəni reallaşdıranlara minnətdarlıq etdi, tələbələrə isə uğurlar arzulayaraq Azərbaycanın bayrağını daha da yüksəyə qaldırmalarını dilədi.  

Şakir CƏFƏROV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov