Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

4 Mart 2011 - �09

 

Dünya şöhrətli alimin 90 illik yubileyi qeyd olundu

 

Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsində dünya şöhrətli  alim,  tətbiqi riyaziyyat və informatikanın inkişafına güclü təkan vermiş, qeyri-səlis çoxluqlar və qeyri-səlis məntiq, imkanlar və təqribi mühakimələr kimi nəzəriyyələrin yaradıcısı Lütfi Zadənin anadan olmasının 90 illiyinə həsr olunmuş elmi konfrans keçirildi.

Tədbirdə giriş nitqi ilə çıxış edən ali məktəbin rektoru, akademik İsa Həbibbəyli alimin elmi nəticələrinin, nəzəriyyələrinin, ixtiralarının və yeniliklərinin dünya şöhrətindən, Azərbaycan xalqının onunla fəxr etməsindən danışdı.

Fizika-riyaziyyat fakültəsinin dekanı, riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Tofiq Nəcəfov "Lütfi Zadənin həyatı və elmi fəaliyyəti" adlı məruzəsində alimi dünya miqyasında tanıdan qeyri-səlis məntiq nəzəriyyəsindən söz açdı. Vurğulandı ki, bu gün dünyanın nüfuzlu şirkətləri foto və videokameraların, paltaryuyan maşınların istehsalında, avtomobillərin, qatarların, sənaye proseslərinin idarə olunmasında azərbaycanlı alimin adı ilə bağlı olan qeyri-səlis məntiq texnologiyasından geniş istifadə edirlər. 

Riyazi analiz kafedrasının müdiri, riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosent Elşad Ağayev "Lütfi Zadə dünya elminin inkişafında mühüm  rol  oynamış elmi kəşflərin müəllifidir" adlı məruzəsində alimin elm sahəsindəki xidmətlərindən və fövqəladə nailiyyətlərindən, çoxlu sayda mötəbər cəmiyyətlər və fondlar tərəfindən layiq görüldüyü mükafatlardan danışdı.

 Ümumi riyaziyyat kafedrasının riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosent  Rövşən Həsənov "Lütfi Zadənin qeyri-səlis çoxluqlar nəzəriyyəsi qeyri-səlis məntiqin əsasıdır" adlı məruzəsində dahi alimin  qeyri-səlis məntiq nəzəriyyəsinin ona  şöhrət qazandırmaqla yanaşı yeni riyaziyyatın əsasını  qoyduğunu diqqətə çatdırdı.

Sonda  "Uzaq və yaxın Lütfi  Zadə"  adlı  sənədli  filmə baxış oldu.  

Nərmin CƏFƏROVA,
NDU-nun Mətbuat şöbəsinin əməkdaşı

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov