Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

4 Mart 2011 - �09

 

Sərgidə 500-dən çox əl işi nümayiş olunub

 

Martın 3-də Azərbaycan Dillər Universitetinin İnformasiya Resurs Kompleksində 8 Mart  Beynəlxalq Qadınlar  Günü və Novruz bayramı münasibətilə ənənəvi əl işləri sərgisi keçirildi. Sərgidə xanımların biçmə-tikmə, toxuma, rəsm, karikatura nümunələri, dizayner Xanım Məmmədovanın hazırladığı Azərbaycanın müxtəlif regionlarına aid milli geyimlər, xalçaçılıq sənətini nümayiş etdirən əsərlər, yağlı boya ilə çəkilmiş rəsm əsərləri, milli üslubda bəzədilmiş gəlinciklər, pannolar, təbii güllərdən hazırlanan kompozisiyalar, muncuq və qiymətli daş-qaşlarla hazırlanmış qadın bəzək əşyaları məmulatlarından ibarət 500-dən çox əl işi nümayiş olundu. Bununla yanaşı, sərgi iştirakçılarına ilk dəfə olaraq yalnız kağız məmulatlarından hazırlanan əl işləri də təqdim olundu.

Qeyd olundu ki,  tədbirin  keçirilməsində əsas məqsəd milli dəyərlərin saxlanılması və qorunması, istedadlı insanların aşkar edilməsi, onlar arasında əlaqə yaratmaq və mədəni irsin xarici ölkələrdə tanıdılmasıdır.

Sərgidə çıxış edən ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov  sərgi iştirakçılarını 8 Mart Beynəlxalq Qadınlar Günü və Novruz bayramı münasibətilə təbrik etdi.  S.Seyidov sərginin əhəmiyyətinə, eləcə də qadınların cəmiyyətdə roluna  toxundu: "Əl işləri sərgisinin keçirilməsi mühüm əhəmiyyət daşıyır.  Belə sərgilərin keçirilməsi Azərbaycan mədəniyyətinin təbliğ edilməsi baxımından önəmlidir. Azərbaycan qadınının milli mənəvi dəyərlər sistemimizin təşəkkülündə və yaşadılmasında müstəsna rolu vardır".  

Millət vəkili Asim Mollazadə isə çıxışında ADU-nun milli dəyərlərimizin dünyaya tanıdılmasında rolundan danışdı. 

Sərginin əsas təşkilatçılarından olan ADU-nun Türk Folklor Mərkəzinin direktoru Rəna Salehova sərgidə müxtəlif məmulatlardan hazırlanmış əl işlərinin nümayiş olunduğunu vurğuladı.

Regionşünaslıq kafedrasının müdiri Sevdagül Əliyeva isə "Azərbaycan milli geyimləri" adlı təqdimatla çıxış etdi.   O, təqdimatda müxtəlif dövrlərdə istifadə olunan və bu gün də öz aktuallığını saxlayan milli geyim növlərindən geniş bəhs etdi.

Sərgiyə gələnlər Regionşünaslıq kafedrasının təşkilatçılığı  ilə tələbələr tərəfindən hazırlanan "Xına gecəsi" adlı bədii kompozisiyaya  tamaşa etdilər. Kompozisiyada Azərbaycanda evlilik və  toy adət-ənənələri nümayiş olundu.   

Qeyd edək ki, sərgidə beynəlxalq təşkilatların, səfirliklərin, QHT-lərin nümayəndələri və ADU-nun professor-müəllim heyəti  iştirak edirdi.

Xatırladaq ki, əl işləri sərgisi son iki ildə sayca dördüncü dəfədir ki, keçirilir. İlk belə sərgi 2009-cu il martın 5-də reallaşıb.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov