Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

4 Mart 2011 - 09

 

Layihə

Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün həyat bilgisi fənni kurikulumu (V-IX siniflər)

 

 Siniflər üzrə məzmun standartları 

V SİNİF 

V sinfin sonunda şagird:

  •  varlıq və hadisələrin sadə təsnifatını verir;

  •  canlıların həyatında ekoloji mühitin rolunu əsaslandırır;

  •  cəmiyyətin sosial tərkibini, dövlət anlayışını onun həyatını tənzimləyən vahid siyasi təşkilat kimi izah edir;

  •  insan hüquqlarını müdafiə edən qurumları fərqləndirir, topladığı materialları təqdim edir;

  •  iqtisadi resursları və iqtisadi vasitələri fərqləndirir;

  •  sağlamlığın mənəvi, fiziki və emosional aspektlərini fərqləndirir;

  •  ünsiyyəti mənəvi tələbat kimi qiymətləndirir, əxlaq və davranışlara təsir edən amilləri fərqləndirir;

  •  mənəvi  borcun əhəmiyyətini izah edir, dini inamları fərqləndirir;

  •  həyat fəaliyyəti zamanı yarana biləcək təhlükəli və xoşagəlməz halları, fövqəladə hadisələri izah edir. 

Məzmun xətləri üzrə əsas və alt-standartlar 

1. Təbiət və biz

Şagird:

1.1. Varlıq və hadisələrə, onların qarşılıqlı əlaqəsinə dair bilik və bacarıqlar nümayiş etdirir.

1.1.1. Cism, maddə və təbiət hadisələrinin sadə təsnifatını verir.

1.2. Ekoloji tarazlığın qorunmasına dair bilik və bacarıqlar nümayiş etdirir.

1.1.2. Canlıların həyatında ekoloji mühitin rolunu əsaslandırır. 

2. Fərd və cəmiyyət

Şagird:

2.1. Cəmiyyətin sosial mahiyyətinə və idarəetmə formalarına dair bilik və bacarıqlar nümayiş etdirir.

2.1.1. Cəmiyyətin sosial tərkibini (ailə, ictimai birliklər, dövlət) izah edir.

2.1.2. Dövlət anlayışını cəmiyyətin həyatını tənzimləyən vahid siyasi təşkilat kimi izah edir.

2.2. Hüquqi mədəniyyətə malik olduğunu nümayiş etdirir.

2.2.1. İnsan hüquqlarını müdafiə edən qurumları (dövlət, qeyri-hökumət, beynəlxalq) fərqləndirir.

2.2.2. İnsan hüquqlarını müdafiə edən qurumlar haqqında topladığı materialları təqdim edir.

2.3. İqtisadi bilik və bacarıqlara yiyələndiyini nümayiş etdirir.

2.3.1. İqtisadi resursları və iqtisadi vasitələri fərqləndirir. 

3. Mənəviyyat

Şagird:

3.1. Ünsiyyət mədəniyyətinə dair bilik və bacarıqlar nümayiş etdirir.

3.1.1. Ünsiyyəti mənəvi tələbat kimi qiymətləndirir.

3.2. İnsan mənəviyyatını formalaşdıran amillərə dair bilik və bacarıqlar nümayiş etdirir.

3.2.1.Əxlaq və davranışlara təsir edən amilləri fərqləndirir.

3.2.2. Mənəvi borcun (təbiət, cəmiyyət, dövlət, ailə qarşısında) əhəmiyyətini izah edir.

3.3.Mənəviyyatın formalaşmasında dinin rolunu dəyərləndirir.

3.3.1. Dini inamların ümumi və fərqli cəhətlərini müqayisə edir. 

4. Sağlamlıq və təhlükəsizlik

Şagird:

4.1. Sağlam həyat tərzinə dair bilik və bacarıqlar nümayiş etdirir.

4.1.1. Sağlamlığın mənəvi, fiziki və emosional aspektlərini fərqləndirir.

4.2. Məişətdə və ictimai yerlərdə təhlükəsiz davranış qaydalarına dair bilik və bacarıqlar nümayiş etdirir.

4.2.1. Məişətdə və ictimai yerlərdə yarana biləcək təhlükəli və xoşagəlməz halları izah edir.

4.2.2. Yol nişanları və yol hərəkəti

qaydalarının əhəmiyyətini izah edir.

4.3.         Fövqəladə hallarla bağlı bilik və bacarıqlar nümayiş etdirir.

4.3.1. Fövqəladə hadisələr zamanı yarana biləcək təhlükəni qiymətləndirir. 

VI SİNİF 

VI sinfin sonunda şagird:

  •  maddələrin xassələrini onların daxili quruluşu ilə əlaqələndirir;

  •  insanı təbiətin bir hissəsi kimi səciyyələndirir;

  •  cəmiyyətin idarə olunmasını və  dövlətin funksiyalarını izah edir;

  •  insan hüquqlarını müdafiə edən qurumların fəaliyyətini sadə şəkildə təsvir edir, topladığı materialları təqdim edir;

  •  qiymət, tələb və təklifin iqtisadiyyatın inkişafındakı rolunu izah edir;

  •  sağlam həyat tərzinin əsas şərtlərini fərqləndirir;

  •  ünsiyyət mədəniyyətinin formalaşmasına təsir edən amilləri dəyərləndirir, əxlaq və davranış normalarının cəmiyyətin həyatındakı rol və əhəmiyyətini izah edir;

  •  ailə və ictimai mühitdə mənəvi borcunu nümunələrlə izah edir, dini ibadət və mərasimləri müqayisə edir;

  •  fövqəladə hadisələr və həyat fəaliyyəti zamanı tələb olunan təhlükəsiz davranış qaydalarını izah edir. 

Məzmun xətləri üzrə əsas və alt-standartlar 

1. Təbiət və biz

Şagird:

1.1.         Varlıq və hadisələrə, onların qarşılıqlı əlaqəsinə dair bilik və bacarıqlar nümayiş etdirir.

1.1.1. Maddələrin xassələrini onların daxili quruluşu ilə əlaqələndirir.

1.2.         Ekoloji tarazlığın qorunmasına dair bilik və bacarıqlar nümayiş etdirir.

1.2.1. İnsanı təbiətin bir hissəsi kimi səciyyələndirir. 

2. Fərd və cəmiyyət

Şagird:

2.1. Cəmiyyətin sosial mahiyyətinə və idarəetmə formalarına dair bilik və bacarıqlar nümayiş etdirir.

2.1.1. Cəmiyyətin idarə olunmasını şərh edir.

2.1.2. Cəmiyyətin idarə olunmasında dövlətin funksiyalarını izah edir.

2.2. Hüquqi mədəniyyətə malik olduğunu nümayiş etdirir.

2.2.1. İnsan hüquqlarını müdafiə edən qurumların fəaliyyətini sadə şəkildə təsvir edir.

2.2.2. İnsan hüquqlarını müdafiə edən qurumların fəaliyyəti ilə bağlı topladığı materialları təqdim edir.

2.3. İqtisadi bilik və bacarıqlara yiyələndiyini nümayiş etdirir.

2.3.1. Qiymət, tələb və təklifin iqtisadiyyatın inkişafında rolunu izah edir.              

3. Mənəviyyat

Şagird:

3.1. Ünsiyyət mədəniyyətinə dair bilik və bacarıqlar nümayiş etdirir.

3.1.1. Ünsiyyət mədəniyyətinin formalaşmasına təsir edən amilləri dəyərləndirir.

3.2. İnsan mənəviyyatını formalaşdıran amillərə dair bilik və bacarıqlar nümayiş etdirir.

3.2.1. Əxlaq və davranış normalarının cəmiyyətin həyatındakı rol və əhəmiyyətini izah edir.

3.2.2. Ailə və ictimai mühitdə mənəvi borcunu nümunələrlə izah edir.

3.3. Mənəviyyatın formalaşmasında dinin rolunu dəyərləndirir.

3.3.1. Dini ibadət və mərasimləri müqayisə edir. 

4. Sağlamlıq və təhlükəsizlik

Şagird:

4.1. Sağlam həyat tərzinə dair bilik və bacarıqlar nümayiş etdirir.

4.1.1. Sağlam həyat tərzinin əsas şərtlərini fərqləndirir.

4.2. Məişətdə və ictimai yerlərdə təhlükəsiz davranış qaydalarına dair bilik və bacarıqlar nümayiş etdirir.

4.2.1. Məişətdə və ictimai yerlərdə təhlükəsiz davranış qaydalarını fərqləndirir.

4.2.2. Yol nişanlarının təyinatına uyğun bacarıqlar nümayiş etdirir.

4.3. Fövqəladə hallarla bağlı bilik və bacarıqlar nümayiş etdirir.

4.3.1. Fövqəladə hadisələr zamanı tələb olunan davranış qaydalarını izah edir. 

VII SİNİF 

VII sinfin sonunda şagird:

  •  təbiətdə baş verən hadisələri enerji çevrilmələri, hərəkət və qarşılıqlı təsirlə əlaqələndirir;

  •  insan fəaliyyətinin təbiətə təsirini qiymətləndirir;

  •  cəmiyyətin və dövlətin idarəetmə formalarını fərqləndirir;

  •  hüquqi sahələri fərqləndirir, normativ-hüquqi sənədlərə istinad etməklə hüquqi sahələrə dair təqdimatlar hazırlayır;

  •  əmək və onun növlərinin iqtisadi proseslərdəki rolunu şərh edir;

  •  ünsiyyət qaydalarından istifadə bacarıqları nümayiş etdirir, müxtəlif əxlaqi keyfiyyətləri nümunələrlə əsaslandırır;

  •  təbiət və cəmiyyət qarşısında mənəvi borcunu dəyərləndirir, dini-əxlaqi dəyərlərin mədəniyyətlərin formalaşmasına təsirini şərh edir;

  •  sağlamlığın mənəvi, psixi və emosional aspektlərini fərqləndirir;

  •  təhlükəsiz davranış qaydalarına riayət etməməyin nəticələrini qiymətləndirir, ictimai nəqliyyatda davranış qaydalarına dair bacarıqlar nümayiş etdirir;

  •  fövqəladə hadisələr zamanı ilkin yardım göstərir. 

Məzmun xətləri üzrə əsas və alt-standartlar 

1. Təbiət və biz

Şagird:

1.1.         Varlıq və hadisələrə, onların qarşılıqlı əlaqəsinə dair bilik və bacarıqlar nümayiş etdirir.

1.1.1. Təbiətdə baş verən hadisələri enerji çevrilmələri, hərəkət və qarşılıqlı təsirlə əlaqələndirir.

1.2.         Ekoloji tarazlığın qorunmasına dair bilik və bacarıqlar nümayiş etdirir.

1.2.1. İnsan fəaliyyətinin təbiətə təsirini qiymətləndirir. 

2. Fərd və cəmiyyət

Şagird:

2.1. Cəmiyyətin sosial mahiyyətinə və idarəetmə formalarına dair bilik və bacarıqlar nümayiş etdirir.

2.1.1. Cəmiyyətin idarəetmə formalarını fərqləndirir.

2.1.2. Dövlətin idarəetmə formalarını (monarxiya, respublika) fərqləndirir.

2.2. Hüquqi mədəniyyətə malik olduğunu nümayiş etdirir.

2.2.1. Hüquqi sahələri (sosial, siyasi, mülki, iqtisadi, mədəni) fərqləndirir.

2.2.2. Normativ-hüquqi sənədlərə istinad etməklə hüquqi sahələrə (sosial, siyasi, mülki, iqtisadi, mədəni) dair təqdimatlar hazırlayır.

2.3. İqtisadi bilik və bacarıqlara yiyələndiyini nümayiş etdirir.

2.3.1. Əmək və onun növlərinin iqtisadi proseslərdəki rolunu şərh edir. 

3. Mənəviyyat

Şagird:

3.1. Ünsiyyət mədəniyyətinə dair bilik və bacarıqlar nümayiş etdirir.

3.1.1. Ünsiyyət qaydalarından istifadə bacarıqları nümayiş etdirir.

3.2. İnsan mənəviyyatını formalaşdıran amillərə dair bilik və bacarıqlar nümayiş etdirir.

3.2.1. Müxtəlif əxlaqi keyfiyyətləri nümunələrlə əsaslandırır.

3.2.2. Təbiət və cəmiyyət qarşısında mənəvi borcunu dəyərləndirir.

3.3. Mənəviyyatın formalaşmasında dinin rolunu dəyərləndirir.

3.3.1. Dini-əxlaqi dəyərlərin mədəniyyətlərin formalaşmasına təsirini şərh edir. 

4. Sağlamlıq və təhlükəsizlik

Şagird:

4.1. Sağlam həyat tərzinə dair bilik və bacarıqlar nümayiş etdirir.

4.1.1. Sağlam həyat tərzini şərtləndirən amillərin əhəmiyyətini əsaslandırır.

4.2. Məişətdə və ictimai yerlərdə təhlükəsiz davranış qaydalarına dair bilik və bacarıqlar nümayiş etdirir.

4.2.1. Təhlükəsiz davranış qaydalarına riayət etməməyin nəticələrini qiymətləndirir.

4.2.2. İctimai nəqliyyatda davranış qaydalarına dair bacarıqlar nümayiş etdirir.

4.3. Fövqəladə hallarla bağlı bilik və bacarıqlar nümayiş etdirir.

4.3.1. Fövqəladə hadisələr zamanı ilkin yardım göstərir. 

VIII SİNİF 

VIII sinfin sonunda şagird:

  •  materiyanın quruluşunun eyniliyini, kainatda baş verən proseslərin ümumi qanunlara tabe olmasını əsaslandırır;

  •  ekoloji tarazlığın qorunması və bərpasına dair layihələr hazırlayır;

  •  cəmiyyətin inkişafında inteqrasiyanın və cəmiyyətin idarə olunmasında dövlət hakimiyyətinin bölünməsini əsaslandırır;

  •  tarixi hadisələrin, faktların və ədəbi əsərlərin nümunəsində insan hüquqlarının pozulmasına dair təqdimat hazırlayır;

  •  istehsal infrastrukturlarına  dair təqdimat hazırlayır;

  •  insanlararası münasibətlərdə ümumi cəhətlərin, insan mənəviyyatının formalaşmasında vəzifə və məsuliyyətin əhəmiyyətini dəyərləndirir;

  •  vətən və dovlət qarşısında mənəvi borcunu dərk etdiyini nümayiş etdirir, cəmiyyətdə birgəyaşayış qaydalarının formalaşmasında dini-əxlaqi dəyərlərin rolunu qiymətləndirir;

  •  reproduktiv sağlamlığın qorunmasını sağlam həyat tərzinin əsas şərti kimi dəyərləndirir;

  •  konkret situasiyalarda təhlükəsiz davranış və yol hərəkəti qaydalarından istifadə edir;

  •  fövqəladə halların nəticələrinin aradan qaldırılmasında birgəfəaliyyət bacarıqları nümayiş etdirir. 

Məzmun xətləri üzrə əsas və alt-standartlar 

1. Təbiət və biz

Şagird:

1.1. Varlıq və hadisələrə, onların qarşılıqlı əlaqəsinə dair bilik və bacarıqlar nümayiş etdirir.

1.1.1. Materiyanın quruluşunun eyniliyini, kainatda baş verən proseslərin ümumi qanunlara tabe olmasını əsaslandırır.

1.2. Ekoloji tarazlığın qorunmasına dair bilik və bacarıqlar nümayiş etdirir.

1.2.1. Ekoloji tarazlığın qorunması və bərpasına dair layihələr hazırlayır. 

2. Fərd və cəmiyyət

Şagird:

2.1. Cəmiyyətin sosial mahiyyətinə və idarəetmə formalarına dair bilik və bacarıqlar nümayiş etdirir.

2.1.1. Cəmiyyətin inkişafında inteqrasiyanın əhəmiyyətini əsaslandırır.

2.1.2. Cəmiyyətin idarə olunmasında dövlət hakimiyyətinin bölünməsini əsaslandırır.

2.2. Hüquqi mədəniyyətə malik olduğunu nümayiş etdirir.

2.2.1. Əsas insan hüquqlarını (işgəncəyə məruz qalmama, qul edilməmə, yaşama, fikrini sərbəst ifadəetmə) fərqləndirir.

2.2.2. Tarixi hadisələrin, faktların və ədəbi əsərlərin nümunəsində insan hüquqlarının pozulmasına dair təqdimatlar hazırlayır.

2.3. İqtisadi bilik və bacarıqlara yiyələndiyini nümayiş etdirir.

2.3.1. İstehsal infrastrukturlarına (maliyyə, vergi, sığorta) dair təqdimatlar hazırlayır. 

3. Mənəviyyat

Şagird:

3.1. Ünsiyyət mədəniyyətinə dair bilik və bacarıqlar nümayiş etdirir.

3.1.1. İnsanlararası münasibətlərdə ümumi cəhətlərin əhəmiyyətini dəyərləndirir.

3.2. İnsan mənəviyyatını formalaşdıran amillərə dair bilik və bacarıqlar nümayiş etdirir.

3.2.1. İnsan mənəviyyatının formalaşmasında vəzifə və məsuliyyətin əhəmiyyətini dəyərləndirir.

3.2.2. Vətən və dövlət qarşısında mənəvi borcunu dərk etdiyini nümayiş etdirir.

3.3. Mənəviyyatın formalaşmasında dinin rolunu dəyərləndirir.

3.3.1. Cəmiyyətdə birgəyaşayış qaydalarının formalaşmasında dini-əxlaqi dəyərlərin rolunu qiymətləndirir./ 

4. Sağlamlıq və təhlükəsizlik

Şagird:

4.1. Sağlam həyat tərzinə dair bilik və bacarıqlar nümayiş etdirir.

4.1.1. Reproduktiv sağlamlığın qorunmasını sağlam həyat tərzinin əsas şərti kimi dəyərləndirir.

4.2. Məişətdə və ictimai yerlərdə təhlükəsiz davranış qaydalarına dair bilik və  bacarıqlar nümayiş etdirir.

4.2.1. Təhlükəsiz davranış qaydalarına əməl etdiyini konkret situasiyalarda nümayiş etdirir.

4.2.2. Konkret situasiyalarda yol hərəkəti qaydalarından istifadə edir.

4.3. Fövqəladə hallarla bağlı bilik və bacarıqlar nümayiş etdirir.

4.3.1. Fövqəladə halların nəticələrinin aradan qaldırılmasında birgəfəaliyyət bacarıqları nümayiş etdirir.

 

IX SİNİF

 

IX sinfin sonunda şagird:

  •  dünyanın dərk olunmasında elmi və dini dünyagörüşləri təhlil edir;

  •  qlobal ekoloji problemlərin həllinə dair təqdimat və layihələr hazırlayır;

  •  insanın sosial proseslərdə iştirakını, vətəndaş cəmiyyətinin formalaşması və inkişafında demokratik dəyərlərin rolunu qiymətləndirir;

  •  beynəlxalq və milli hüquqi sənədlərin əlaqəsinə dair təqdimatlar hazırlayır;

  •  iqtisadi səmərəliliyə dair kiçik layihələr qurur və təqdim edir;

  •  mədəniyyətlərarası münasibətlərdə və müxtəlif dinlərə münasibətdə tolerantlıq nümayiş etdirir;

  •  bəşəriyyət qarşısında mənəvi borcunu dərk etdiyini nümayiş etdirir;

  •  sağlam ailənin qurulmasında sağlam həyat tərzinin əhəmiyyətini dəyərləndirir;

  •  təhlükəsiz davranış qaydalarına əməl etdiyini konkret situasiyalarda nümayiş etdirir;

  •  yol hərəkətinə dair davranış mədəniyyəti nümayiş etdirir;

  •  fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılmasına dair layihələr hazırlayır. 

Məzmun xətləri üzrə əsas və alt-standartlar 

1. Təbiət və biz

Şagird:

1.1.         Varlıq və hadisələrə, onların qarşılıqlı əlaqəsinə dair bilik və bacarıqlar nümayiş etdirir.

1.1.1. Dünyanın dərk olunmasında elmi və dini dünyagörüşləri təhlil edir.

1.2.         Ekoloji tarazlığın qorunmasına dair bilik və bacarıqlar nümayiş etdirir.

1.2.1. Qlobal ekoloji problemlərin həllinə dair təqdimat və layihələr hazırlayır. 

2. Fərd və cəmiyyət

Şagird:

2.1. Cəmiyyətin sosial mahiyyətinə və idarəetmə formalarına dair bilik və bacarıqlar nümayiş etdirir.

2.1.1. İnsanın sosial proseslərdə iştirakını dəyərləndirir.

2.1.2. Vətəndaş cəmiyyətinin formalaşması və inkişafında demokratik dəyərlərin rolunu qiymətləndirir.

2.2. Hüquqi mədəniyyətə malik olduğunu nümayiş etdirir.

2.2.1. Əsas insan hüquqlarının beynəlxalq hüquq normalarında təsbit olunduğunu əsaslandırır.

2.2.2. Beynəlxalq və Milli hüquqi sənə

dlərin əlaqəsinə dair təqdimatlar hazırlayır.

2.3. İqtisadi bilik və bacarıqlara yiyələndiyini nümayiş etdirir.

2.3.1. İqtisadi səmərəliliyə dair kiçik layihələr hazırlayır və təqdim edir. 

3. Mənəviyyat

Şagird:

3.1. Ünsiyyət mədəniyyətinə dair bilik və bacarıqlar nümayiş etdirir.

3.1.1. Mədəniyyətlərarası münasibətlərdə tolerantlıq nümayiş etdirir.

3.2. İnsan mənəviyyatını formalaşdıran amillərə dair bilik və bacarıqlar nümayiş etdirir.

3.2.1. Mədəniyyətlərarası münasibətlərdə əxlaq və davranış normalarının ümumbəşəri əhəmiyyətini dəyərləndirir.

3.2.2. Bəşəriyyət qarşısında mənəvi borcunu dərk etdiyini nümayiş etdirir.

3.3. Mənəviyyatın formalaşmasında dinin rolunu dəyərləndirir.

3.3.1. Müxtəlif dinlərə münasibətdə tolerantlıq nümayiş etdirir. 

4. Sağlamlıq və təhlükəsizlik

Şagird:

4.1. Sağlam həyat tərzinə dair bilik və bacarıqlar nümayiş etdirir.

4.1.1. Sağlam ailənin qurulmasında sağlam həyat tərzinin əhəmiyyətini dəyərləndirir.

4.2. Məişətdə və ictimai yerlərdə təhlükəsiz davranış qaydalarına dair bilik və bacarıqlar nümayiş etdirir.

4.2.1. Məişətdə və ictimai yerlərdə təhlükəsiz davranış qaydalarından istifadəyə dair təqdimatlar hazırlayır.

4.2.2. Yol hərəkətinə dair davranış mədəniyyəti nümayiş etdirir.

4.3. Fövqəladə hallarla bağlı bilik və bacarıqlar nümayiş etdirir.

4.3.1. Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılmasına dair layihələr hazırlayır. 

(Ardı var)

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Pedaqoji yazılar" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov