Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

4 Mart 2011 - �09

 

Yeni kurikulumlar: gələcək üçün təhsil

 

Bakıdakı 151 nömrəli orta məktəbdə "Yeni fənn kurikulumlarının tətbiqi, gələcək üçün təhsil" mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Konfransda Bakı Şəhəri üzrə Təhsil İdarəsi Metodik Mərkəzinin rəhbərliyi və bir qrup əməkdaşı, məktəb direktorları, müəllimlər və digər qonaqlar iştirak edirdilər.

Konfransın proqramına uyğun olaraq əvvəlcə "açıq dərs"lər dinlənildi. Konfrans iştirakçıları qruplara bölünərək məktəbin müəllimlərindən Namiq Rüstəmovun VIII "b" sinfində Azərbaycan tarixi fənnindən "Monqolların Azərbaycana yürüşü", Sevda Xudiyevanın III "a" sinfində riyaziyyatdan "Uzunluq ölçüləri: metr, kilometr", Kəmalə Əliyevanın  II "b" sinfində həyat bilgisindən "Suyun təbiətdə dövranı", Alla Rzayevanın III "c" sinfində həyat bilgisindən "Vətənimizin təbiəti", Nigar Əliyevanın VII "b" sinfində həndəsədən "Üçbucaqlının bucaqlarının cəmi", Məlahət Abdullayevanın III "b" sinfində Azərbaycan dilindən Nizami Gəncəvi, "Fitnə" mövzularında apardıqları "açıq dərs"lərdə iştirak etdilər. Birinci növbənin ikinci dərsindən başlayaraq üç 45 dəqiqə ərzində bir qrup seminar iştirakçısı ilə birlikdə biz də müəllimlərdən Namiq Rüstəmovun, Sevda Xudiyevanın və Məlahət Abdullayevanın dərslərində olub müşahidələr apardıq.

Tarix müəllimi N.Rüstəmov VIII "b" sinfində dediyi dərsin mükəmməl planını tutmuş, dərsdə istifadə üçün zəngin resurslar hazırlamışdı. Müəllim dərsin təşkilatı hissəsində şagirdlərin davamiyyətini elektron lövhə vasitəsi ilə yoxladı. Sonra ötən mövzu üzrə iş apardı. Bu məqsədlə müəllim əvvəlcə siniflə frontal sorğu təşkil etdi. Şagirdlər elektron lövhə vasitəsi ilə nümayiş olunan krossvordu cavablandırdılar. Elektron lövhədə Azərbaycanın o dövrdəki xəritəsi əks olundu. Monqolların Azərbaycana yürüşü haqqında məlumat verildi və yürüşlər xəritədə ox işarələri ilə göstərildi.

Sonra şagirdlər elektron lövhədə  MİMO cədvəli üzərində işlədilər, müəllimin elektron formada hazırladığı testlərə cavab verdilər və xəritə üzərində iş apardılar. Yeni mövzunun izahı zamanı da elektron vasitələrdən geniş istifadə olundu. Mövzu üzrə şagirdlərə izahat müəllimin hazırladığı video-qeydlər vasitəsi ilə verildi. Ümumiyyətlə, dərs elektron tədris vəsaitlərinin geniş tətbiqi ilə aparıldı. Yeni mövzunun möhkəmləndirilməsi də MİMO cədvəli vasitəsi ilə canlı testlərlə həyata keçirldi. Çox maraqlı keçən dərsdə motivasiyanın yaradılması, şagirdlərin dərslik üzrə işi və müstəqil tədqiqatlar aparmaları, dərsdə iştirakları nəzərə alınmaqla qiymətləndirilmələri də müəllim tərəfindən üstalıqla təşkil olundu. Sinifdə işgüzar mühit var idi. Şagirdlər dərsin gedişini maraqla  izləyir,  verilən tapşırıqlar  üzərində  həvəslə  çalışırdılar.

Müəllim Sevda Xudiyevanın III "a" sinfində riyaziyyatdan apardığı "açıq dərs" də seminar iştirakçılarında maraq doğurdu. Müəllim motivasiya yaratmaq üçün şagirdlərə işğal olunmuş rayonlarımız, onların arasındakı məsafə, bu məsafələrin nə ilə ölçülməsi və s. kimi suallar verərək aldığı cavablarla yeni mövzuya keçid etdi və uzunluq ölçüləri, onun vahidləri haqqında məlumat verdi. Sonra ölçüləri müxtəlif olan cismlərin müqayisəsi aparıldı. Daha böyük və daha kiçik məsafələrin ölçülməsi üçün istifadə olunan uzunluq vahidləri ilə bağlı müstəqil iş verildi, müxtəlif ölçü vahidlərinin bir-birinə münasibəti, bir ölçü vahidinin digəri ilə ifadəsi və s. üzərində misallar həll olundu.

"Açıq dərs"lərin ən maraqlılarından biri Məlahət Abdullayevanın Azərbaycan dilindən keçdiyi dərs oldu. Əslində onu dərs-tamaşa da adlandırmaq olardı. Çünki dərsboyu mövzunun - Nizami Gəncəvinin "Yeddi gözəl" poemasının motivləri əsasında yazılmış "Fitnə" hekayə-mətninin öyrənilməsi gedişində şagirdlər Fitnənin Bəhram şahla görüşməsini, onun Bəhram şahın məharətini vərdiş adlandırmasını, bu sözə görə şahın ona qəzəblənib vəzirinə öldürməyi tapşırmasını, Fitnənin kiçik buzovu öküz olana qədər hər gün tikdirdiyi sarayın pilləkənləri ilə çiynində qaldırmasını, nəhayət günlərin birində bu vərdişini şaha nümayiş etdirməsini əks etdirən çoxlu səhnəcik nümayiş olundu. Müəllim ekran vasitəsi ilə şagirdlərə Nizaminin  şəklini, məqbərəsindən fotogörüntülər nümayiş etdirdi, yaradıcılığı haqqında qısa məlumat verdi.

Sonra dinlənilmiş dərslərin müzakirəsi keçirildi.

Tədbiri məktəbin direktoru Kifayət Tanrıverdiyeva açıb tədris ocağında kurikulumların tətbiqi ilə bağlı görülmüş işlər haqqında məlumat verdi, bu sahədə vəziyyətlə tanış olmaq, müəllimlərin hansı problemlərlə üzləşdiyini müəyyənləşdirmək üçün məktəbdə tez-tez "açıq dərs"lər, qarşılıqlı dərsdinləmələrin təşkil olunduğunu bildirdi.

Müzakirələrdə çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsi Metodik Mərkəzinin direktoru Vahid Qurbanov, onun müavini Sitarə Məmmədova, mərkəzin Nəsimi-Binəqədi bölməsinin müdiri Həvva Əsgərova, məktəb direktorları dinlədikləri dərslərin kurikulumun tələblərinə uyğun keçdiyini, müəllimlərin dərslərə geniş hazırlıq işləri apardıqlarını, müasir təlim metodlarından, resurslardan gen-bol və yerli-yerində istifadə etdiklərini vurğuladılar, məktəbdə bu sahədə aparılan işləri yüksək qiymətləndirib müəllimlərə bəzi tövsiyə və məsləhətlərini verdilər. 

Yusif ƏLİYEV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov