Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

4 Mart 2011 - 09

 

Peşə təhsilində kurikulumlar

 

Cəmiyyətin inkişafı ayrı-ayrı sahələrdə peşə təhsili sisteminin inkişafı probleminin təxirəsalınmaz həllini tələb edir. Aparılan təhsil islahatları da peşə təhsilinin məzmununun, metodlarının və təşkili formalarının dəyişməsini təklif edir. Tədris prosesinə müasir texnologiyaların daxil edilməsi təhsilin keyfiyyətinin yüksəldilməsinə imkan yaradır.   Aparılan təhlil və araşdırmalar göstərir ki, ilk peşə-ixtisas təhsili müəssisələrində hazırkı şəraitdə tədris proqramları və vəsaitləri mütəmadi olaraq yeni tələblərə uyğunlaşdırılmalıdır. Eyni zamanda peşə təhsili müəssisələrində tədris olunan fənlərin bir sıra Qərb və Avropa dövlətlərində, Rusiya və MDB ölkələrində tədrisi metodikası və təhsil standartları da bir-birindən xeyli fərqləndiyindən onların hər hansı birini əsas kimi qəbul etmək mümkün deyildir.

Ona görə də əmək bazarının tələbini, ölkənin mövcud xüsusiyyətlərini, potensial imkanlarını, mentalitetini, mövcud təlim-tərbiyə və təhsil sisteminin reallığını, inkişaf kursunu, qloballaşma və inteqrasiya məsələlərini kompleks şəkildə araşdıraraq standartlara əsaslanan peşələrə yiyələnmək məqsədilə fənlərin təliminə yeni yanaşma mexanizmini işləyib hazırlayaraq həyata keçirmək lazımdır. 

Bunu da qeyd etmək lazımdır ki, hazırkı şəraitdə böyük şirkətlər öz işçilərinin müəyyən hissəsinin bacarıqlarını təkmilləşdirə və onları yenidən təlimləndirə bilərlər (məs., yeni texnologiyalar və yeni proseslər sahəsində). Ancaq onlar bütün işçiləri bütün sahələrdə təlimləndirə bilməzlər. Kiçik şirkətlərin, kiçik mağaza və restoranların isə öz işçilərinə təlim keçməyə resursları yoxdur, ona görə də onların təhsil müəssisələrinə ehtiyacı var.

Bunun üçün peşə kurikulumlarının hazırlanması vacib şərtlərdəndir. 

Modul təlim metodu (modul tipli kurikulumlar) 

Peşə təhsili sahəsi öz təlim proqramlarını beynəlxalq standartlara uyğun şəkildə müasirləşdirmək istəyindədir. İlk peşə təhsili proqramlarının (kurikulumların) istehsalatın proqramlarına uyğun olması və işçilər arasında tanınmış ixtisasların çatışmazlığının aradan qaldırılması yolunda modul tipli kurikulumlar mühüm əhəmiyyət  kəsb edir.   Müasir zamanda hər hansı peşə və ya ixtisası bir dəfə həmişəlik öyrənmək mümkün deyil. Çünki peşələrin fəaliyyət dövrü kəskin azalır: biri köhnəlir və əmək bazarından çıxır, digəri isə texnologiyanın inkişafı ilə əlaqədar meydana gəlir. Eyni zamanda daim yeniləşən və təkmilləşən bilik və bacarıqlara uyğun olaraq təhsil proqramlarının ömrü də qısalır. İxtisasın artırılması üçün və yenidən hazırlanma üçün proqramlara kəskin ehtiyac yaranır. Ona görə də tez bir zamanda yeni proqramlar işləyib hazırlamaq və ya mövcud təhsil proqramlarında dəyişikliklər etmək üçün texnologiyalar lazımdır. Təhsil müəssisəsi regionun inkişaf strategiyası haqqında məlumatlı olmalıdır və peşəyə - ixtisasa olan tələblər dəyişdikdə işçilərə minimum əlavə təhsil verməklə onların işədüzəlmə imkanlarını təmin etməlidir.

Beynəlxalq aləmdə peşə təhsili sistemində məzunlara qoyulan tələblər belə formalaşıb.

O bacarmalıdır:

  •  müəyyən ixtisas/peşə üzrə effektiv əmək fəaliyyətini yerinə yetirmək;

  •  şəxsi əmək fəaliyyətini təşkil etmək;

  •  həmkarları ilə münasibət qurmaq və qarşılıqlı fəaliyyət göstərmək;

  •  müəssisədə əməyin idarə olunmasına öz töhfəsini vermək;

  •  təhlükəsizlik texnikasının tələblərini və ətraf mühitin mühafizəsini yerinə yetirmək.

Əslində bu tələblər bütövlükdə peşə təhsili sisteminə qoyulan tələbləri müəyyənləşdirməyə imkan verir.

Kompetensiyalara əsaslanan modul proqramının hazırlanması və reallaşmasının əsas prinsipləri aşağıda göstərilən sxemdəki kimidir: (saat əqrəbi istiqamətində)                                       

 

Bu texnologiyada əsas əhəmiyyət qiymətləndirmə prosesinə verilir, çünki qiymətləndirmə imkan verir ki, təyin olunmuş təlim nəticəsinə çatıb-çatmamağı müəyyən edək. Qiymətləndirmə əmək bazarı ilə peşə təhsili sistemi arasında əsas bağlantı yaradan amildir.

Peşə təhsili sistemi kifayət qədər çevik olmalıdır. Əmək sferasında texnoloji və əməyin təşkili sahəsində dəyişikliklərə cavab vermək üçün PT sisteminin çevikliyi vacibdir. Məhz  modul tipli kurikulumlar PT sisteminin çevikliyini təmin edən əsas amildir.

Modul - sonda  öyrənənə  qoyulan  tələblər  şəklində  göstərilən,  bacarıq,  bilik,  münasibət  və  təcrübələrin  (kompetensiyaların) mənimsənilməsinin  bütöv  dəstidir.

Kompetensiyaların  üç  əsas  tipi  var:

1. Texniki  peşə  kompetensiyaları:  peşə  fəaliyyətinə  aid  olanlar.

2. Keçid   modul  kompetensiyalar: sosial,  kommunikativ,  metodik  və  digər  sahələrə  aid  kompetensiyalar.

3. Yeni  baza (həlledici) kompetensiyaları: ənənəvi  həlledici  bacarıqlar və:

- yeni  biliklərin  alınması  və  mövcud  biliklərin  yeni  tələblərə     adaptasiyası;

- dəyişən  situasiyada  şəxsi  peşə  və  karyera  yüksəlişinin  adaptasiyası.

Yeni  baza  bacarıqları  vətəndaşın  sosial  və  iqtisadi  həyatda  fəal  iştirakı  üçündür.

Səriştəyə əsaslanan təlimin əsas prinsipi əmək  bazarı  üçün  vacib olan nəticəyönümlü  olmasıdır. Bu təlim modul  proqramı formasında daha yaxşı reallaşır. Səriştələrə əsaslanan modul proqramının formalaşması  iş  adamlarının  bilik və bacarıqlara  olan daim yeniləşən tələbatını özündə əks etdirir. Bu tələbatlar haqqında məlumatı iki  mənbədən  almaq  olar:

1. Əmək bazarının  analizi

2. Bacarıqlara olan  tələbatın  analizi

Əmək  bazarının  analizi  əmək  təşkilatlarının  işi olmaqla yanaşı, İlkin Peşə Təhsilinin İnkişaf Mərkəzinin də ümdə vəzifələrindən biridir.

Bacarıqlara  olan  tələbatın  analizi  ilə peşə təhsili müəssisələri (PTM) mütəmadi olaraq  məşğul  olmalıdırlar. Bu  analiz  ən  çox  peşə  standartları olmayan hallarda lazımdır, çünki peşə standartları  daim  dəqiqləşmə  tələb  edir. Əmək bazarının  inkişaf  tempi  standartların təzələnməsini  qabaqlayır. Ona görə də bacarıqlara olan tələbatın analizi  üçün sahibkarlar qrupu arasında sorğu keçirmək lazımdır.

Modul proqramı ümumtəhsil pilləsində effektiv ola bilməz. Modul proqramı  İlkin Peşə Təhsilində (İPT), Orta Peşə  Təhsilində (OPT), yaşlı  əhalinin  təhsilində  və  işçilərin  ixtisasının artırılmasında  səmərəli  istifadə  oluna  bilər.

Səriştələrə  əsaslanan  modul  proqramının  ənənəvi təlim proqramından üstünlüyü  aşağıdakılardır:

 Əmək  bazarında  tələbatın  dəyişməsinə  görə  modulda  operativ  olaraq  zəruri  dəyişikliklər  etmək;

 Şagirdlərin  tələbatından  və  ilkin  səviyyəsindən  asılı  olaraq  modulların  müxtəlif  kombinasiyası  əsasında  fərqli  təlim  kursları  formalaşdırmaq  mümkündür.

Yeni ilk peşə-ixtisas təhsili (İPİT)  proqramları  struktur və məzmun baxımından modul tipli kurikuluma əsasən hazırlanmalıdır. Proqramların strukturu aşağıdakı kimidir:

  •  Ümumtəhsil

  •  Əsas bacarıqlar üzrə modullar

  •  Peşə modulları

  •  Kənar imtahan

  •  İş təcrübəsi.

Peşə standartlarının məzmunu ilə İPİT proqramlarının strukturu və məzmunu arasında birbaşa uyğunluq olmalıdır. Belə ki, şagird hər bir modulu uğurla bitirdiyi halda, hər hansı iş fəaliyyətlərini icra etmək sahəsində öz bacarıqlarını inkişaf etdirir.

Ümumtəhsil - mövcud İPİT proqramlarının hüquqi tələblərinə əsasən, Azərbaycan qanunvericiliyinin əsasları, fiziki tərbiyə, çağırışaqədərki hazırlıq fənlərinə aid olur.

Əsas bacarıqlar üzrə modullar - şəxsin bir sıra peşələr üzrə ümumi fəaliyyətini effektiv etmək üçün lazım olan bilik və bacarıqlarla təmin edir. Onlar həmçinin təhsili davam etdirmək üçün fundament yaradır.

Peşə modulları - İPİT proqramlarının əsasını təşkil edir, çünki bu modullar hər bir peşə üzrə spesifik səriştələrin formalaşmasına gətirib çıxarır.

İş təcrübəsi - yeni İPİT proqramında tələb olaraq qoyulmalıdır.

Beynəlxalq təcrübədə İPİT proqramları kreditlə ölçülür, bir kredit - 40 saat nəzərdə tutulur. Bütün proqramın bu qaydaya uyğun olması üçün ümumtəhsil fənləri, imtahan və istehsalat təcrübəsi də kreditlərlə ölçülür.

İlk peşə-ixtisas təhsili pilləsində islahatlarda uğur qazanmağın əsas yollarından biri məhz ilk peşə-ixtisas təhsili proqramlarının hazırlanmasına diqqəti artırmaqdır.

Sultan ƏSƏDOV,
Təhsil  Problemləri İnstitutu İlkin
 peşə təhsilinin inkişaf mərkəzinin
Kurikulum şöbəsinin müdiri

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Pedaqoji yazılar" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov