Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

11 Mart 2011 - 10

 

Fotomüsabiqənin qalibləri mükafatlandırıldı

 

Martın 4-də Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının "Uşaq dünyası" rəsm qalereyasında "Ətraf mühiti qoruyaq" mövzusunda məktəblilər arasında təşkil olunan respublika fotomüsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirildi.

Tədbiri təhsil nazirinin müavini Elmar Qasımov açaraq qonaqları və sərgi iştirakçılarını salamladı. Nazir müavini bildirdi ki, müsabiqə "Əhalinin ekoloji təhsili və maarifləndirilməsi" haqqında Azərbaycan Respublikası Qanunundan və ölkə başçısı cənab İlham Əliyevin  "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün  Kompleks Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında sərəncamından irəli gələn vəzifələri yerinə yetirmək  və məktəblilər arasında ekoloji maarifləndirmə işlərini genişləndirmək məqsədilə təşkil olunub. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 7 dekabr 2010-cu il tarixli əmrinə müvafiq olaraq keçirilən fotomüsabiqə  6-9, 10-13 və 14-17 yaşlı məktəblilər arasında 3 mərhələdə (məktəb, rayon (şəhər), respublika) respublikanın müxtəlif regionlarında  təşkil olunub. Respublika mərhələsinə təqdim olunan 300-ə yaxın fotoşəkildən 18-i müsabiqənin qalibi olub. Qeyd olundu ki, şagirdlər ətraf mühitin ekoloji vəziyyətini və bu sahədə həyata keçirilən tədbirləri fotokameranın "gözü" ilə öz   yaradıcılıq işlərində uğurla əks etdiriblər. Hazırda dünyada qlobal problemlərdən birinin məhz ekoloji tarazlığın pozulması olduğunu deyən nazir müavini böyüməkdə olan gənc nəslin bununla bağlı ümumtəhsil və  məktəbdənkənar müəssisələrdə maarifləndirilməsini təqdirəlayiq hal hesab edərək  məktəblilərin çəkdikləri fotolarda  təbiətin gözəllikləri ilə yanaşı, ətraf mühitin ekoloji problemlərini, insanın təsərrüfat fəaliyyətinin mənfi təsirlərini, təbiətə və canlılara etinasız münasibətin nəticələrini məharətlə göstərə bildiklərini qeyd etdi. Çıxışının sonunda müsabiqənin keçirilməsində əməyi olanlara minnətdarlığını bildirən nazir müavini Elmar Qasımov bütün qalibləri təbrik edərək onlara yeni-yeni uğurlar arzuladı.

Sonra qaliblərə Təhsil Nazirliyinin diplomları və hədiyyələr təqdim olundu.

Mükafatlandırma mərasimindən sonra məktəblilərin çəkdikləri fotoşəkillərdən ibarət sərgiyə baxış keçirildi. 

Samirə KƏRİMOVA

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov