Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

11 Mart 2011 - 10

 

İsmayıllıda Peşə Tədris Mərkəzinin açılışı olub

 

2008-ci ildə Avropa İttifaqı ilə imzalanmış Anlaşma Memorandumuna əsasən "Peşə Təhsili və  Təlimi Sahəsində İslahatlar Strategiyası və  Azərbaycanın seçilmiş rayonunda pilot icrası" layihəsi çərçivəsində Azərbaycan dövlətinin vəsaiti hesabına İsmayıllı rayonunda müasir tipli peşə təhsili kompleksinin inşası nəzərdə tutulmuşdur.

Bununla əlaqədar, İsmayıllı Rayon İcra Hakimiyyəti tərəfindən tikinti üçün ərazi ayrılmış və həmin ərazidə kompleks inşa olunmuşdur. Tədris binası, yataqxana, konfrans zalı, yeməkxana və emalatxanadan ibarət kompleksdə iqtisadiyyatın müxtəlif sahələri, o cümlədən bu regionun əsas inkişaf prioriteti olan turizm sahəsi üçün ixtisaslı kadrların hazırlanması təmin ediləcəkdir. Burada quraşdırılmış avadanlıqların bir qismi Təhsil Nazirliyi tərəfindən, digər turizm və xidmət sahəsi üzrə tələb olunan avadanlıqlar isə Avropa İttifaqının qrantı hesabına təmin edilmişdir.

2010-cu ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq əmri ilə İsmayıllı Peşə Tədris Mərkəzi yaradılmış və müəyyən edilmiş ixtisaslar üzrə kadr hazırlığına başlanmışdır.

Layihə çərçivəsində texniki dəstəyi həyata keçirən "British Council" (Britaniya Şurası) təşkilatı tərəfindən regionun əmək bazarı təhlil edilmiş, tədris ediləcək ixtisaslar müəyyənləşmiş, müvafiq ixtisaslar üzrə müəllimlərin hazırlanması həyata  keçirilmiş, həmçinin 5 ixtisas üzrə yeni modul proqramlar hazırlanmışdır. Hazırda pilot olaraq bu tədris mərkəzində həmin proqramlar üzrə kadrların hazırlanması həyata keçirilir və uğurlu nəticələr əldə  olunacağı təqdirdə digər peşə təhsili müəssisələrində yeni metodika üzrə  kadrların hazırlanmasına başlanılacaqdır.

Martın 4-də "Peşə Təhsili və Təlimi Sahəsində İslahatlar Strategiyası və Azərbaycanın seçilmiş rayonunda pilot icrası" layihəsi çərçivəsində  460 şagird yerlik yeni  inşa  olunmuş  Peşə Tədris Mərkəzinin açılış  mərasimi  keçirildi.

Təhsil naziri Misir Mərdanov yeni Peşə Tədris Mərkəzinin açılışı münasibəti ilə rayon rəhbərliyini, təhsil müəssisəsinin pedaqoji və şagird  kollektivini, rayon sakinlərini təbrik etdi. İsmayıllı rayonunda görülən bütün bu işlərin ölkə başçısı İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğısı nəticəsində mümkün olduğunu bildirdi.

Nazir Misir Mərdanov İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov və digər qonaqlarla birlikdə Peşə Tədris Mərkəzinin sinif  otaqlarına, kompüter kabinetlərinə, laboratoriyalara, kitabxanaya, tibb məntəqəsinə,  yeməkxanaya, yataqxanaya, idman və iclas zalına baxdılar. Azərbaycanda, hətta regionda hazırda ən müasir peşə təhsili kompleksi olan İsmayıllı Peşə Tədris Mərkəzində görülmüş işlərdən razılıq edən təhsil naziri Misir Mərdanov bu layihənin həyata keçirilməsində əməyi olan hər bir kəsə minnətdarlığını bildirdi. Son illər ərzində təhsil sahəsində aparılan islahatlara toxunan nazir nəinki paytaxtımızda, eləcə də regionlarda müasir tədris  ocaqlarının istifadəyə verilməsinin ölkə rəhbərliyinin diqqət və qayğısı sayəsində mümkünlüyünü qeyd etdi.

Sonda Peşə Tədris Mərkəzinin  qarşısına toplaşan rayon ictimaiyyəti görülmüş  bu qiymətli işə görə Təhsil Nazirliyinə və  xidməti olan  təşkilatlara öz razılıqlarını bildirdilər. 

Şakir CƏFƏROV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov