Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

11 Mart 2011 - 10

 

Tibb fakültəsinin tələbələri üçün növbəti mühazirə

 

 Naxçıvan Dövlət Universitetində elmin, təhsilin inkişafı, tədrisin yüksək səviyyədə təşkili məqsədilə kənar mütəxəssislərin buraya cəlb olunması, respublikanın, dünyanın tanınmış elm xadimlərinin, pedaqoqlarının universitetdə mühazirələrinin təşkili artıq ənənə halını almışdır.

Azərbaycan Tibb Universitetinin Uşaq xəstəliklərinin propedevtikası kafedrasının müdiri, tibb elmləri doktoru, professor İbrahim İsayev universitetin tibb fakültəsinin tələbələrinə növbəti mühazirəni oxudu. Mühazirədən öncə universitetin tədris işləri üzrə prorektoru, əməkdar elm xadimi Hüseyn Həşimli həmkarını kollektiv adından salamlayaraq təmsil etdiyi ali məktəbin Azərbaycan Tibb Universiteti ilə çoxşaxəli əlaqələrindən, yerli tibbi kadrların yüksək mütəxəssis kimi hazırlanmasında belə mühazirələrin əhəmiyyətindən danışdı.

Sonra professor İbrahim İsayev "Uşaqlarda həzm sistemi və həzm sistemi üzvlərinin xüsusiyyətləri" mövzusunda mühazirəyə başladı. Professor öncə ölkəmizdə uşaqların sağlamlığına, əqli və fizioloji inkişafına, uşaq ölümünün sayının minimum həddə endirilməsinə xüsusi diqqət ayrıldığını qeyd etdi. Bətndaxili düzgün qidalanmadan, yenidoğulmuşların gələcək sağlamlığı üçün ana südünün əhəmiyyətindən danışan həkim-alim uşaqlarda ağız boşluğu, mədə, qida borusu, öd, nazik və yoğun bağırsaq kimi həzm sistemi üzvlərinin tez-tez rast gəlinən xəstəlikləri, onların ilkin simptomları, müxtəlif müalicə üsullarından ətraflı bəhs etdi. Məruzəçi uşaqlarda həzm sistemi üzvləri xəstəliklərinin profilaktikası, ağır infeksion xəstəliklər zamanı düzgün diaqnozun qoyulması barədə gələcək həkimlərə dəyərli elmi məsləhətlər verdi, tələbələri maraqlandıran sualları cavablandırdı.

Universitet ərazisindəki abadlıq-quruculuq işləri ilə tanış olan professor İbrahim İsayev təəssüratlarını universitet televiziyası ilə bölüşdü.  

Mehriban SULTAN

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov