Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

11 Mart 2011 - �10

 

Astara Pedaqoji Kollecində valideynlər yığıncağı

 

Martın 5-də Astara Pedaqoji Kollecində valideynlər yığıncağı keçirildi. Bu, orta ixtisas məktəbləri arasında ilk təşəbbüsdür ki, müxtəlif şəhər və rayonlardan olan valideynlər kollecdə bir araya gəlir, mövcud vəziyyəti müzakirə edir və qarşıya çıxan problemləri birgə həll edirlər.

Yığıncaq başlamazdan əvvəl valideynlər tədris korpusu ilə tanış olmuş, kollecin "Tələbə şəhərciyini" gəzmiş və fənn-tədris kabinetlərinə, kitabxanaya baxmışlar. Kompüterlərlə təmin olunmuş fənn kabinetlərində olan valideynlər burada övladları üçün yaradılmış şəraitdən razılıqlarını bildirdilər. Şəhərciyin həyətində tələbə yataqxanasında yaşayan tələbələrin məişət şəraiti ilə yaxından maraqlanan valideynlər hətta otaqda çay süfrəsinə dəvət edildilər.

Sonra kollecin akt zalında yığıncaq öz işinə başladı. Respublikanın əksər guşələrindən gəlmiş 200-ə yaxın valideyn kollecin direktoru, əməkdar müəllim, fəlsəfə doktoru, dosent Əlihəsən Həmzəyevin "Valideynlərlə əlaqənin möhkəmləndirilməsi bizim bütün uğurlarımızın əsasıdır" mövzusunda məruzə-təqdimatını dinlədi. Məruzə-təqdimatda natiq ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasında təhsil sisteminin inkişafında misilsiz rolu haqqında, ölkə Prezidenti cənab  İlham Əliyevin təhsil sahəsində apardığı böyük işlər barədə, eləcə də Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələrin ölkə təhsilinin tərəqqisinə müsbət təsiri haqqında valideynlərə geniş məlumat verdi. Kollecin keçdiyi yol barədə danışan Ə.Həmzəyev vurğuladı ki, kollecin rəhbərliyi valideynlərlə sıx əlaqə saxlayır. Bildirildi ki, kollecə gələn valideynlər öz övladlarının təhsili və yaşayışı ilə maraqlandıqda razı qalırlar.

Hörmətli təhsil naziri cənab Misir Mərdanov təhsil müəssisələrində valideynlərin məktəblə əlaqələrinin səmərəliliyinin artırılmasına xüsusi diqqət verdiyini və bunun əhəmiyyətli bir iş olduğunu daim vurğulayıb.

Təhsil naziri Misir Mərdanov 1999, 2002 və 2007-ci illərdə kollecdə olmuş və pedaqoji kollektivin işinə yüksək qiymət vermişdir.

Məruzə-təqdimatda uğurlarla yanaşı rast gəlinən nöqsanlardan, çatışmazlıqlardan da danışıldı.

Çıxış edən valideynlərdən Lənkərandan Hacı İlham Rzayev, Masallıdan Larisa Həşimova, Astaradan Nəsrəddin Teymurov və başqaları xüsusilə vurğuladılar ki, belə görüşlərin keçirilməsinin böyük əhəmiyyəti vardır. Qeyd edildi ki, məruzədə bizi narahat edən bütün problemlərdən danışılıb və biz valideynlər, kollec rəhbərliyi ilə övladlarımızın gələcəyi üçün birgə fəaliyyət göstərmişik, bundan sonra da daha əməli fəaliyyət göstərəcəyik.

Belə tədbirlər valideynlərin və ictimaiyyətin maarifləndirilməsi istiqamətində ölkədə aparılan mühüm işlərin davamıdır. Gələcəkdə də belə yığıncaqların keçirilməsi qərara alındı.

Sonda yığıncağı yekunlaşdıran kollecin direktoru Əlihəsən Həmzəyev valideynləri gənc nəslin tərbiyəsi və onların intellektual səviyyəsinin yüksəldilməsi istiqamətində pedaqoji kollektivlə daha sıx əlaqə saxlamağa və bu prosesdə daha yaxından iştirak etməyə çağırdı. 

Azad ABDULLAYEV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov