Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

11 Mart 2011 - �10

 

Məktəb direktoru - rəhbər, pedaqoq, tərbiyəçi

 

Müəllimlər müəllimi olmaq ikiqat şərəfli və eyni zamanda ikiqat məsuliyyətli işdir.

Heydər ƏLİYEV 

Ölkəmizin iyirminci əsrdə ikinci dəfə müstəqillik qazanması və respublikamızda bazar iqtisadiyyatı münasibətlərinin qurulması yeni idarəetmə formalarının tətbiqini günün ən vacib məsələsinə çevirmişdir. Müasir sosial-iqtisadi şərait bütün xalq təsərrüfatı sahələrinin, o cümlədən təhsilin məqsədyönlü idarə edilməsi və bu istiqamətdə əsaslı inkişaf perspektivlərinin təmin olunması həyati reallıqlarla tənzimlənməlidir. İdarəetmə prosesində ictimai və kollektiv maraqları əhatəli şəkildə təmin etmək yalnız bazar münasibətləri və yeni iqtisadi qanunauyğunluqları dərindən dərk edən idarəetmə heyətinin mövcudluğu şəraitində həyata keçirilə bilər.

İdarəetmə proseslərinin aparılmasında iştirakçı olan heyət üzvləri artıq dünənki tələbatlar səviyyəsilə kifayətlənməyərək, cəmiyyət üzvlərinin artmaqda olan fiziki və hüquqi tələbatlarının ödənilməsində yerinə yetirəcəkləri əmək fəaliyyətinin əsas məqsədlərini təşkil edir. Həmin genişmiqyaslı məqsədlərə nail olunması isə müasir idarəetmə heyətindən xüsusi təcrübə, bilik və kollektiv əmək vərdişlərinin nümayiş etdirilməsi tələb olunur. Deməli, müəssisə, təşkilat üzrə idarəetmə heyətinin səmərəli fəaliyyəti təkcə çalışdıqları iş sahələrində deyil, həm də cəmiyyətin əsas inkişaf istiqamətlərini əhatə etməklə, çevik idarəetmə üsulları vasitəsilə onlar vaxtaşırı təkmilləşdirilməlidir. Buna nail olmaq üçün idarəetmə proseslərini həyata keçirən insanlar, eləcə də bütün heyət üzvləri dinamik idarəetmə fəaliyyəti aparmalı və bütün istehsal və qeyri-istehsal sahələrinin qarşılıqlı əlaqə və xüsusiyyətlərindən irəli gələn çevik idarəetmə üsulları işləyib hazırlamalıdırlar. Bu iş isə, ilk növbədə, mövcud əmək və hüquq qanunvericiliyini daha yaxşı bilən, geniş idarəetmə təcrübəsinə malik olan bacarıqlı insanlar tərəfindən həyata keçirilə bilər. Digər tərəfdən, müəssisənin, təşkilatın perspektiv inkişafını həyata keçirən idarəetmə heyəti bütün iş sahələrində çalışan işçilərin kollektiv səylərinin vahid lider - başçı tərəfindən və ya mərkəzləşdirilmiş idarəetmə heyəti vasitəsilə aparılmasına nail olmaqdır.

Qeyd etmək  lazımdır ki, bütün ictimai-iqtisadi quruluşlarda hökm sürən siyasi-sosial durumdan asılı olan idarəetmə prosesləri insanlar tərəfindən həyata keçirilmiş və bu proses indiki bazar münasibətləri şəraitində xüsusilə daha aktual əhəmiyyətə malikdir. Bu baxımdan, idarəetmə fəaliyyətinin əsas təşkilatçısı və ilhamverici qüvvəsi olan insanlar əvvəlki dövrlərə nisbətən daha bacarıqlı olmaqla şüurlu - yaradıcı əmək fəaliyyətinin adi iştirakçısından idarənin, kollektivin sayılıb-seçilən və hamı tərəfindən qəbul edilən vahid rəhbərinə çevrilməlidir. Bütün heyət - pedaqoji kollektiv üzvləri tərəfindən aparılan idarəetmə fəaliyyəti yüksək səmərəlilik göstəricilərinə malik olduqda, sağlam inkişaflı fərdi və kollektiv perspektivlərə malik olmaq mümkündür. Heyətin idarəetmə fəaliyyətinin insan amilləri ilə sıx surətdə bağlı olduğunu nəzərə alaraq onun daim yeniləşməsi və cəmiyyətin həyatında aparıcı mövqe tutması istər sosial-siyasi baxımdan, istərsə də iqtisadi inkişaf baxımından olduqca əhəmiyyətli və zəruri prosesdir. 

***

Bəşəriyyətin fəaliyyət sahələrindən biri də təhsil sahəsidir. Təhsil sistemi çoxpilləli və çoxcəhətli mürəkkəb infrastruktura malik sistemdir. Bu sistemin ən geniş sahəsi ümumi təhsil sahəsi - ümumtəhsil məktəbləri şəbəkəsidir.

Məktəb bütün dövrlərdə və zamanlarda xalq və dövlət tərəfindən yüksək qiymətləndirilmiş və həmişə diqqət mərkəzində saxlanılmışdır. Böyük mütəfəkkirlər məktəbin cəmiyyətdəki misilsiz rolunu yüksək qiymətləndirərək onun xalq üçün nə qədər əhəmiyyət kəsb etdiyini söyləmişlər. Böyük Fransa burjua inqilabının rəhbərlərindən biri olan J.Danton deyirdi ki, "Çörəkdən sonra xalq üçün ən mühüm, ən əhəmiyyətli şey məktəbdir". "Məktəb yetişməkdə olan nəslin fikri, düşüncəsi formalaşan bir emalatxanadır, əgər gələcəyi əldən vermək istəmirsənsə, onu əldə möhkəm saxlamaq lazımdır" (A.Barbüs).

Məktəb - böyüməkdə olan nəsillərin təlimi və tərbiyəsini mütəşəkkil şəkildə həyata keçirən təlim-tərbiyə müəssisəsidir. (Pedaqoqiçeskiy slovar, M. 1960, str. 588). Məktəb  - yetişməkdə olan  nəslə təlim və tərbiyə verən təlim-tərbiyə müəssisəsidir. (Azərbaycan dilinin izahlı lüğəti, III c.  s. 329, B.2006).

Belə bir müəssisənin fəaliyyətinin uğuru ona kimin rəhbərlik etməsindən - direktorun kim olmasından çox asılıdır. Yeni cəmiyyətdə, yeni şəraitdə məktəbin idarə edilməsi məktəb direktorundan nəinki tədris prosesinin təşkilini bacarmağı,  eyni zamanda onu maksimal effektli etməyi tələb edir.

Bazar iqtisadiyyatı şəraitində məktəb direktoru hər gün müəssisədə adi səliqə-sahman yaratmaqdan tutmuş, təlim-tərbiyənin keyfiyyətini yüksəltməyin yollarını müəyyənləşdirməyə qədər çox vacib və operativ iş aparmalı və müvafiq qərarlar qəbul etməli olur. Bu da direktordan dərin bilik, bacarıq, peşəkarlıq, səriştəlilik, çeviklik tələb edir. Bəs məktəb direktoru kimdir, idarəedən-menecer, pedaqoq, yoxsa tərbiyəçidir?

Hazırda bu problem çox aktualdır.

Birincisi, təhsil müəssisəsi - məktəb sosial sahənin elə fəaliyyət obyektidir ki, burada müəssisənin əsas rəhbəri - direktor məktəbin idarə olunmasını dörd istiqamətdə aparır: pedaqoji, şagird, valideyn kollektivlərini və obyektin maliyyə-təsərrüfat fəaliyyətinin tənzimlənməsini müvafiq normativ-hüquqi sənədlər əsasında həyata keçirir. Ona görə də direktor son dərəcə bilikli pedaqoq, gözəl təşkilatçı olmaqla, hüquqi və iqtisadi biliklərə də sahib olmalıdır. Digər tərəfdən, direktor müəllimdir. O ozü dərs aparır, müəllimlərin dərslərini dinləyib təhlil edir, tövsiyələr verir, onların yaradıcı qabiliyyətlərini üzə çıxarır, onlar üçün əlverişli iş şəraiti yaradır, onların peşəkarlığının artırılmasına qayğı göstərir və s. Bu deyilənləri müasir tələblər səviyyəsində həyata keçirmək üçün direktor pedaqogika və psixologiyanı, o cümlədən pedaqoji psixologiyanı və yaş fiziologiyası və psixologiyasını yaxşı bilməli, ümumiyyətlə bütövlükdə müəllim əməyinin mahiyyətini dərindən dərk etməlidir.

İkincisi, təhsil qarşısında qoyulan müasir tələblər məktəb direktorundan çevik idarəetmə tələb edir. Bu onunla bağlıdır ki, təhsil özü - özlüyündə çox böyük sayda maraqları, proqramları özündə birləşdirən qlobal instituta çevrilir. Bütün bunların öhdəsindən layiqincə gəlmək üçün sadəcə müəllim olmaq kifayət deyildir. Məktəb iqtisadiyyatı və maliyyələşdirilməsi məsələlərinin idarə edilməsi üzrə də ixtisaslaşmaq vacibdir. Müasir məktəblərdə əsas məsələ təlim-tərbiyə prosesini yaxşı bilən, strateji düşüncəyə malik idarəedicilər - məktəb direktorları hazırlamaqdan ibarət olmalıdır. İdarəedici kadrların yeniləşdirilməsi nəticədə müasir məktəbin qarşısında duran əsas problemin - təhsilin keyfiyyətinin yüksəldilməsinə səbəb olmalıdır.

Üçüncüsü, məktəb direktorunun yeni pedaqoji texnologiyalara bacarıqla yiyələnməsi həyati zərurətdir. Direktor məktəbin idarə edilməsi ilə bağlı öz şəxsi təcrübəsində müasir texnologiyalardan istifadə etməyin nə qədər mühüm olmasına inanmalı, yeni texnologiyalardan istifadənin vacibliyini dərk etməli və onu mənimsəməli və tətbiq etməyi  bacarmalıdır. Direktorun İKT-yə belə münasibəti pedaqoji kollektivə sirayət edir, onun fəaliyyətinin aktivləşməsinə təkan verir.

Qeyd edilənlərdən aydın olur ki, yeni cəmiyyətin tələblərinə uyğun olaraq təhsil menecmentinin (idarəetmə elminin) formalaşdırılmasına ciddi ehtiyac vardır.

Məktəb menecmenti qarşıya qoyulan məqsəd və vəzifələri həyata keçirməklə bağlı kadrların idarə olunmasında, onların fəaliyyətinin koordinasiya edilməsində, eyni zamanda nəzarətin və görülən işlərin təhlilinin aparılmasında direktora yaxından kömək etməlidir.

Pedaqoji sahədə menecment nədir?

Pedaqoji menecment - məktəbdə təlim-tərbiyə prosesinin keyfiyyətinin yüksəldilməsinə yönəldilmiş prinsiplərin, metodların, təşkilati formaların və texnoloji vasitələrin məcmusudur.

Dördüncüsü, müasir məktəb direktoru təhsilin qabaqlayıcı xarakterini təmin etməyi, bu gün üçün vacib olan, sabah isə daha vacib olacaq məsələləri qaldırmağı və onların həlli yollarını tapmağı bacarmalıdır. Məhz belə məktəb direktoru     peşəkar və bacarıqlı idarəedici ola bilər.

Deyilənlərdən bu qənaətə gəlmək olar ki, müasir mərhələdə ölkəmizdə mövcud olan məktəbi idarəetmə təcrübəsi göstərir ki, yeni tipli rəhbərin - təhsil menecerinin hazırlanmasına çox ciddi ehtiyac vardır. Təhsildə gedən sürətli dəyişikliklər şəraitində menecment üzrə yalnız akademik səriştəyə malik olmaqla kifayətlənmək yox, eyni zamanda həyata keçirilən dəyişikliklərin, yeniliklərin mahiyyətini və xarakterini, onların normativ-hüquqi təminatını, təhsilin idarə edilməsini tənzimləyən bütün qanunvericilik bazasını yaxşı bilməlidir. Başqa sözlə, Azərbaycan təhsilinin özünəməxsus spesifik, ölkəmizin təhsil sisteminin xarakterinə uyğun menecmenti formalaşmalıdır.

Bazar iqtisadiyyatı cəmiyyətinin müasir məktəb qarşısında qoyduğu tələbləri vaxtında və keyfiyyətlə həll etmək baxımından məktəb rəhbərlərinə kömək məqsədilə Azərbaycan Müəllimlər İnstitutu və Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu tərəfindən beynəlxalq təcrübəyə əsaslanan menecment elminin prinsiplərini, menecerlik idarə üsullarını özündə əks etdirən təhsil menecerləri - ümumtəhsil məktəblərinin direktor və müavinləri üçün ixtisasartırma kurslarının tədris-tematik planları hazırlanmış və həmin planlar üzrə məktəb rəhbərləri idarəetmənin yeni metodlarının nəzəriyyəsi və praktikası ilə tanış edilirlər. Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi və Açıq Cəmiyyət İnstitutu - Yardım Fondu tərəfindən "Məktəb liderliyinin inkişaf layihəsi" üzrə keçirilən təlimlərdə məktəb rəhbərlərinin peşəkarlığının artırılması ilə yanaşı, onlara idarəetmənin problemli aspektlərinin praktik həlli yollarını da mənimsətməyə çalışmışlar.

Cəmiyyətimizin müasir inkişaf səviyyəsi məktəbdə təlim-tərbiyənin səviyyəsini daha da yüksəltməyi təkidlə tələb edir. Bu gün şagirdlərə müəyyən həcmdə biliklərin verilməsi kifayət deyil, onlara məktəb illərindən əməksevərliyi, axtarıcılığı, yaradıcı düşünməyi, bilikləri müstəqil surətdə əldə etməyi, əxz edilən nəzəri biliklərin həyata tətbiqini, gündən-günə artan elmi informasiya axınında düzgün istiqamət götürməyi aşılamaq gərəkdir.  

(Ardı var) 

Arif MURADOV,
Azərbaycan Respublikasının əməkdar müəllimi

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Pedaqoji yazılar" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov