Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

11 Mart 2011 - 10

 

Nəriman Həsənzadənin 80 yaşı qeyd edildi

 

Azərbaycan Dillər Universitetinin akt zalında xalq şairi, dramaturq Nəriman Həsənzadənin 80 illik yubileyi ilə əlaqədar tədbir keçirildi. Millət vəkillərinin, tanınmış ictimai xadimlərin, ədəbiyyat nümayəndələrinin, professor-müəllim və tələbə heyətinin iştirak etdiyi mərasimi universitetin Azərbaycan ədəbiyyatı kafedrasının müdiri Fəridə Səfiyeva açıq elan edərək böyük şairin yubileyinin ADU-da keçirilməsinin təsadüfi olmadığını bildirdi. Nəriman Həsənzadənin milli ruhda şeirlər yazdığını deyən F.Səfiyeva qeyd etdi ki, millilik odur ki, qlobal proseslərə vətəndaşlıq mövqeyi göstərilsin. Məhz bu amil də yubilyarın şeirlərində öz əksini tapıb.

ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov rəhbərlik etdiyi universitetdə növbəti, amma qeyri-adi tədbirin keçirilməsindən məmnunluğunu dilə gətirdi. Görkəmli şairin, Azərbaycan ədəbiyyatında öz dəst-xətti olan Nəriman Həsənzadənin 80 illik yubileyini böyük ruh yüksəkliyi ilə qeyd etdiklərini bildirdi. Rektor S.Seyidov qeyd etdi ki, N.Həsənzadə ünsiyyət bacarığı ilə hamını öz ətrafına yığmağı bacaran şəxsiyyətdir. Çıxışının sonunda S.Seyidov "Nəriman Həsənzadə universitetimizin dostudur, biz bununla fəxr edirik. Arzu edirik ki, 100 illik yubileyinizi də burada qeyd edəsiniz" fikirlərini dilə gətirdi.

Azərbaycan ədəbiyyatı kafedrasının müəllimi Elmira Mustafayeva şairin yaradıcılığı haqqında danışdı.

Professor Nizaməddin Şəmsizadə əvvəlcə böyük şairin yubileyini ADU-da təşkil etdiklərinə görə N.Həsənzadənin dostları adından rektor S.Seyidova təşəkkür etdi. O da, öz növbəsində, yubilyarı lirik şair adlandırdı. N.Həsənzadəni kütlənin yox, xalqın şairi kimi xarakterizə edən N.Şəmsizadə şairin Azərbaycan oxucusuna onun kimliyini çatdıran şeirlər yazdığını da diqqətə çatdırdı.

Yubiley mərasimində iştirak edənlərə öz təşəkkürünü bildirən Nəriman Həsənzadə yazdığı "Qaçaq Kərəm" şeirini oxudu.

Tədbirdə tələbələrin ifasında şairin şeirlərindən ibarət hazırlanan ədəbi kompozisiya da təqdim edildi, yeni çapdan çıxan "Nuru paşa" kitabından parçalar səsləndirildi. Eyni zamanda şairin ingilis, alman və rus dillərinə tərcümə edilmiş şeirləri də diqqətə çatdırıldı.

Yubiley mərasimi konsert proqramı ilə başa çatdı.  

ADU-nun Mətbuat xidməti

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov