Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

11 Mart 2011 - 10

 

Təlim-tədris prosesinin yeni mərhələləri

 

Müasir  tədris sistemində informasiya texnologiyaları o qədər  geniş tətbiq olunur ki, artıq onların zəruri olması şübhə doğurmur.  Hazırda demək olar ki, hətta kənd məktəblərində də dərslərin kompüter və multimedia proyektorun köməyi ilə keçirilməsi adi hala dönüb. Lakin vaxt keçdikcə daha yeni informasiya-kommunikasiya texnologiyaları yaranır,  inkişaf edir,  mükəmməlləşir. Təbii ki, məktəb bütün bu proseslərdən kənarda qala bilməz. Artıq məktəbin gündəlik praktik həyatında interaktiv avadanlıqlar, elektron lövhələr tətbiq olunmaqdadır ki, bu da qısa müddət ərzində təlim-tədris prosesinin ayrılmaz hissəsinə çevrilib.

2009-cu ilin yanvarında Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə MİMİO Treninq mərkəzi yaradılmışdır. Mərkəzin təlimçiləri müəllimlərə tədris prosesində ABŞ istehsalı olan MİMİO XI interaktiv qurğularından istifadəni öyrədir. Bu müddət ərzində yüzlərlə orta məktəb müəllimi "MİMİO XI interaktiv lövhə ilə tədris"  məşğələlərində iştirak edərək təlim kursunu bitirib.

Treninq iştirakçıları qısa zamanda MİMİO interaktiv qurğusunun geniş imkanlarına -  obyektlərin seçilməsi, təsvirin üzərində qeydlərin aparılması, əlyazma mətninin tanınması, hazırlanmış işin fayl şəklində kompüterin yaddaşında saxlanması və lazım olan vaxt nümayiş etdirilməsi və s. yiyələnirlər. MİMİO proqramında interaktiv dərslər və interaktiv tapşırıqlar hazırlayır, bu dərsləri geniş auditoriya qarşısında münsiflərə nümayiş etdirirlər. Nəticədə belə treninqlərin təşkili müəllimlərin yaradıcılıq potensialının üzə çıxmasına, dərslərinin keyfiyyətinin yüksəlməsinə səbəb olur. Treninqin iştirakçıları interaktiv üsullarla tədris olunan dərslərin şagirdlər tərəfindən asan mənimsənildiyini, ən əsası isə dərs müddətindən daha  səmərəli istifadə olunduğunu  qeyd edirlər.

Beləliklə, bu treninqlərin keçirilməsində əsas məqsəd interaktiv qurğuların təlimdə daha səmərəli istifadəsini təmin etməkdir.  Bununla bərabər, Təlim Mərkəzində interaktiv qurğuların  tətbiqinin təkmilləşdirilməsi metodikası ilə bağlı daimi iş aparılır. Bu iş iki istiqamətdə gedir.

Dərslərdə hazır tədris multimedia proqramları, tədris CD-ləri, web-resurslar, müəllif materiallardan istifadə edərək müəllimlər interaktiv tapşırıq və testlər, elektron plakat və digər rəqəmsal tədris vəsaitləri hazırlayırlar. Daha peşəkar və təcrübəli müəllimlər isə metodik vəsaitlər və elektron dərsliklər, interaktiv testlər, ensiklopediya və tədris proqramları üzərində işləyirlər. Bir çox müəllimlər bu işə şagirdləri də cəlb edirlər. Bu müştərək iş, əməkdaşlıq  və ideya mübadiləsi  mühüm əhəmiyyət kəsb edir.

MİMİO üzrə təlim kursları və təşkil olunan praktik seminarlar  müəllimlərin böyük marağına səbəb olmuşdur. İnteraktiv qurğuların təlimdə tətbiqi dərslərin keyfiyyətini artırır, ümumilikdə  müəllim və şagirdin təhsilalma və öyrətmə imkanlarını yeniləyərək  artırır.

Müəllimlər tərəfindən tərtib olunmuş bütün dərslər Təlim Mərkəzinin elektron kitabxanasında saxlanılır, eləcə də www.mimio.az www.edu.mimio.az saytlarında yerləşdirilir və digər müəllimlərə onlardan istifadə etmək imkanı verir. Öz əməkdaşlarının dərslərini izləmək üçün yalnız saytda qeydiyyatdan keçmək və ərizə formasını doldurmaq yetərlidir. Layihələr mütəmadi olaraq yenilənir, yeni dərslər əlavə olunur, sayı artır və müəllimlər onların yaşayış yerlərindən asılı olmayaraq başqa müəlliflərin hazırladığı işlərlə tanış olub onlardan öz dərslərində istifadə edə bilərlər. Beləliklə, hazır interaktiv dərslər və tapşırıqlardan ibarət resurs  bazası zənginləşir və bununla da MİMİO interaktiv qurğusundan aktiv  şəkildə istifadə edən müəllim "ordu"sunun sayı artır. Azərbaycan dili və ədəbiyyat, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası kimi fənlərə xüsusi diqqət yetirilir, çünki bu fənlər üzrə elektron resursların sayı çox azdır. Öyrətməkdən savayı, MİMİO kursları fərqli-fərqli məktəb və regionlardan olan müəllimlər arasında əlaqə yaratmaq, fikirləri və ideyaları paylaşmaq imkanı yaradır və bu əməkdaşlıq çox vacibdır. Praktiki problemlərin həlli ilə yanaşı, MİMİO Treninq Mərkəzi başqa müəllimlərin yaradıcılıq imkanlarını inkişaf etdirir, onlar arasında fikir, təcrübə və ideya mübadiləsinə təkan verir. 

Roza QASIMOVA,
Bakıdakı 225 nömrəli məktəbin informatika müəllimi

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov