Zərdabda
"Təhsil haqqında" Azərbaycan Respublikası
Qanununun tələbləri baxımından "Məktəb-ailə
münasibətlərinin aktual problemləri" mövzusunda
konfrans keçirilmişdir.
Tədbirdə
məktəb direktorları, onların təşkilati işlər
üzrə müavinləri, gənc müəllimlər, şagirdlər,
uşaq təşkilatlarının, yerli icra və bələdiyyə
orqanlarının, əlaqədar təşkilatların,
hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak
etmişlər.
AzərTAc xəbər
verir ki, konfransda "Məktəb-ailə
münasibətlərinin aktual problemləri", "Uşaq
hüquqları" haqqında Azərbaycan Respublikası
Qanununun tələbləri baxımından uşaqların
sağlamlığının qorunması sahəsində həyata
keçirilən profilaktik tədbirlərin vəziyyəti
haqqında", "Məktəb-ailə münasibətlərinin düzgün
qurulmasında məktəb valideyn komitəsinin rolu",
"Məktəb-ailə münasibətlərinin
yaxşılaşdırılmasında məktəbdənkənar tədbirlərin
əhəmiyyəti", "Uşaqlar və gənclər arasında
hüquqpozma və cinayətkarlıq hallarının vəziyyəti
və bunun qarşısının alınmasında ailənin və
məktəbin rolu" mövzularında məruzələr
dinlənilmişdir.
Konfransa
yekun vuran rayon icra hakimiyyətinin başçısı
Lütvəli Babayev rayonda təhsil sahəsində son
illər qazanılan uğurları, ali məktəblərə
qəbuldakı irəliləyişləri, o cümlədən təkcə ötən
il 3 nəfərin 600-dən çox bal toplamasını, 1
nəfərin Prezident təqaüdünə layiq görülməsini,
son 3 ildə 5 yeni məktəbin tikilməsini, 9
məktəbin istilik sisteminin bərpa olunmasını və
digər məsələləri qeyd etmiş, yol verilmiş
nöqsanlardan söz açmışdır.
Konfransın
yekunları ilə bağlı tədbirlər planının
hazırlanması tövsiyə olunmuşdur. |
|