Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

11 Mart 2011 - �10

 

"Mən Vətənin daşıyam" mövzusunda ədəbi-bədii gecə

 

Martın 5-də Bakıdakı 164 nömrəli orta məktəbdə "Mən Vətənin daşıyam" adlı ədəbi-bədii tədbir keçirildi. Tədbirdə məktəbin müəllim-şagird kollektivi ilə bərabər bəstəkar Tahir Əkbər, şair Ənvər Əhməd, vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı və digər qonaqlar iştirak edirdilər. Tədbir məktəbdə fəaliyyət göstərən "Kimlik" şagird studiyasının və onun rəhbəri Şəhla Gündüzün təşkilatçılığı və iştirakı ilə hazırlanmışdır.

 Azərbaycan Respublikasının Dövlət himninin sədaları altında başlayan tədbirdə öncə müasir Azərbaycan gəncliyinin simvoluna çevrilmiş Milli Qəhrəman Mübariz İbrahimov və Fərid Əhmədovun həyat və döyüş yollarını əks etdirən videoklip nümayiş etdirildi. Bu klip iştirakçılarda dərin təəssürat yaratdı.

Tədbirdə kompozisiyaların əsas mövzusu üçün "Oğru" adlı maraqlı bir başlıq seçilmişdir. Bu başlıq altında keçirilən mini-tamaşada Şəhla Gündüzün araşdırdığı dəqiq tarixi faktlarla Azərbaycan mahnılarının, musiqi alətlərinin, milli mətbəximizin və xalçaçılıq sənətimizin milli ornamentlərini bədnam erməni qonşular tərəfindən necə oğurlandığı əks olunurdu. Tamaşada dahi rus şairi A.S.Puşkinin "Tı vor, tı rab, tı armyanin" kimi sitatları səsləndirildi. İştirakçılara ermənilərin iyrənc ideyası və xisləti dəqiq və məzmunlu şəkildə bir daha çatdırıldı.

"Kimlik" studiyasının üzvü VIII sinif şagirdi İzel Zeynalova musiqisi A.Zeynallıya, sözləri C.Cabbarlıya məxsus olan "Ölkəm" romansını və  bəstəkar T.Əkbərin vətənpərvərlik mövzusunda bəstələdiyi mahnıları ifa etdi. Onun ifası iştirakçıları heyrətləndirdi.

Şagirdlərin ifasında Üzeyir Hacıbəyovun "Arşın mal alan" tamaşasından səhnələşdirilmiş kompozisiya iştirakçılar tərəfindən alqışlandı.

Çıxış edənlər belə tədbirlərin keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirərək bu işdə zəhməti olanlara, xüsusilə məktəbin direktoru Kəmalə Qədirovaya və "Kimlik" şagird studiyasının rəhbəri Şəhla Gündüzə minnətdarlıqlarını bildirdilər. 

Niyazi RƏHİMOV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov