Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

11 Mart 2011 - �10

 

Müəllimlər həmkarlarının "açıq dərs"indən razı qaldılar

 

Yeni fənn kurikulumlarının tətbiqi vəziyyəti ilə tanış olmaq, dərslərdə fəal təlim üsullarından, yeni texnologiyalardan müəllimlərin nə dərəcədə səmərəli istifadə etmələrini müəyyənləşdirmək, qabaqcıl iş təcrübəsini öyrənib yaymaq məqsədi ilə digər təhsil ocaqlarında olduğu kimi, Bakıdakı 176 nömrəli orta məktəbdə də tez-tez "açıq dərs"lər təşkil olunur. Növbəti belə "açıq dərs"i məktəbin ibtidai sinif müəllimi Sürəyya Qüdrətova II "a" sinfində aparmışdır. "Açıq dərs"də bu təhsil ocağından və digər məktəblərdən ibtidai sinif müəllimləri iştirak etmişlər.

Dərsdən əvvəl 176 nömrəli orta məktəbin direktoru Sairə Rəsulova tədris ocağında təhsilin keyfiyyətini yüksəltmək üçün görülən işlər, yeni kurikulumların tətbiqi vəziyyəti barədə məlumat vermiş, bu sahədə toplanmış müsbət təcrübəni bölüşmək, müəllimlərin tədris prosesində hansı çətinliklərlə üzləşdiklərini müəyyənləşdirmək üçün mütəmadi olaraq "açıq dərs"lər keçirildiyini bildirmişdir.

Sonra S.Qüdrətovanın "Bağban və oğulları" mövzusunda "açıq dərs"i dinlənilmişdir. Dərs onu dinləyən ibtidai sinif  müəllimlərində böyük maraq doğurmuşdur. Buna səbəb müəllimin dərsini müasir dərsə verilən tələblər səviyyəsində qurması, dərsdə maraqlı motivasiya yaratması, interaktiv təlim üsullarından, resurslardan geniş və yerli-yerində istifadə etməsi, şagirdləri müstəqil işlətmək üçün məqsədyönlü tapşırıqlar hazırlaması olmuşdur.

Məqsədi şagirdlərin hekayəni düzgün, şüurlu, ifadəli oxuması, onun məzmununu həyat haqqında düşüncələri ilə əlaqələndirərək fikir yürütməsi olan dərsdə müəllim əsasən qruplarla iş və "beyin həmləsi" üsulları ilə işləmişdir. Öncə lövhədən birində "İnsana xas olan müsbət xüsusiyyətlər", digərində "İnsana xas olan mənfi xüsusiyyətlər" sözləri yazılmış 2 plakat asılmış, onlar üzərində iş aparılmışdır. Şagirdlər insanlara xas müsbət və mənfi xüsusiyyətləri qeyd etdikdən sonra müəllim onlardan insanda hansı xüsusiyyətlərin üstünlük təşkil etməsinin arzuolunan olduğunu soruşmuş və müvafiq cavab aldıqdan sonra mətn üzərində iş aparmışdır.

Yeni mövzunun möhkəmləndirilməsi mərhələsində müəllim sinifdəki 4 qrupun hərəsinə atalar sözünün mənasını izah etmək və suallara cavab vermək təklif olunan iş vərəqləri paylamış, şagirdlər onları müstəqil yerinə yetirmişlər. Sonra qrup liderləri həll olunmuş tapşırıqların təqdimatını etmiş, digər qrupların həmin təqdimatlara əlavələri dinlənilmişdir.

Qrupların, qrup daxilində şagirdlərin cavabları xüsusi cədvəl üzrə qiymətləndirilmiş, şagirdlərə evdə "Bağban və oğulları" hekayəsinə uyğun hekayə yazmaq tapşırılmışdır.

Dərs başa çatdıqdan sonra onun müzakirəsi aparılmış, dərsi dinləyənlər müəllimin 45 dəqiqəlik fəaliyyətini müsbət qiymətləndirmiş, dərsin üstün cəhətlərindən söz açmış, bəzi təklif və tövsiyələrini səsləndirmişlər. Məktəbdə əlverişli təlim mühitinin yaradılmasında, "açıq dərs"lərin ənənə halını almasında direktor Sairə Rəsulovanın, onun müavinləri Arzu Qulamova və Sevda Bayramovanın xidmətləri xüsusi qeyd olunmuşdur. 

Yusif ƏLİYEV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov