Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

11 Mart 2011 - �10

 

Azərbaycanın Milli Qəhrəmanları

 

Şahbazov Fəxrəddin İbrahim oğlu 

1950-ci il yanvarın 22-də Bakı şəhərində anadan olub. 1967-ci ildə 20 nömrəli orta məktəbi bitirərək, Bakı Neft Texnikumuna daxil olub. Fəxrəddin 1969-cu ildə hərbi xidmətə çağırılıb. Ordu sıralarından tərxıs olunduqdan  sonra yarımçıq qalan təhsilini başa çatdıraraq, Azərbaycan Teleradio Şirkətində əmək fəaliyyətinə başlayıb. Operator kimi tez-tez jurnalistlərlə birlikdə sərhəd bölgələrinə gedən Fəxrəddin oradan  ən önəmli, ən vacib  və aktual xəbərləri lentə alaraq tamaşaçılara çatdırıb. O, şirkətdə çalışdığı müddətdə öz əməksevərliyi, bacarığı, mehribanlığı  ilə rəhbərliyin və iş yoldaşlarının böyük rəğbətini, məhəbbətini qazanıb.

1990-cı il noyabrın 20-də Qarakənd kəndi yaxınlığında  işğalçı erməni ordusunun əsgərləri tərəfindən atəşə tutulan Mİ-8 vertolyotunun içərisində olan Azərbaycanın bir çox tanınmış ziyalıları ilə birlikdə F.Şahbazov da faciəli surətdə həlak olub.

Ailəli idi. İki övladı var.

Azərbaycan Respublikası Prezidentinin 4 dekabr 1992-ci il tarixli 344 nömrəli Fərmanı ilə Şahbazov Fəxrəddin İbrahim oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Bakı şəhərində Şəhidlər xiyabanında dəfn olunub. 

Şahverdiyev İsrafil Şahverdi oğlu 

1952-ci il iyunun 11-də Laçın rayonunun Unannovu kəndində anadan olub. 1969-cu ildə doğma kəndlərində orta təhsilini başa çatdıraraq, 1971-1974-cü illərdə ordu sıralarında qulluq edib. 1975-ci ildə Laçın Rayon Daxili İşlər Şöbəsində milis nəfəri kimi fəaliyyətə başlayıb. İsrafil 1991-ci ildə əlinə silah götürərək  Vətəni Azərbaycanın ayrılmaz bir hissəsi olan Qarabağın erməni işğalçılarından müdafiəsinə qalxıb. 1992-ci il sentyabrın 17-19-da Hocaz qayası və Hocaz kəndi uğrunda gedən döyüşlərdə fədakarlıq nümayiş etdirib. O, 1994-cü ildə Füzuli rayonunda erməni işğalçılarına qarşı gedən ağır döyüşlərdə   dəfələrlə kəşfiyyata göndərilib və verilən tapşırığı uğurla yerinə yetirərək geri dönüb.

İ.Şahverdiyev 1994-cü il yanvarın 13-də elə həmin bölgədə gedən ağır döyüşlərdə yaralı yoldaşlarına kömək edərkən yağı düşmən gülləsinə tus gələrək qəhrəmancasına həlak olub.

Ailəli idi. Üç övladı var.

Azərbaycan Resbublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 nömrəli Fərmanı ilə Şahverdiyev İsrafil Şahverdi oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Bakı şəhərində Şəhidlər xiyabanında dəfn olunub. Laçın rayonundakı məktəblərdən biri onun adını daşıyır. 

Şamoyev Firudin İsa oğlu 

1962-ci il fevralın 7-də Qazax rayonunda anadan olub. Orta təhsilini doğma rayonlarında alaraq, 1981-ci ildə hərbi xidmətə çağırılıb. 1983-cü ildə ordudan tərxis olunaraq Qazax rayonuna qayıdıb və Təmir Tikinti İdarəsində çilingər işləməyə başlayıb. Firudin 1991-ci il iyulun 8-də könüllülərdən ibarət dəstəyə yazılıb. Sonra 707 nömrəli hərbi hissədə minaatan bölüyün komandiri vəzifəsinə təyin olunub. Qazax rayonunun Bağanıs Ayrım, Məzəm, Quşçu Ayrım və digər kəndlərinin erməni faşistlərindən müdafiəsi zamanı xüsusi qəhrəmanlıq nümayiş etdirib.  O, öz  qayğıkeşliyi, mehribanlığı  ilə komandirlərinin və cəbhə yoldaşlarının hörmət və məhəbbətini qazanıb.

F.Şamoyev 1992-ci il aprelin 13-də Quşçu Ayrım kəndi ətrafında gedən agır döyüşlərdə qəhrəmancasına həlak olub.

Ailəli idi. Üç övladı var.

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 nömrəli Fərmanı ilə Şamoyev Firudin İsa oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Qazax rayonundakı Şəhidlər xiyabanında dəfn olunub. Qazax rayonundakı orta məktəblərdən biri onun adını daşıyır. 

Şikarov Şikar Şükür oğlu 

1953-cü il dekabrın 3-də Bakı şəhərində anadan olub. 1971-ci ildə 46 nömrəli orta məktəbi bitirərək, Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinə qəbul olunub. 1975-ci ildə təhsilini başa çatdıraraq, təyinatla Primorsk vilayətindəki hərbi hissələrdən birində rota komandiri kimi fəaliyyətə başlayıb. 1986-cı ildə Moskvada Frunze adına Hərbi Akademiyaya daxil olub. 1989-cu ildə akademiyanı bitirərək polkovnik-leytenant rütbəsi ilə Ukraynanın Luqansk şəhərində yerləşən hərbi hissələrdən birinə qərargah rəisi təyin olunub. 1990-cı il 20 Yanvar hadisələrindən sonra Vətənə qayıdaraq, əvvəl Mülki Müdafiə Baş Qərargahında əməliyyat şöbəsinin rəisi, 1992-ci ildə Müdafiə Nazirliyi Baş Qərargah rəisinin birinci müavini təyin edilib. O, elə həmin il Goranboy rayonunda bir sıra əməliyyatlara bilavasitə rəhbərlik edib və hamısı uğurla nəticələnib.

Ş.Şikarov 1992-ci il iyunun 13-də yenidən Ağdərəyə yola düşüb və orada erməni işğalçılarına qarşı gedən döyüşlərin birində qəhrəmancasına həlak olub.

Ailəli idi. İki övladı var.

Azərbaycan Respublikası Prezidentinin 23 iyun 1992-ci il tarixli 6 nömrəli Fərmanı ilə polkovnik Şikarov Şikar Şükür oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Bakı şəhərində Şəhidlər xiyabanında dəfn olunub. Qobustan rayonunun Sündü kənd orta məktəbi onun adını daşıyır. 

Şükürov Şahlar Əvəz oğlu 

1952-ci il mayın 17-də Kəlbəcər rayonunun Zülfüqarlı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olub. 1972-ci ildə təhsilini başa çatdıraraq, ordu sıralarına yollanıb. Ordudan tərxis olunduqdan sonra Bakıda islah-əmək müəssisələrindən birində çalışıb. Şahlar daha sonra fəaliyyətini Ucar  Rayon Daxili İşlər Şöbəsində davam etdirib. 1986-cı ildə Rostov Ali Polis Akademiyasını bitirərək, 1987-ci ildə Zərdab Rayon Daxili İşlər Şöbəsində əməliyyat işləri üzrə rəis müavini təyin edilib. O, öz nümunəvi işi, nizam-intizamı,  yüksək bilik və bacarığı sayəsində polis mayoru rütbəsinə qədər yüksəlib.

Ş.Şükürov 1990-cı ildə Tərtər- Kəlbəcər yolu ilə hərəkət edən maşın karvanı Ağdərə ərazisində erməni yaraqlılarının qəfil hücumuna məruz qalan zaman qeyri-bərabər döyüşdə qəhrəmanlıq nümayiş etdirərək həlak olub.

Ailəli idi. İki övladı var.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 nömrəli Fərmanı ilə polis mayoru Şükürov Şahlar Əvəz oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Kəlbəcər rayonunun Zülfüqarlı kəndində dəfn olunub. Zərdab rayonunda adına məktəb və küçə var. 

Milli Qəhrəmanlar Beynəlxalq İnformasiya
Mərkəzinin materialları əsasında
hazırladı: Ədalət DAŞDƏMİRLİ

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov