Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

11 Mart 2011 - �10

 

Müasir informasiya texnologiyalarını öyrənənlərə yeni töhfə

 

NDU-nun Elmi Kitabxanasında universitetin Rabitə və informasiya texnologiyaları kafedrasının müdiri, texnika elmləri namizədi, dosent Cavanşir Zeynalovun "İnformatika və informasiya texnologiyaları" kitabının təqdimat mərasimi keçirilmişdir. Tədbiri giriş sözü ilə açan rektor, akademik İsa Həbibbəyli bu elm ocağında informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin vacib amilə çevrildiyini vurğulamışdır. Rektor Naxçıvan Dövlət Universiteti Elmi Şurasının qərarı ilə çapa tövsiyə olunan dərs vəsaitinin də təhsilin informasiyalaşdırılması sahəsində əldə olunan nailiyyət kimi dəyərləndirmişdir.

Daha sonra çıxış üçün söz Naxçıvan MR rabitə və informasiya texnologiyaları nazirinin müavini Əli Mikayılova verilmişdir. Natiq bu ali məktəblə nazirlik arasında yaradılmış əməkdaşlıqdan bəhs edərək, ali təhsil ocağının mütəxəssis hazırlığı baxımından imkanlarını yüksək dəyərləndirmişdir. O, eyni zamanda C.Zeynalovun ötən il Naxçıvan Dövlət Universitetində təşkil olunmuş "Elektron Naxçıvan-5: problemlər, həllər" adlı beynəlxalq konfransdakı fəal iştirakına görə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən Fəxri fərmanla təltif olunduğunu qeyd etmişdir.

Memarlıq və mühəndislik fakültəsinin dekanı, fizika-riyaziyyat elmləri namizədi, dosent Mübariz Nuriyev müəllifin "İnformatika və informasiya texnologiyaları" kitabının informatikanın əsas anlayışları, EHM-lərin yaranma tarixi və inkişaf yolları, fərdi kompüterlərin arxitekturası və tərkib hissələri, alqoritmləşdirmə, kompüterlərin proqram təminatı, əməliyyat sistemləri, verilənlər bazası, kompüter və İnternet şəbəkələri haqqında məlumatları özündə əks etdirdiyini bildirmişdir.

NDU-nun magistratura üzrə dekanı, tarix elmləri namizədi, dosent Elbrus İsayev Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının proqramına uyğun hazırlanmış yeni nəşrin ali məktəbin bakalavr pilləsində təhsil alan tələbələr, müəllimlər, kompüter istifadəçiləri və xüsusilə magistraturaya qəbul olmaq istəyənlər üçün sanballı mənbə olduğunu vurğulamışdır.

İnformatika kafedrasının müdiri, fizika-riyaziyyat elmləri namizədi Elşən Məmmədov isə, öz növbəsində, informatika və informasiya texnologiyaları sahəsində ana dilimizdə belə bir vacib vəsaitin yazılmasını təqdirəlayiq hesab etmişdir. Xatırlatmışdır ki, müəllif ötənilki məhsuldar elmi fəaliyyətinə görə universitetin Elmi Şurasının qərarı ilə "İlin alimi" fəxri adına layiq görülmüşdür.

Universitetin Elmi Kitabxanasının Xidmət və biblioqrafiya şöbəsinin müdiri Səadət Zeynalova da müəllifin bir müəllim kimi insani məziyyətlərindən danışmış, onu yeni işıq üzü görən kitabı münasibətilə təbrik edərək belə ədəbiyyatların hər zaman arzuolunan olduğunu vurğulamışdır.

Qeyd edək ki, tədbirdə Cavanşir Zeynalovun həyat və elmi fəaliyyətini əks etdirən kitab sərgisi və slayd nümayiş etdirilmişdir.

Sonda müəllif onun əməyinə göstərilən diqqətdən məmnunluğunu ifadə etmiş,  universitet rəhbərliyinə və tədbirin təşkilatçılarına minnətdarlığını bildirmiş, yeni kitabını tədbir iştirakçılarına hədiyyə etmişdir. 

Çinarə MƏMMƏDOVA,
NDU-nun mətbuat tarixi
ixtisası üzrə II kurs magistri

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov