Naxçıvan Dövlət Universitetində fransızdilli
insanların bayramı - Frankofoniya qeyd olundu.
Hər iki ölkənin Dövlət himni səsləndikdən sonra
çıxış edən universitetin rektoru, akademik İsa
Nəbibbəyli Azərbaycan və Fransa arasında dostluq
və əməkdaşlıq münasibətlərindən, bu ali təhsil
ocağında fransız dilinin tədrisi vəziyyətindən
və gələcək rersrektivlərdən danışdı. Avropa
dilləri kafedrasının fəaliyyətindən söz açan
rektor kafedra müdiri, filologiya elmləri
doktoru, dosent Əli Allahverdiyevin, eləcə də
burada çalışan müəllimlərin əməyini yüksək
dəyərləndirdi.
Sonra fransız dili ixtisası üzrə I kurs magistri
Svetmira Quliyevanın təqdimatında Frankofoniya
bayramının tarixi haqqında məlumat dinlənildi.
Bədii hissə ilə davam edən tədbirdə Beynəlxalq
münasibətlər və xarici dillər fakültəsinin
fransız dili ixtisası üzrə təhsil alan tələbə və
magistrlərin ifasında fransız dilində mahnılar
oxundu, Səməd Vurğunun "Azərbaycan", Fikrət
Qocanın "Vətən" şeirləri səsləndi.
Sonda rektor, akademik İsa Həbibbəyli tədbirin
təşkilatçılarına və iştirakçılarına dərin
təşəkkürünü bildirdi.
Nərmin CƏFƏROVA |