Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

18 Mart 2011 - 11

 

Bakıda "Muğam aləmi" II Beynəlxalq muğam festivalının təntənəli açılış mərasimi keçirilib

 

Martın 14-də Beynəlxalq Muğam Mərkəzində "Muğam aləmi" II Beynəlxalq muğam festivalının təntənəli açılış mərasimi olmuşdur.

Tədbirdə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak etmişlər.

Beynəlxalq festivalın prezidenti, Azərbaycanın birinci xanımı Mehriban ƏLİYEVA tədbiri açaraq dedi:

- Xanımlar və cənablar!

Hörmətli qonaqlar!

Sizi II Beynəlxalq muğam festivalının açılış mərasimində səmimi-qəlbdən salamlayıram. Festivalda iştirak etmək üçün ölkəmizə gələn bütün qonaqlara "Azərbaycana xoş gəlmisiniz" deyirəm.

Muğam festivalının Novruz bayramı ərəfəsində keçirilməsi heç də təsadüfi deyildir. Muğamla Novruzu birləşdirən bir çox amillər vardır. İkisi də olduqca qədimdir, ikisi də özündə ənənələrlə yeniliyi birləşdirir. Təbiət hər zaman təkrarsız canlandığı kimi, muğam sənəti də heç bir sərhədlərə sığışmayan, azad, özü-özündən bəhrələnən bir sənətdir.

İki il bundan öncə Heydər Əliyev Fondunun təşəbbüsü ilə paytaxtımızda I Beynəlxalq muğam festivalı keçirilmişdir. Uğurla keçirilmiş bu festival çox geniş əks-səda yaratmışdır. Eyni zamanda, biz bu gözəl, möhtəşəm Beynəlxalq Muğam Mərkəzinin açılışını keçirmişik. Bu gün tam əminliklə deyə bilərik ki, Muğam Mərkəzi bütün dünya muğamsevərləri üçün əsl muğam evinə çevrilib və bu gündən etibarən burada çox gözəl ölməz musiqi - muğam səslənəcəkdir.

Builki festival çərçivəsində müxtəlif tədbirlər keçiriləcəkdir. Artıq elmi simpozium öz işinə başlayıb. Bu günlər ərzində siz yeni ifalarda klassik Azərbaycan muğamlarını dinləyəcəksiniz, muğam opera tamaşalarına baxacaqsınız, muğam əsasında yaradılmış simfonik əsərlərə qulaq asacaq, etno-caz kimi nadir bir fenomenlə tanış olacaqsınız. Bir sözlə, muğamsevərlər, muğama vurğun olan hər bir insan bu günlər ərzində qədim mədəniyyətin, təkrarsız musiqinin, dərin fəlsəfənin şahidi olacaqdır. Festivalımızda Azərbaycan xanəndələri ilə yanaşı, xarici müğənnilər də iştirak edirlər. Mən bir daha onlara "Azərbaycana xoş gəlmisiniz" deyirəm. Onlar həm öz ölkələrində, həm də dünyada çox məşhurdurlar. İnanıram ki, bizim festival onların ümidlərini doğruldacaq və unudulmaz bir hadisəyə çevriləcəkdir.

Bilirsiniz ki, Heydər Əliyev Fondu il ərzində bir neçə musiqi festivalı təşkil edir və keçirir. Bu, Üzeyir Hacıbəyli, Qara Qarayev adına musiqi festivallarıdır. Bu, qədim Qəbələ şəhərində keçirilən Beynəlxalq musiqi festivalıdır. Bu görkəmli həmyerlimiz Mstislav Rostropoviçin adını daşıyan musiqi festivalıdır. Hər bir belə hadisə, hər bir belə musiqi festivalı böyük bir bayrama çevrilir. Dünyanın məşhur musiqiçiləri, sənətkarları ölkəmizə gəlirlər. Mən ümidvaram ki, "Muğam aləmi" festivalı bu sırada layiqli yerini tutub və geniş auditoriyasını formalaşdırıb.

Builki festivalın başqa bir özəlliyi də vardır. Bu festival Azərbaycanın müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümü ərəfəsində keçirilir. Biz fərəh hissi ilə qeyd edə bilərik ki, bu 20 il ərzində muğam sənətinin inkişafında, təbliğində çox davamlı dinamika müşahidə edilib.

Son illər ölkəmizdə mədəniyyət sahəsində dövlət tərəfindən irimiqyaslı layihələr həyata keçirilir. Dövlət Proqramına əsasən Azərbaycanın teatrları, muzeyləri, konsert salonları bərpa olunur, yeni mədəniyyət ocaqları, regionlarda yeni musiqi məktəbləri tikilir, muğam və mədəniyyət mərkəzləri açılır.

Bizim ən böyük sərvətimiz bizim mədəni irsimizdir. Bizim ədəbiyyatımız, poeziyamız, musiqimiz, təkrarsız, nadir xalçaçılıq məktəbimiz, təsviri sənətimiz, memarlıq abidələrimizdir. Bu mədəni irs bizi millət kimi qoruyub saxlayır. Bu gün bu mədəniyyəti qorumaq, saxlamaq, təbliğ etmək hər birimizin mənəvi borcudur.

Bu gün mən üzümu məşhur ustadlarımıza tutub onlara dərin hörmət və ehtiramımı çatdırıram. Siz muğam sənətimizin korifeylərisiniz. Eyni zamanda, siz gənc istedadların müəllim və məsləhətçilərisiniz, onların bilik mənbəyisiniz. Mən sizə uzun ömür və cansağlığı arzulayıram.

Bu festivalın hazırlanmasında əməyi olan hər bir insana öz təşəkkürümü bildirirəm. Ümidvaram ki, festival uğurla keçəcəkdir.

Mən bir daha hamınızı qarşıdan gələn Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm, bütün festival iştirakçılarına uğurlar, muğamsevərlərə xoş anlar arzulayıram.

İndi isə "Muğam aləmi" festivalını açıq elan edirəm.

***

Hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin, tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirak etdikləri tədbir geniş konsert proqramı ilə davam etmişdir.

Festivalın açılış mərasimində ABŞ, Türkiyə, Çin, İran, Özbəkistan, İraq, İordaniya, Küveyt, Mərakeş və digər ölkələrdən gəlmiş qonaqlar da iştirak etmişlər.  

AzərTAc

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov