Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

18 Mart 2011 - �11

 

Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyeva
Strasburqda keçirilən gənclər forumunun iştirakçılarını təbrik edib

 

Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri Leyla xanım Əliyeva martın 11-də Strasburqda keçirilən Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclər Forumunun iştirakçılarına təbrik məktubu göndərmişdir.

Forumun iştirakçılarını dövlət müstəqilliyimizin bərpasının 20 illiyi münasibətilə təbrik edən Leyla Əliyeva gənclərə təhsildə və Azərbaycan naminə görülən işlərdə uğurlar arzulamışdır.

Təbrikdə deyilir ki, Avropanın siyasi mərkəzi Strasburqda - Avropa Şurasının binasında keçirilən ilk forum mühüm ictimai-siyasi hadisədir. Azərbaycan həqiqətlərinin Avropa məkanında təbliği, müxtəlif ölkələrdə təhsil alan gənclərimizin vahid platforma ətrafında ünsiyyətdə olması, Azərbaycanın gələcəyi ilə bağlı fikir mübadiləsinin aparılması olduqca əhəmiyyətlidir. Sevindirici haldır ki, gənclərimiz Vətənimizdə olduğu kimi, təhsil aldıqları ölkələrdə də təşkilatlanır və bu ənənə getdikcə daha peşəkar səviyyəyə keçməklə, vətəndaş cəmiyyətinin inkişafına münbit şərait yaradır.

Hələ XX əsrin 70-ci illərində ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə SSRİ məkanında və keçmiş sosialist düşərgəsinə aid olan xarici dövlətlərdə azərbaycanlı tələbələrin təhsil almağa göndərilməsinin geniş vüsət aldığının xüsusi vurğulandığı məktubda bildirilir ki, bu gün də gənclərin xarici ölkələrdə təhsil almağa göndərilməsi dövlətimizin diqqət mərkəzindədir. Son illər gənclər beynəlxalq proqramlar əsasında xarici ölkələrdə oxumağa gedirdilərsə, artıq bu iş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" vasitəsilə tənzimlənir. Bir sözlə, Azərbaycan dövləti öz gənclərinin dünyanın aparıcı ali məktəblərində təhsil almasını stimullaşdırır.

Hazırda doğma Vətənimiz Azərbaycan öz tarixinin şanlı səhifələrindən birini yaşayır. Bu gün həyata keçirilən siyasət dövlətimizin güclənməsinə, dünyada rəqabətədavamlı iqtisadiyyatın formalaşmasına, geosiyasi münasibətlərdə Azərbaycanın müstəqil subyekt kimi tanınmasına, vətənpərvər və güclü vətəndaşların olmasına hesablanmışdır.

Müraciət bu fikirlə bitir: "Əziz dostlar! Müxtəlif ölkələrdə təhsil alıb Vətənə dönmək, onun daha da inkişaf etməsi, dünyanın qabaqcıl texnologiyasının həyatın bütün sahələrinə tətbiq edilməsi, müstəqil dövlətimizin daimi olmasının gələcəkdə təmin edilməsi biz gənclərin üzərinə böyük vəzifələr qoyur. Beynəlxalq siyasi təşkilatlar, eyni zamanda tələbə və gənclər təşkilatları ilə əməkdaşlıq əlaqələrini genişləndirmək, həmin təşkilatlarda təmsil olunmaq, gənclərin təcrübə keçməsini təmin etmək, Avropada baş verən hadisələri yaxından izləyib Azərbaycanın maraqları  çərçivəsində  birgə  və  çevik hərəkət etmək əsas hədəfimiz olmalıdır".  

AzərTAc

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Heydər Əliyev Fondu" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov